Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2951/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 16:10 radələrində Xəzər dənizində sahildən 3,6 mil məsafədə susərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətmişdir. Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli, *-**-**/*-**/****/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış inzibati material Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi və üzmə vasitəsinin müsadirə edilməsi məsələsinə baxılması məqsədi ilə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarında Protokolu tərtib edən orqan *** nömrəli gəmisinin raportuna və həmin gəminin əməkdaşlarının izahatlarına istinad etməklə onun sahildən 3,6 mil məsafədə balıq ovu ilə məşğul olduğu qənaətinə gəlmişdir. Lakin iş materiallarından həmin 3,6 mil məsafənin hansı konkret üsulla, hansı texniki vasitə ilə, hansı koordinatlar əsasında və hansı ölçmə nəticələrinə əsasən müəyyən edildiyi aydın deyil. Məhkəmə qərarında da bu məsafənin müəyyən edilməsinə dair obyektiv ölçmə məlumatlarına, koordinatlara, GPS və ya digər texniki vasitənin göstəricilərinə, ölçmə cihazının məlumatlarına və ya digər müstəqil sübuta istinad edilməmişdir. Halbuki məsafənin 2 mildən artıq olubolmaması hazırkı işin həlli üçün birbaşa həlledici faktdır. Bu baxımdan yalnız inzibati xəta haqqında protokol və sərhəd xidməti əməkdaşlarının izahatlarının mövcudluğu məsafənin məhz 3,6 mil olmasını avtomatik və mübahisəsiz şəkildə təsdiq etmir. Məhkəmə həmin sübutların digər obyektiv məlumatlarla yoxlanılmasını təmin etməli idi. Məsafənin ölçülməsi ilə bağlı obyektiv sübutların araşdırılmaması iş üzrə mühüm faktiki halların araşdırılmaması deməkdir. Iş üzrə əsas mübahisəli məsələ məhz qayığın sahildən hansı məsafədə olmasıdır. Əgər məsafənin xüsusi texniki vasitə ilə müəyyən edildiyi bildirilirsə, həmin vasitənin konkret göstəriciləri və ölçmənin etibarlılığını təsdiq edən məlumatlar da işə əlavə edilməlidir. Çünki hazırkı işdə inzibati məsuliyyətin yaranmasını şərtləndirən əsas faktlardan biri məhz sahildən icazə verilən məsafənin aşılmasıdır. Bu hal obyektiv şəkildə sübuta yetirilmədən yalnız inzibati orqanın əməkdaşlarının subyektiv müşahidəsinə əsaslanmaq təqsirin tam və şübhəsiz sübuta yetirilməsi üçün kifayət hesab edilə bilməz. Onun üzərinə məsafənin icazə verilən həddi keçmədiyini sübut etmək vəzifəsi qoyula bilməz. Əksinə, məsafənin məhz 3,6 mil olduğunu və bununla da inzibati xəta tərkibinin yarandığını sübut etmək inzibati icraatın predmetidir. Hazırkı işdə isə bu mühüm faktın obyektiv və mötəbər sübutlarla təsdiq edilməsi təmin edilməmişdir. O, uzun illərdir ki, qanuni əsaslarla həvəskar idman balıq ovu ilə məşğul olmağı və qayığın texniki imkanları nəzərə alınmamışdır. O, illərdir qanunla müəyyən edilmiş qaydada bu fəaliyyəti ilə məşğuldur. Tilovla 5-6 metr dərinliyi olan ərazidə balıq tutmaq mümkündür və o da həmin dərinlikdə olan 2 mil uzaqlığa kimi olan məsafədə olur, lakin Sərhəd xidmətinin əməkdaşlarının bildirdiyi 3.6 mildə dərinlik 15 metri keçir, o, həmin uzaqlıqda ola bilməzdi. Sərhəd xidməti məsafəni gəmi ilə ölçür, həmin əraziyə gəmi ilə deyil, qayıq ilə gəlmələrinin də səbəbi o olmuşdur ki, məsafə sahilə yaxın olmuş və dərinlik buna imkan verməmişdir ki, gəmi ilə gəlsinlər. Buradan da o nəticə hasil olur ki, su dayaz olan hissədə, 2 mildən yaxın məsafədə olmuş, yəni o, 3,6 mil məsafədə saxlanılmamışdır. Iş materiallarında istifadə etdiyi qayığın texniki imkanlarının da nəzərə alınması vacibdir. Sözügedən qayığın uzaq məsafələrə təhlükəsiz şəkildə hərəkət etməyə imkan verən texniki imkanları məhduddur. Onun üçün insan həyatının təhlükəsizliyi hər şeydən üstün olduğundan, qayığın texniki xüsusiyyətlərini nəzərə alaraq yalnız təhlükəsiz hesab etdiyi məsafələrdə balıq tutmaqla məşğul olmuşdur. Birinci instansiya məhkəməsi isə onun şəxsiyyətini, həvəskar formada balıqçılıqla məşğul olmağını, qayığın texniki imkanlarını və hadisənin konkret şəraitini faktiki olaraq araşdırmamışdır. Hadisə baş verən zaman o, baş verən halları, o cümlədən qayığın faktiki məsafəsini və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hərəkətlərini telefonu vasitəsilə video çəkilişə almağa çalışmışdır. X1 Xidmətinin əməkdaşları video çəkilişinə müdaxilə edərək telefonunu əlimdən almış və həmin vaxtadək çəkdiyi video görüntülərini məcburi şəkildə sildirmişdirlər. Bununla belə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları hadisə yerindən uzaqlaşdıqdan sonra o, yenidən video çəkiliş aparmağa başlamışdır. Hazırda telefonunda saxlanılan video görüntülər məhz əməkdaşların uzaqlaşmasından sonra çəkilmiş yeni video görüntüləridir və əvvəl çəkilmiş, əməkdaşların tələbi ilə sildiyi video görüntülərin davamı deyildir. Həmin video görüntülər hadisənin faktiki şəraitinin, o cümlədən qayığın yerləşdiyi ərazinin, sahilə olan məsafənin və hadisə zamanı mövcud olan digər halların müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Lakin birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən bu video görüntülər barədə məhkəməyə izahat vermək, onları sübut kimi təqdim etmək və onların araşdırılmasını tələb etmək imkanı olmamışdır. Məhkəmənin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli raportdan görünür ki, *** nömrəli gəmi tərəfindən xidmət zamanı ## #### 2026-cı il tarixdə saat 17:55 radələrində Qum adasının cənubunda, 19-cu SNB-nin 41-ci yanalma körpüsündən Xəzər dənizinə çıxmış, rezin tipli, üzərinə 01 (bir) ədəd «Merkuri 15» mühərriki quraşdırılmış «HÖ-1931» bort nömrəli balıqçı qayığı ilə ##.##.1971-ci ildə Bakı şəhərində anadan olmuş, həmin şəhərdə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahildən təyin olunmuş məsafəni keçdiyi (sahildən 3,6 mil məsafədə su-sərhəd rejimini pozduğu) üçün su-sərhəd rejimi pozucusu qismində saxlanılmışdır. Raportda qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları»nın (* nömrəli əlavə) pozulması ilə bağlı əməlində IXM-nin 571ci maddəsində nəzərdə tutulmuş inzibati xəta vardır; Iş materialalarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, «##.##.2026-cı il tarixdə saat 08:00 radələrində 41-ci YK-dan balıq ovu məqsədilə dənizə çıxmışdır. Dənizin sahilə yaxın ərazilərində balığın olmaması, eləcə də dəniz suyunun səviyyəsinin əvvəlki aylara görə aşağı düşməsi səbəbindən sahildən Hövsan SNB-nin 41-ci YKdan 3,6 mil məsafəyədək uzaqlaşaraq balıq ovu ilə məşğul olmaq niyyətində olmuşdur. Balıq ovu ilə məşğul olarkən sərhədçilər tərəfindən saxlanılaraq təyin olunmuş məsafəni icazəsiz keçdiyi üçün qanunla müəyyən edilmiş qaydada rejim pozucusu qismində saxlanılmışdır. Sahildən 2,0 mil məsafəyədək dənizə çıxışa icazənin olması barədə məlumatı vardır. Sərhədçilər tərəfindən bir daha ona təyin olunmuş məsafəni keçdiyi üçün xəbərdarlıq olunmuşdur. Bundan sonra qanunla təyin edilmiş qaydada balıq ovu ilə məşğul olacağına söz vermişdir. Iş materiallarında olan sahil Mühafizəsinin *** nömrəli gəmisinin GSÜBO-su X2 izahatından görünür ki, ##.##.2026-cı il tarixdə saat 17:55 radələrində xidməti əraziyə baxış keçirən zaman Qum adasının cənubunda sahildən 3,6 mil məsafədə Azərbaycan Respublikasına məxsus «HÖ-1931» bort nömrəli balıqçı qayığı aşkar olunaraq tanınmış, qayığın 1 nəfər heyət üzvü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin olunmuş məsafəni (3,6 mil məsafəni) keçərək balıq ovu ilə məşğul olduğu üçün su-sərhəd rejimi pozucusu qismində rəsmiləşdirilmişdir; Iş materiallarında olan sahil Mühafizəsinin *** nömrəli gəmisinin elektriki X3 izahatından görünür ki, ##.##.2026-cı il tarixdə saat 17:55 radələrində xidməti əraziyə baxış keçirən zaman Qum adasının cənubunda sahildən 3,6 mil məsafədə Azərbaycan Respublikasına məxsus «HÖ- 1931» bort nömrəli balıqçı qayığı aşkar olunaraq tanınmış, qayığın 1 nəfər heyət üzvü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin olunmuş məsafəni (3,6 mil məsafəni) keçərək balıq ovu ilə məşğul olduğu üçün su-sərhəd rejimi pozucusu qismində rəsmiləşdirilmişdir; Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs su-sərhəd rejiminə icazəsiz daxil olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsində haqlı olmuşdur. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-nin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsinin sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs su-sərhəd rejiminə icazəsiz daxil olması əsası ilə onun Azərbaycan Respublikası IXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması nəticəsinə gəlməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Törədilmiş inzibati xətaya görə təyin edilmiş tənbehə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq maddənin sanksiyasında ədalətli tənbeh tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2951/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2951/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver