Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2949/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclasının katibi X2, qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, **/*-****** saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.1-1-ci maddəsi ilə təqsili bilinərək barəsində 100 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Işin halları: Şikayətçi Azərbaycan Respublikasının vətəndaşıdır, o, ## ###### 2026-cı il tarixdə EQ ******** saylı qərarla IXM-in 327.1-1-ci maddəsi ilə təqsili bilinərək barəsində 100 (bir yüz) manat cərimə tətbiq olunmuşdur. Həmin qərara əsasən, şikayətçi ## ###### 2026-cı il tarixdə özünə məxsus dövlət qeydiyyat nömrəsi **-OF-*** olan, “BAIC BJ 30 Hibrid minik” markalı avtomobili Bakı şəhəri, Nizami rayonu ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə IXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi ## ###### 2026-cı il tarixli EQ ******** saylı qərarın ləğvi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə ## ###### 2026-cı il tarixli, EQ ******** saylı qərar ləğv edilmiş, iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.1-1-ci maddəsi ilə təqsili bilinərək barəsində 100 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Şikayətçi birinci instansiya məhkəməsinə şikayət edib qərarın qanunsuzluğunu iddia etmiş, buna əsas kimi, xətanın törədilməsi ilə bağlı sübutların olmadığını, hər hansı xəta törətmədiyini buna baxmayaraq tənbeh edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi şikayətçinin iddiasını əsaslı saymamış və hesab etmişdir ki, şikayətçi ## ###### 2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “BAIC BJ 30 Hibrid minik” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə IXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən qanuni olaraq tənbeh edilmişdir. Şikayətçinin apellyasiya müraciətindəki dəlilləri ilkin şikayəti ilə eynilik təşkil etmişdir. Məhkəmə baxışı zamanı əlavə olaraq göstərmişdir ki, cərimə edilən zaman avtomobili o, idarə etməmişdir. Inzibati orqanın şikayətə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə iclasında da şikayətçi şikayətində göstərdiyi dəliləri səsləndirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Şikayətçi apellyasiya müraciətində iş üzrə icraata xitam verilməsini xahiş etməklə hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək tələblərini IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Ilkin olaraq şikayətçi foto görüntüdən ## ###### 2026-cı il tarixdə, dövlət qeydiyyat nömrəsi **-OF-*** olan, “BAIC BJ 30 Hibrid minik” markalı avtomobili özünün idarə etməsinin müəyyən edilə bilmədiyini və cərimə olunan zaman avtomobili özünün idarə etmədiyini iddia etmişdir. Birinci instansiya məhkəməsi şikayətçinin bu dəlilini araşdırmamış və qiymətləndirməmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə, dövlət qeydiyyat nömrəsi **-OF-*** olan, “BAIC BJ 30 Hibrid minik” markalı avtomobili sürücü qismində o, idarə etmişdir. Zolaq avtobus zolağı olmamışdır, qırıq-qırıq xətt olmuşdur. Inzibati xəta baş verdiyi vaxt etibarnaməsi olmamış və Könül Əliyevə avtomobildə olmuşdur. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. Şikayətçinin dəlillərini hadisə yerindən təqdim etdiyi fotoşəkilllə müqayisə etdikdə şikayətçinin inzibati xəta baş verdiyi vaxt avtomobili məhz özünün idarə etməsi müəyyən edilmir. Digər tərəfdən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin IV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin, belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Şikayətçidən alınmış izahatı, şahid ifadələrini, sənədləri, işin müəyyən edilmiş sayılan halları və qərardan şikayət vermiş şəxsin təqsirli bilindiyi IXM-in 327.1-1-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçinin əməlində inzibati xəta tərkibi olmamışdır. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən qərardan şikayət vermiş şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. IXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, şikayətçinin inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilməli, şikayətçinin barəsində IXM-in 327.1-1-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli, **/*-****** saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanları və IXM-in 134.1.3-cü və 135.1.5-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, **/*-****** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2949/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2949/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver