Məhkəmə qərarları › İş №3(3-6)-2935/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2935/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2935/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İbrahim” Firmasının direktoru İbrahimov Bəybala Zəkulla oğlunun iştirakları ilə, “İbrahim” firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəis müavini tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən “İbrahim” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “İbrahim” firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarından narazı qalan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəis müvaini apellyasiya şikayəti verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və “İbrahim” firması barəsində inizbati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və mübahisə üzrə hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə "İbrahim” firmasının inzibati xətaya aidiyyəti olmadığını əsaslandırarkən reklam daşıyıcılarının həmin hüquqi şəxs tərəfindən və ya onun xeyrinə yerləşdirilməsini təsdiq edən birbaşa və mötəbər sübutların mövcud olmadığını qeyd etmişdir. Lakin iş materiallarında olan və "İbrahim” firmasının özünün təqdim etdiyi ## #### 2026-cı il tarixli **-**RA nömrəli müraciətdə "Gənclik sarayı” adlı obyektin "İbrahim” firmasına məxsusluğu tam təsdiq edilir. Belə ki, həmin müraciət "İbrahim” firmasının rəsmi blankında tərtib edilmiş və blankın üzərində "Gənclik sarayı” ifadəsi əks olunmuşdur. Bu hal təsadüfi və ya işə aidiyyəti olmayan məlumat kimi qiymətləndirilə bilməz. Əksinə, hüquqi şəxsin özü tərəfindən inzibati orqana ünvanlanan rəsmi yazışmada konkret obyektin "Gənclik sarayı” adı ilə həmin hüquqi şəxsin rəsmi blankında təqdim edilməsi həmin obyektlə "İbrahim” firması arasında hüquqi və faktiki əlaqənin mövcudluğunu təsdiq edən əhəmiyyətli sübutdur. Məhkəmə ## ###### 2025-ci il tarixli icarə müqaviləsinə və Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışa əsaslanaraq obyektin inzibati xəta kimi qiymətləndirilən reklamların aşkarlandığı dövrdə icarəçinin faktiki istifadəsində olduğunu müəyyən etmişdir. Lakin bu sənədlərin mövcudluğu halında belə "İbrahim” firmasının həmin obyektlə və onun üzərində yerləşdirilmiş reklamlarla hər hansı hüquqi əlaqəsinin olmadığını təsdiq etmir. Əksinə, "İbrahim” firmasının öz rəsmi blankında "Gənclik sarayı” ifadəsindən istifadə etməsi həmin hüquqi şəxsin sözügedən obyektlə əlaqəsini məhz firmanın özü tərəfindən də təsdiq etdiyini göstərən hal kimi qiymətləndirilməlidir. Buna görə də həmin sənəddəki məlumat hüquqi şəxsin obyektlə münasibətinin müəyyən edilməsi baxımından qiymətləndirilməli olan sübut olsa da birinci instansiya məhkəməsi həmin sübuta ümumiyyətlə qiymət verməmişdir. Əksinə həmin müraciəti "İbrahim” Firmasının xeyrinə şərh etmişdir. Göründüyü kimi, məhkəmənin "İbrahim” firmasının obyekt və reklam fəaliyyəti ilə əlaqəsini təsdiq edən hər hansı sübutun olmadığı barədə qənaəti iş materiallarında mövcud olan həmin sübutla ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi həmin sənəddə "Gənclik sarayı” ifadəsinin hansı məqsədlə və nə üçün "İbrahim” firmasının rəsmi blankında əks etdirildiyini araşdırmadan, bu sübutun iş üzrə digər materiallarla qarşılıqlı əlaqəsini qiymətləndirməmiş, "İbrahim” firmasının reklamla əlaqəsini təsdiq edən mötəbər sübutların olmadığı qeyd etməklə əsassız nəticəyə gəlmişdir. "Gənclik sarayı” adlı obyektin "İbrahim” firmasına məxsusluğu iş materialları ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün qiymət verməmiş və əsassız olaraq "İbrahim” firması barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən "İbrahim” firması tərəfindən "Gənclik sarayı” adlı obyekt üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi sübut edildiyindən və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduğundan törədilmiş inzibati xətaya görə məhz "İbrahim” firması təqsirli hesab edilməli və barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## #### 2026-cı il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, ## #### 2026-cı il tarixdə, saat 12:30- da “Gənclik sarayı” adlı obyektin üzərində müvafiq icazə olmadan 3 ədəd 18.25 kv. metr ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. -## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ünvanında ## #### 2026-cı il tarixdə, saat 10:48-də “Gənclik sarayı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. -## #### 2026-cı il tarixli fotoşəkillərdən görünür ki, “Gənclik sarayı” adlı obyektin üzərində 3 ədəd reklam yerləşdirilmişdir. -Bakı şəhər Reklam İdarəsi tərəfindən “İbrahim” Firmasına ünvanlanmış ## #### 2026cı il tarixli, **-*-*/*-****/**** nömrəli göstərişdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ünvanında “Gənclik sarayı” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə ## #### 2026-cı tarixli akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə “İbrahim” Firmasına xəbərdarlıq edilmişdir. -“Kuryer Xidmətləri üçün Mədaxil Qəbzi”nin surətindən görünür ki, “İbrahim” Firmasının ünvanına göndərilmiş ## #### 2026-cı il tarixli “Göstəriş” məktubu ## #### 2026-cı il tarixdə “imtina” səbəbindən geri qaytarılmışdır. - ## ###### 2025-ci tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 118A ünvanında yerləşən ümumi sahəsi 650 kv.m təşkil edən, “İbrahim” Firmasının balansında olan şadlıq sarayı ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixə qədər X1 icarəyə verilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması” haqqında *********** nömrəli Arayışından görünür ki, bu arayış X1 (VÖEN **********) 1072 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin) adı Gənclik sarayı, kodu 1006502742-15002, uçota alınma tarixi isə ## ###### 2025-ci ildir. -“İbrahim” Firması tərəfindən Bakı şəhər Reklam İdarəsinə göndərilmiş ## #### 2026cı il tarixli **-**RA nömrəli məktubun məzmunundan görünür ki, hüquqi şəxsin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki inzibati binasında olan bütün qeyri-yaşayış obyektləri, o cümlədən “Gənclik sarayı” müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verilmişdir. Həmin icarə obyektlərinə tələb olunan bütün normativ hüquqi sənədlər (lisenziyalar, sertifikatlar, reklamlar, yanğın ləvazimatları və s.) icarəçilər tərəfindən öz fəaliyyət növlərinə uyğun olaraq təmin edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə isə reklam daşıyıcılarının “İbrahim” Firmasının rəhbəri, nümayəndəsi, işçisi və ya hüquqi şəxsin adından qərar qəbul etmək və yaxud onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik digər şəxs tərəfindən yerləşdirildiyini təsdiq edən hər hansı sübut mövcud olmadığından “İbrahim” Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 118A ünvanında yerləşən, “İbrahim” Firmasının balansında olan və “Gənclik sarayı” kimi istifadə edilən qeyriyaşayış sahəsi ## ###### 2025-ci ildən ## ###### 2026-cı ilədək X1 icarəyə verilmişdir. Həmin hal, öz növbəsində, inzibati xəta kimi qiymətləndirilən reklamların aşkarlandığı tarixlərdə ## #### 2026-cı il və ## #### 2026-cı il tarixlərdə sözügedən obyektin faktiki istifadəsinin “İbrahim” Firmasında deyil, icarəçidə olmasına dair mühüm sübut əhəmiyyətinə malikdir. Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş *********** nömrəli arayışla X1 Fətəli xan Xoyski prospekti 118A ünvanında yerləşən “Gənclik sarayı” adlı təsərrüfat subyekti (obyekti) üzrə ## ###### 2025-ci il tarixdə vergi uçotuna alınması təsdiq olunur. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materialları reklamın mövcudluğunu və icazəsiz olduğunu təsdiq etsə də, bu reklamın “İbrahim” Firması tərəfindən yerləşdirilməsi, yaxud həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədilə yerləşdirilməsi barədə birbaşa və mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərinə də inzibati xətanın məhz “İbrahim” Firması tərərfidnən törədilməsini təsdiq edən mötəbər sübut əlavə edilməmişdir. Bununla da “İbrahim” Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsilə təqsirli olmaması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, “İbrahim” firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəis müavini tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “İbrahim” firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar