Məhkəmə qərarları › İş №3(3-6)-2921/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2921/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2921/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Dövlət Yol Polis İdarəsinin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ## ### 2026-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi əsasında EQ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6 və 122.1-ci maddələrinin tələblərinə baxmayaraq, inzibati tənbeh vermə haqqında elektron qərar və ona əlavə edilməli olan materiallar nə "ASAN ödəniş", nə də "E- Polis" informasiya sistemində onun elektron kabinetinə yerləşdirilmişdir. Bu səbəbdən o, barəsində qəbul edilmiş qərarla tanış olmaq və müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Şikayətçi hesab edir ki, qanunvericiliyin qeyd olunan tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyil. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinad edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan əlavə, göstərilir ki, eyni məsələ ilə bağlı əvvəllər məhkəməyə müraciət edilmiş, lakin Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə qərardan deyil, protokoldan şikayət verildiyi əsas gətirilərək şikayət geri qaytarılmışdır. Şikayətçi isə bildirir ki, elektron qərar ona təqdim edilmədiyindən həmin qərardan şikayət verməsi faktiki olaraq mümkün olmamışdır. Həmçinin qeyd edilir ki, məhkəmənin həmin qərardadı yalnız ## #### 2026-cı il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ## ### 2026-cı il tarixli, EQ 35764354 qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilsin xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli, 02 may 2026-cı il tarixli, EQ 35764354 qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qərarda əsasən belə nəticəyə gəlmişdir ki, elektron qərarın qanunda nəzərdə tutulmuş qaydada və müddətdə şikayətçinin elektron kabinetinə yerləşdirilməməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Lakin bu nəticə işin faktiki və hüquqi hallarından irəli gəlmir. Belə ki, elektron qərarın şəxsin elektron kabinetinə yerləşdirilməsi və ya həmin qərarın təqdim edilməsi ilə inzibati xətanın törədilməsi faktının və şəxsin təqsirinin sübuta yetirilməsi müxtəlif hüquqi məsələlərdir. Qərarın elektron kabinetə yerləşdirilməsində və ya təqdim edilməsində hər hansı prosessual pozuntu olduğu müəyyən edilərsə belə, həmin hal özlüyündə ## ### 2026-cı il tarixdə saat 11:20-də “Hyundai Sonata” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması faktının mövcudluğunu aradan qaldırmır. Məhkəmə isə bu iki ayrı hüquqi məsələni eyniləşdirərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsi ilə əsaslandırmışdır. Lakin İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün şəxsin inzibati xəta törətməsinə aidiyyətinin olmaması, təqsirinin sübuta yetirilməməsi və ya təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi kimi hallardan birinin mövcudluğu müəyyən edilməlidir. Məhkəmənin qərarından isə görünür ki: Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etməsi faktının olmadığı müəyyən edilməmişdir; 3.1 “Giriş qadağandır” yol nişanının mövcudluğu və onun tələbinin pozulması təkzib edilməmişdir; inzibati xətanın ümumiyyətlə baş vermədiyi müəyyən edilməmişdir; inzibati xətanın fotovideo qeydiyyatı ilə bağlı məlumatların saxta və ya qanunsuz əldə edildiyi müəyyən edilməmişdir; sübutların yolverilməz olması barədə hər hansı konkret nəticə göstərilməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız elektron qərarın elektron kabinetə yerləşdirilməsi məsələsinə istinad etməklə İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsini tətbiq etmişdir. Bu isə həmin normanın məzmununa uyğun deyildir. Məhkəmə iclasında Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin eidlməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Dövlət Yol Polis İdarəsinin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -BDYPİ tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixində 11:20-də "Hyundai Sonata” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 3.1 Giriş qadağandır nişanının tələblərinin pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədənəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.6-cı maddəsi isə elektron qərarın qəbul edilməsi ilə bağlı həmin xüsusi prosedurun davamı olaraq qərarın şəxs üçün yaradılmış elektron kabinetdə yerləşdirilməsi üçün konkret müddət müəyyən etməklə, bu müddətə riayət edilməməsinin hüquqi nəticəsini birbaşa təsbit etmişdir. Həmin normada şəxsin inzibati məsuliyyətə “cəlb oluna bilməməsi” barədə imperativ göstərişin nəzərdə tutulması onu göstərir ki, qanunverici tərəfindən müəyyən edilmiş 24 saatlıq müddət sadəcə təşkilati-texniki xarakter daşımır və həmin müddətin ötürülməsi sonradan qərarın elektron kabinetə yerləşdirilməsi ilə aradan qaldırıla bilən formal nöqsan hesab edilə bilməz. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarının tədqiq edərək məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində nəzərdə tutulmuş tələblər pozularaq şəxsin elektron kabinetinə yerləşdiirlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Dövlət Yol Polis İdarəsinin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar