Məhkəmə qərarları › İş №3(3-6)-2937/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2937/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2937/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1716/2021 saylı, ## ###### 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ###### 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Hafiz Kamranov) X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1716/2021 saylı, ## ###### 2021-ci il tarixli qərarının surəti barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 ## ###### 2021-ci il tarixdə göndərilmiş, məktub geri qayıtsa da, ## ###### 2021-ci il tarixdə qərar qüvvəyə minərək icraya yönəlmiş, icra vərəqəsi Qanunun tələblərinə uyğun olmadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ## ######## 2021-ci il tarixdə yenidən icra vərəqəsi verilmiş, Kürdəmir rayon Icra və Probasiya şöbəsinin icra məmurunun ## ###### 2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən isə şikayət ## #### 2026-cı il tarixində elektron kabinetə yerləşdirimişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, qərardan 5 (beş) ildən çox vaxt keçdikdən sonra prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1716/2021 saylı, ## ###### 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1716/2021 saylı, ## ###### 2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar