Məhkəmə qərarları › İş №3(3-6)-2952/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2952/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2952/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə2 iştirakları ilə, ##.##.1995-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında evində yaşayan, barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsində saxlanılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi tərəfindən tərtib olunmuş ## ######## 2026-cı il tarixli MN seriyalı ******* nömrəli və ## ######## 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəli ##.##.2026-ci il saat 11:00 tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi nümayəndə2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələrinin tərkibi olmadığından və təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi və ya qərar dəyişdirilərək inzibati həbs tənbehinin yüngülləşdirici hallar nəzərə alınmaqla daha yüngül tənbeh növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati həbs, mahiyyəti etibarilə, şəxsin azadlıqdan məhrum edilməsi olduğundan, sanksiyanın xarakteri baxımından cəza tədbiridir. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) Engel və başqaları Niderlanda qarşı (1976) işində müəyyən etdiyi meyarlar, habelə Öztürk Almaniyaya qarşı (1984) işində formalaşdırdığı mövqe əsasında dəfələrlə qərara almışdır ki, milli qanunvericilikdə «inzibati» adlandırılmasından asılı olmayaraq, cəzalandırıcı və çəkindirici funksiya daşıyan, azadlıqdan məhrumetmə ilə nəticələnən icraat Konvensiyanın avtonom mənasında «cinayət ittihamı» kimi qiymətləndirilir. AİHM bu yanaşmanı bilavasitə Azərbaycana qarşı işlərdə də tətbiq etmişdir. Asədbəyli və başqaları Azərbaycana qarşı (ərizə № ****/** və digərləri, ## ###### 2012-ci il) və Qafqaz Məmmədov Azərbaycana qarşı (ərizə № *****/**, ## ####### 2015-ci il) işlərində Məhkəmə inzibati həbslə nəticələnən icraatı cinayət ittihamının müəyyən edilməsi kimi qiymətləndirmiş və belə icraata Konvensiyanın 6-cı maddəsinin bütün təminatlarının şamil olunduğunu təsbit etmişdir. Bu, işə baxılan zaman tətbiq edilməli olan sübut standartını yüksəldir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi təqsirsizlik prezumpsiyasını təsbit edir və müəyyən edir ki, şəxsin təqsirli olması qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyibsə, o, təqsirsiz sayılır, təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, təqsir barədə əsaslı şübhələr isə onun xeyrinə həll olunmalıdır. İXM-in 53.2-ci maddəsi də açıq şəkildə müəyyən edir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 510.2-ci maddəsi internet informasiya ehtiyatında və ya informasiya- telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə məsuliyyət müəyyən edir. Bu maddənin mühafizə obyekti ictimai mənəviyyatdır, obyektiv tərəfi isə konkret əxlaqsız (obssen) məzmuna, yəni əxlaqsız ifadəyə, jestə və ya bədən hissələrinin ədəbsiz nümayişinə bağlıdır. İş materiallarında isə əməl polis, konkret olaraq YPX əməkdaşlarının təhqiri kimi təsvir olunur. Vəzifəli şəxslərin fəaliyyətinə münasibətdə tənqidi və ya kəskin fikrin bildirilməsi ictimai mənəviyyata qarşı yönəlmiş əxlaqsız məzmun deyildir və İXM-in 510.2-ci maddəsinin obyektiv tərəfini təşkil etmir. Protokolda (MN 2222238) hansı konkret «əxlaqsız ifadə» işlədildiyi, hansı jestin edildiyi və ya hansı əxlaq normasının pozulduğu ümumiyyətlə göstərilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xəta maddənin dispozisiyasına deyil, ondan kənar bir təsəvvürə əsaslanır. Bu, əməldə həmin maddənin tərkibinin olmaması deməkdir. Tövsifin özündə daxili ziddiyyət də mövcuddur. Polis orqanının məhkəmə sədrinə ünvanladığı ##.##.2026-cı il tarixli 50.*/*-***** saylı məktubda həmin material İXM-in 510.1- ci maddəsi (xırda xuliqanlıq) ilə göstərilmiş, protokolda və qərarda isə İXM-nin 510.2-ci maddəsi göstərilmişdir. Halbuki İXM-nin 510.1 və 510.2-ci maddələri tamamilə fərqli əməlləri əhatə edir: 510.1 ictimai qaydanı pozan, lakin zor tətbiqi ilə müşayiət olunmayan hərəkətlərə, 510.2 isə şəbəkədə kütləvi nümayiş olunan əxlaqsız məzmuna aiddir. Eyni fakt üzrə iki fərqli maddənin göstərilməsi tövsifin əsaslandırılmadığını və işin hallarının hərtərəfli araşdırılmadığını sübut edir. Bundan başqa, Konstitusiyanın 63cü və 71-ci maddələrindən, habelə Konvensiyanın hüquqi müəyyənlik tələbindən (bax: X4rşı) irəli gəlir ki, məsuliyyət yalnız qanunda aydın və proqnozlaşdırıla bilən formada təsbit olunmuş əməllərə görə tətbiq oluna bilər. İctimai mənəviyyatın mühafizəsi üçün nəzərdə tutulmuş normanın vəzifəli şəxslərin tənqidinə şamil edilməsi normanın obyektiv tərəfinin genişləndirilməsi deməkdir və bu, hüquqi müəyyənlik prinsipinə ziddir. İXM-in 535.1 -ci maddəsi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən verdiyi qanuni tələbə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Bu maddə üzrə məsuliyyət üçün üç element sübuta yetirilməlidir: birincisi, konkret qanuni tələbin verilməsi; ikincisi, həmin tələbə tabe olunmaması; üçüncüsü, tabe olmamanın məhz qəsdən, yəni qəsdlə baş verməsi. İş materiallarında bu elementlərin heç biri təsdiqlənmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hansı konkret qanuni tələbin verildiyi, onun necə və hansı anda pozulduğu qərarda konkretləşdirilməmişdir. Təqsirləndirmənin yeganə mənbəyi polis əməkdaşının raportudur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixli izahatında yalnız TikTok paylaşımı ilə bağlı hallar bildirilir, polisə qəsdən tabe olmama faktı isə nə etiraf edilir, nə də hər hansı obyektiv sübutla (video, digər şahid, yaralanma və ya zor tətbiqi barədə akt) təsdiqlənir. Beləliklə, bu maddə üzrə iş üçün əhəmiyyətli hallar sübuta yetirilməmiş, məhkəmənin nəticələri isə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi cərimənin niyə kifayət etmədiyini, hansı müstəsna halın mövcud olduğunu ümumiyyətlə əsaslandırmadan birbaşa hər iki maddə üzrə azadlıqdan məhrumetməyə, üstəlik mümkün olan yuxarı hədd olan 1 ay müddət təyin etmişdir. Bu, İXM-in 31.2-ci maddəsinin tələblərinin, yəni xətanın xarakterinin, şəxsiyyəti xarakterizə edən halların, təqsirin dərəcəsinin, əmlak vəziyyətinin, habelə yüngülləşdirən halların nəzərə alınması tələbinin pozulması deməkdir. İşdə yüngülləşdirici hallar mövcuddur və nəzərə alınmalı idi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əməlinə görə səmimi peşmançılıq ifadə etmişdir (İXM 32.1.1). O, ilk dəfə inzibati məsuliyyətə cəlb olunur, müsbət xarakterizə olunur, davamlı yaşayış yeri vardır. E.R. Hidayətzadə həmçinin müharibə iştirakçısıdır, bu status İXM-in 32.2-ci maddəsinə əsasən (hakimin 32.1.1-32.1.7-ci maddələrdə göstərilməyən digər halları da yüngülləşdirən hal kimi nəzərə ala bilməsi) məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Bu hallar nəzərə alınmadığından tətbiq edilmiş tənbeh İXM-in 31-34-cü maddələrinin tələblərinə uyğun deyildir (İXM 135.1.5). İnzibati həbs ən ağır tənbeh növü olduğundan, Konstitusiyanın 28-ci maddəsi ilə qorunan azadlıq hüququna müdaxilə yalnız ciddi zərurət olduqda və mütənasib həcmdə mümkündür. Konkret halda isə cərimənin tətbiqi ilə eyni məqsədə nail olmaq mümkün ikən, ən ağır tədbir seçilmişdir. İş materiallarında, o cümlədən polis əməkdaşının raportunda əməlin sosial şəbəkədəki paylaşımın məzmunu və profilin istiqaməti ilə əlaqələndirilməsi göstərir ki, məsuliyyət faktiki olaraq bildirilmiş fikrin məzmununa görə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilməli, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 01 (bir) ay müddətiə inzibati həbs növündə tənbeh tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510.2-ci maddəsinə əsasən, İnternet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialları əsasında müyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə ünvan 2 ünvanında ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin o, “TikTok” sosial şəbəkəsində Yol Patrul xidməti əməkdaşlarını təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxan birinci instansiya məhkəməsi inzibati material üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə mövcud sübutlarla tam şəkildə sübuta yetirilmişdir. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş və bir-birilə uzlaşan şahid ifadələrini mötəbər sübut növləri kimi qəbul etmiş və yekunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X1 protokolda göstərilən hallara uyğun ifadə verərək bildirmişdir ki, ## ######## 2026-cı il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı “TikTok” sosial şəbəkəsində polis əməkdaşlarını təhqir edən ifadələrin yayıldığı müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində həmin ifadələri şəxsi mesaj vasitəsilə göndərən şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən olunmuşdur. Şəxs saxlanılıb polis şöbəsinə dəvət edilərkən də etirazlar etmiş və qanuni tələblərə tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin verdiyi suala cavab olaraq bildirmişdir ki, daha sonradan paylaşılan yazılar silinmişdir. Birinci instansiya məhkəməsinin iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 bildirmişdir ki, əməliyyat-axtarış tədbirləri çərçivəsində “TikTok” sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələrin göndərilməsi və həmin ifadələrin digər şəxs tərəfindən ictimaiyyətə yayılması müəyyən olunmuşdur. Araşdırma nəticəsində həmin mesajları göndərən şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmiş və o, Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı irəli sürdükləri qanuni tələblərə tabe olmamış və həmin tələblərin icrasından boyun qaçırmışdır. Birinci instansiya məhkəməsinin iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X3 bildirmişdir ki, ## ######## 2026-cı il tarixdə həyata keçirilmiş tədbirlər zamanı “TikTok” sosial şəbəkəsində polis əməkdaşlarını təhqir edən ifadələrin kim tərəfindən yayılması ilə bağlı aparılmış araşdırma nəticəsində həmin ifadələrin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazıldığı müəyyən edilmişdir. Tərəfimizdən onun olduğu yer aşkar edilmiş və Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində saxlanılmışdır. Həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, yayınmış, tələbləri yerinə yetirməkdən imtina etmiş və müqavimət göstərmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, əsas dəlillər qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 510.2 və 535.1-ci maddələrinin tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.2 və 535.1-ci maddələri ilə təqsirli olması iş materiallarında olan raport, inzibati xəta haqqında protokollar, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, habelə digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmin qənaətə gələrkən onu da nəzərə alır ki, birinci instasiya məhkəməsinin iclasında və hazırki apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək ona istinad olunan inzibati xətaları törətmədiyini iddia etsə də, iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ##.##.2026-cı il tarixli izahatdan görünür ki, o, 2 gün əvvəl “TikTok” sosial şəbəkəsində Nərimanov Rayon YPX əməkdaşı barədə məlumat yerləşdirdiyini, həmin məlumatın cəmiyyətdə böyün rezonans doğurmasını, etdiyi əməldən peşiman olduğunu, bir daha belə əməl törətməyəcəyini qeyd etmişdir. Qeyd olunanlar əsasında məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “TikTok” sosial şəbəkəsində polis əməkdaşlarını təhqir edən və hörmətsiz ifadələri sosial paylaşmaqla ictimai mənəviyyat və cəmiyyət tərəfindən qəbul edilmiş etik davranış normalarını pozulması kimi qiymətləndirilməlidir. Həmçinin iş materiallarında olan və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin çıxışlarından da müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələblərinə tabe olmaqdan yayınmışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 510.2 və 535.1-ci maddələri ilə təqsirli olmasını şübhə altına alan hər hansı halı müəyyən etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilən tənbeh məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tədbiri tətbiq edərkən, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları kifayət qədər nəzərə almamış, həmçinin onun məsuliyyətini yüngülləşdirən hal ümumiyyətlə müəyyən etməmiş, nəticədə inzibati həbs növündə tənbeh tədbirini onun şəxsiyyətinə uyğun olmayan daha ağır həddə tətbiq etmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarında olan Veteran adarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş ****** nömrəli vəsiqədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətən müharibəsi iştirakçısı olmuş, döyüş əməliyyatlarında iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə və “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etidiyinə görə fəxri fərmanla təltif olmuşdur. Məhkəmə sözügedən halları da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.2-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi ağırdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən hallar qismində izahatında əməlinə görə səmimi peşmançılıq ifadə etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, Vətən Müharibəsi iştirakçısı olmasını və eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddən də aşağı həddə inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar