Məhkəmə qərarları › İş №3(3-6)-2955/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2955/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2955/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Baft and Partners İnnovative Green Technology” MMC-nin (bundan sonra – “Baft and Partners İnnovative Green Technology” MMC) nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə adından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə “Baft and Partners İnnovative Green Technology” MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, müvafiq olaraq 2510970 və ******* nömrəli inzibati xəta haqqında protokolları onlara əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) “Baft and Partners İnnovative Green Technology” MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barələrində müvafiq olaraq 2000 manat və 1000 manat miqdarında təyin edilmiş inzibati cərimənin şərti tətbiq edilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarından “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə adından verilmiş şikayətdə onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, lakin həmin şikayət “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmamışdır. Apellyasiya məhkəməsi iclasında “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə şikayəti hazırda imzalayıb, yol verdiyi pozuntunu aradan qaldıra biləcəyini bildirib, şikayətə baxılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclası barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və səlahiyyətli orqanın nümayəndəsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmələrinə və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmələrinə görə iştirakları olmadan keçirilmişdir. Azərbaycan Respublikası İXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin onu vermiş şəxs və ya vəzifəli şəxs tərəfindən imzalanmadığı halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. - 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı tərəfindən imzalanmadıqda baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə andan verilmiş şikayət sonuncu tərəfindən imzalanmadığına görə Azərbaycan Respublikası CPM-in 122.6-cı maddəsi hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq edilməklə (Azərbaycan Respublikası İXM-də bu halda hansı qərarın qəbul edilməsini tənzimləyən normanın olmaması səbəbindən) iş üzrə inzibati xəta haqqında icraat materiallarla birlikdə baxılmadan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalı, “Baft and Partners İnnovative Green Technology” MMC, onun nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşlərsə, onun bərpa edilməsi barədə vəsatət vermək hüquqlarının olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 391.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Baft and Partners İnnovative Green Technology” MMC-nin nümayəndəsi Nümayəndə adından verilmiş şikayət iş üzrə inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılmadan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. “Baft and Partners İnnovative Green Technology” MMC, onun nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 izah edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşlərsə, onun bərpa edilməsi barədə vəsatət vermək hüquqları vardır. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar