Məhkəmə qərarları › İş №3(3-6)-2932/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2932/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2932/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 (bundan sonra – nümayəndə) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi (bundan sonra – səlahiyyətli orqan) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 192.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. X5 Xidmətinin Hüquq Idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən aparılmış araşdırma ## ### 2026-cı il tarixində baş vermiş istehsalat hadisəsi ilə əlaqədar həyata keçirilmiş və X4 ilə həmin araşdırma zamanı əmək müqaviləsi bağlanmamışdır. Onunla barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 arasında əmək müqaviləsi ## ### 2026-cı ildə bağlanmışdır. Digər tərəfdən MMC-nin ##.##.2025-ci il tarixli işçilərin vəzifə borclarına uyğun olan əməyin mühafizəsi biliklərinin yoxlanılması jurnalında X4 imzası vardır. Yalnız işə baxan hakim yuxarıda qeyd edilənlərə və qanunun normasına əhəmiyyət verməyərək öz qərarında ##.##.2025-ci il tarixli xidmət müqaviləsinə istinad etmişdir. Bu faktlar da onu sübut edir ki, yaranmış münasibətlər mülki hüquqi deyil, əmək münasibətləri olmuşdur. Beləliklə, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətanın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən törədilməsi iş materialları ilə sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X9 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında X2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də X4 SƏTƏM üzrə mühəndis kimi əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş, adıçəkilən şəxslə əmək münasibətlərinin ##.##.2026-cı il tarixində hüquqi qüvvəyə mindiyi müəyyən edilmişdir. Iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən nəzərə almışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ## ### 2025-ci il tarixli, **/** nömrəli əməyin təhlükəsizliyinə dair xidmət müqaviləsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə X4 arasında xidmət münasibətləri yaranmışdır. Müqavilənin predmeti X4 tərəfindən əməyin təhlükəsizliyi sahəsində xidmətlərin göstərilməsindən ibarət olmuş, o, həmin xidmətləri vergi uçotunda olan fiziki şəxs kimi göstərmişdir. X4 ##.##.2017-ci il tarixindən vergi uçotunda olan fiziki şəxs kimi fəaliyyət göstərmiş və göstərdiyi xidmət onun sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilmişdir. Bu hal tərəflər arasında yaranmış münasibətlərin əmək münasibətləri deyil, mülki-hüquqi müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğunu təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, haqlı olaraq iş materialları ilə X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərinin görülməsinə cəlb edilməsinin, beləliklə də həmin Cəmiyyət tərəfindən Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət isə əsassızdır. Bu səbəbdən səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar