Məhkəmə qərarları › İş №3(3-6)-2919/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2919/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2919/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində qəbul olunmuş ## #### 2026 cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızı şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin rəis müavini X1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin tələblərinin pozulduğu bildirilərək, həmin Məcəllənin 114 115-ci maddələri rəhbər tutulmaqla onun barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qənnadçı texnoloqu X5 ##.##.2026-cı il tarixdə saat 12:10 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı işə götürən tərəfindən işçinin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin etmədiyi müəyyən edilmişdir. Şikayətçi hesab edir ki, qeyd edilən qərar tamamilə qanunsuz və əsassız formada barəsində çıxarılmışdır. ##.##.2026-cı il tarixdə saat 12:10 radələrində "xxxx" MMC-nin qənnadçı texnoloqu X5 iş yerində xəsarət almasında onların heç bir günahı olmamışdır. Belə ki, həmin tarixə və həmin vaxta olan videogörüntülərə baxdıqda aydın görünür ki, X5 iş yerində olarkən iş yerinin rəhbərliyinin və hər hansı digər şəxslərin təsiri olmadan, özü hərəkət edərkən qarşısına baxmayıb digər tərəfə baxaraq hərəkət etmiş və bağlı olan şüşə qapıya çırpılaraq xəsarət almışdır. X5 xəsarət almasında işə götürən tərəfindən işçinin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi ilə bağlı heç bir hal olmamışdır və tərəflərindən heç bir inzibati xəta törədilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızının şikayətinin təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızı barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qənnadçı texnoloqu X5 ##.##.2026-cı il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, direktor Qərardan şikayət verən orqan (şəxs) isgəndər qızı tərəfinden iş yerində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Həmçinin, bildirir ki, yekun təhqiqat aktı, bədbəxt hadisənin araşdırılmasının yekununda tərtib edilməklə hadisəni ümumiləşdirir, təqsiri müəyyənləşdirir. Bu halda, məhkəmənin həmin sənədə hüquqi qiymət verməməsi tamamilə, qanuna və hüquqa ziddir. Qeyd olunanlara əsasən, Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızının işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə təqsiri sübuta yetirilir. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən inzibati xəta haqqında qərar qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızının əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Inzibati xəta haqqında iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ## #### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin qənnadçı texnoloqu X5 ##.##.2026-cı il tarixdə saat 12:10 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı işə götürən tərəfindən işçinin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmədiyi müəyyən edilmiş, bu səbəbdən "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. X3 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli 3-17 */*-Q-*****/**** saylı məktubundan görünür ki, ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsi məlumat üçün "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızına göndərilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş və məhkəmə iclas zalında tədqiq edilmiş elektron daşıyıcıda (CD diskdə) olan müşahidə kamerasının ##.##.2026-cı il tarixli, saat 12:13:20 12:13:28 intervalına aid videogörüntülərindən görünür ki, işçi otaq daxilində hərəkət edərkən diqqətini sağ tərəfə yönəltmiş, şüşə qapının bağlı olduğunu nəzərə almadan birbaşa qapıya çırpılmış və zərbə nəticəsində üz (burun) nahiyəsindən zədə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə - yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızı tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan əməlin (hərəkətsizliyin) törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclas zalında tədqiq edilmiş müşahidə kamerasının ##.##.2026-cı il tarixli, saat 12:13:20-12:13:28 intervalına aid videogörüntülərindən müəyyən edilir ki, işçi otaq daxilində hərəkət edərkən diqqətini sağ tərəfə yönəltmiş, şüşə qapının bağlı olduğunu nəzərə almadan birbaşa qapıya çırpılmış və zərbə nəticəsində üz (burun) nahiyəsindən zədə almışdır. Həmin görüntülərdə iş yerinin rəhbərliyinin və ya hər hansı digər şəxsin təsiri, habelə iş yerində əməyin mühafizəsi üzrə tələblərin pozulmasına dəlalət edən hər hansı hal öz əksini tapmamışdır. Bu hal zərər çəkmiş şəxsin öz izahatı və təhqiqat materialları ilə də təsdiq olunur. Eyni zamanda iş materiallarında olan X8 Qeydiyyat Jurnalından görünür ki, işəgötürən tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimat proqramı hazırlanaraq işçilərin qeydiyyatı aparılmış və işçi qənnadçı texnoloqu X5 təlimata imza ataraq tanış olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu üçün işəgötürənin əməyin mühafizəsi sahəsində hansı konkret vəzifəni yerinə yetirmədiyi, hansı normativ tələbi pozduğu müəyyən edilməli və onun bu hərəkətsizliyi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Halbuki nə ##.##.2026-cı il tarixli MN ******* saylı protokolda, nə də ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməyin mühafizəsi üzrə hansı konkret standartı, norma və ya qaydanı pozduğu, iş yerində hansı təhlükəsizlik tədbirinin görülmədiyi, işçinin təlimatlandırılmasının aparılıbaparılmadığı göstərilməmiş, həmin hallar araşdırılmamışdır. Qərarın "müəyyən edildi" hissəsi yalnız bədbəxt hadisə faktının qeyd edilməsi ilə məhdudlaşdırılmışdır ki, bu da Inzibati Xətalar Məcəlləsinin 48-ci, 75.0.1-ci, 75.0.3-cü və 76.1-ci maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızının barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Qərardan şikayət verən orqan (şəxs) Isgəndər qızı tərəfindən Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin təsdiq olunmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar