Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2922/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SHAM-Fİ İnternational Trading Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan tərəfindən “SHAM-Fİ İnternational Trading Company” MMC (bundan sonra – “SHAM-Fİ İnternational Trading Company” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 326-cı maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində “SHAM-Fİ İnternational Trading Company” MMC-yə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) “SHAM-Fİ İnternational Trading Company” MMC barəsində Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində müvafiq inzibati xətanın tərkib əlamətinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan səlahiyyətli orqan şikayət verib, onun ləğv edilməsini, “SHAM-Fİ İnternational Trading Company” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında “SHAM-FI X8” MMC-nin kommersiya daşıyıcısı olmadığını, yükü öz xüsusi təsərrüfat ehtiyacı üçün daşıdığını və buna görə İXM-in 326-cı maddəsinin subyekti olmadığını iddia etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və qüvvəyə minmiş son imperativ qanunvericilik aktını tamamilə gözərdə saxlamışdır. Azərbaycan Respublikasının ## #### 2026-cı il tarixli ***-VIIQD nömrəli Qanunu ilə “Avtomobil nəqliyyatı haqqında” Qanununun 1.0.9-cu maddəsinə köklü və imperativ dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, öz təsərrüfat ehtiyacları üçün daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar da rəsmi şəkildə “daşıyıcı” anlayışına və subyekt dairəsinə daxil edilmişdir. Cavabdeh “SHAM-FI X8“ MMC özünə məxsus **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yollarda hərəkət edərək kütləvi yol hərəkəti təhlükəsizliyinə potensial risk yaradan nəqliyyat vasitəsilə daşıma həyata keçirir. İctimai təhlükəsizlik və yol hərəkəti təhlükəsizliyi baxımından avtomobilin texniki nasazlığı və ya sürücünün səhhətindəki problem nəqliyyatın kommersiya və ya təsərrüfat ehtiyacı üçün idarə olunmasından asılı olmayaraq eyni dərəcədə ağır fəsadlar törədə bilər. Qanunvericinin ##.##.2026-cı il tarixli dəyişiklikdə məhz bu amili rəhbər tutaraq təsərrüfat daşımalarını da reysqabağı müayinə öhdəliyi olan daşıyıcılar siyahısına əlavə etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SHAM-Fİ İnternational Trading Company” MMC-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsi kommersiya məqsədli müntəzəm və qeyrimüntəzəm daşımalara şamil edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar dedikdə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar başa düşülür. Hansı ki, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində “SHAM-Fİ İnternational Trading Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində “SHAM-Fİ İnternational Trading Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # #### tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ## ##### 2009-cu il tarixli ** nömrəli qərarla "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” təsdiq edilmişdir. Həmin “Qayda”nın 1.1-ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. “Qayda”nın 1.2-ci bəndinə görə, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4.-cü maddəsinə görə avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar dedikdə sərnişin və ya yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür. - Qanunun 1.0.5-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalardır. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır; - Qanunun 1.0.9-cu bəndinə əsasən daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar daşıyıcı hesab olunurlar. İş üzrə birinci instansiya məhkəməsi gəldiyi müvafiq nəticəni cəmiyyətin konstruksiya daşıyıcısı olmaması nəticə də, Azərbaycan Respublikası İXM-in 326-cı maddəsinin subyekti olmadığı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş iş materiallarında olan sənədlər əsasında belə qənaətə gəlir ki, “SHAM-Fİ İnternational Trading Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük daşınmasını yerinə yetirən “İsuzu” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, “SHAM-Fİ İnternational Trading Company” MMCnin iş üzrə yuxarıdakı abzasda müəyyən edildiyi göstərilmiş əməli törətməsi: - hazırki məhkəmə iclasında səlahiyyətli orqanın verdiyi izahata yanaşı, iş materiallarında olan yuxarıda göstərilmiş sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də “SHAM-Fİ İnternational Trading Company” MMC həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Beləliklə, səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, “SHAM-FI İnternational Trading Company” MMC Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində törətdiyi inzibati xətanın xarakteri, şəxsiyyətini xarakterizə edən hal, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınaraq, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 2000,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. “SHAM-FI İnternational Trading Company” MMC Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2922/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2922/2026
21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver