Məhkəmə qərarları › İş №3(3-6)-2956/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2956/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2956/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sadəcə inzibati orqanın tərtib etdiyi protokola və “xxxx” MMC-nin poçt göndərişinin verilməsi haqqında qəbzin əsaslanaraq qanunsuz qərar qəbul etmişdir. Heç bir sübut olmasına baxmayaraq, məhkəmə çatdırılma qəbzində yazılmış şəxsən hissəsində F-ə bənzər hərfi və Məmmədov soyadlı şəxsin Cəmiyyətin əməkdaşı olduğunu fərz etmiş və bu fərziyyəyə əsaslanaraq qərar qəbul etmişdir. Qeyd etmişdir ki, mübahisənin bu hissəsində inzibati xətanın cəmiyyət ilə əlaqəliliyini və inzibati xəta tərkibinin mövcudluğunu sübut edən tərəf DYPİ-dir. Lakin məhkəmə bu sübutların təqdim edilməsini inzibati orqana təklif etməmiş, inzibati orqan isə bu faktı - protokol və poçtun çatdırılma qəbzində yazılmış şəxslərin cəmiyyət ilə heç bir əlaqəsi olmaması faktını bilməmiş və ya görməzdən gəlmişdir. Mübahisə heç bir hissədə cəmiyyətlə əlaqəli deyildir və buna aid heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş çatdırılma qəbzini imzalayan Məmmədov soyadlı şəxsi tanımırlar. Məhkəmənin diqqətinə çatdırmışdırlar ki, hazırkı vəsatətə əlavə edilərək təqdim olunacaq cəmiyyətin əməkdaşlarının ştat cədvəlindən də göründüyü kimi, həmin cədvəldə adı “Məmmədov” soyadı ilə qeyd olunan şəxs cəmiyyətin sürücüsü vəzifəsində çalışır. Həmin şəxs cəmiyyət adından məktubları qəbul etmək, yazışmaları aparmaq və ya digər sənədləri qəbul etmək səlahiyyətinə malik deyildir. Bu səbəbdən, həmin şəxsin hər hansı məktubu və ya sənədi qəbul etməsi cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmiş hesab edilə bilməz və belə qəbul edilmə faktının Cəmiyyətə münasibətdə hüquqi nəticə doğurması əsassızdır. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cıil tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: -iş materiallarında olan sorğudan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “BURG TRAİLER XÜSUSİ.TƏY” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə # #### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbi pozularaq - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması faktı aşkar edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olan fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X2 təqdim edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş edilmişdir. -iş materiallarında olan poçt xəbərnaməsinin sürətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini tərəfindən ona ünvanlanmış bildirişi ## #### 2026-cı il tarixdə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Apellyasiya mərhələsində tədqiq edilmiş göndərişin izlənməsi barədə çıxarışdan görünür ki, müvaqif sorğu məktubu ## #### 2026-cı il tarixdə alıcıya çatdırılması cəhdi uğursuz olmuşdur. ## #### 2026-cı il tarixdə məktubun çatdırıldığı qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xəbərnaməyə diqqət edildikdə məktubun MMC tərəfindən lazımı qaydada təhvil alınması müəyyən edilmir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti əməlinədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş xəta tərkibi yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüuquqi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar