Məhkəmə qərarları › İş №3(3-6)-2962/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2962/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2962/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*- **)-*****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai RPI-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, X6 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (hakim X2) Azərbaycan Respublikası IXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində əvvəli ## ###### 2026-cı il tarix, saat 23:30-dan hesablanmaqla, 1 ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, inzibati həbs tənbeh tədbirinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə aparılmış icraat zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi sonuncuya Azərbaycan Respublikası IXM-in 206-cı maddəsində nəzərdə tutulmuş daha ağır inzibati tənbeh növü olan inzibati həbs tətbiq etmişdir. Belə ki, ## ###### 2026-cı il tarixdə evdə olan zaman ona tanışı Namiq zəng vuraraq bildirmişdir ki, onun maşını polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş və ona maşını meydançadan götürməyə kömək etməyini xahiş etmişdir. O da deyilən cərimə meydançasına gələrək görmüşdür ki, həmin Namiq cərimə meydançasının gözətçisi ilə əlbəyaxa olub şlaqbaumu açmasını tələb edir. Gözətçi də öz növbəsində şlaqbaumu özü açaraq Namiqin maşınının çıxarılmasını təmin etmişdir. Bunu cərimə meydançasına quraşdırılmış videokameralardan görmək olar. Bundan sonra evə gəlmiş və 28 avqust tarixində polis əməkdaşları gələrək ondan guya Namiqin yerini müəyyən etmək istədiklərini bildirərək onu Xətai rayon Polis Idarəsinə aparmışlar. Orada Namiqin yerini müəyyən etmək üçün sorğu işləri aparmışlar, onun yerini demədiyi təqdirdə onu Inzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Bundan sonra polis əməkdaşları onu aparıb 37ci Polis Bölməsinə təhvil vermişlər və orada ## ######## 2026-cı il tarixədək kamerada saxlamışlar. Göstərdiklərini polis bölməsinin həm çöl tərəfinə, həm də içəridə quraşdırılmış videokamera görüntüləri də təsdiq edər. Bu müddət ərzində hansı əsasla saxlanmağını bilmək üçün dəfələrlə həmin bölmənin əməkdaşları ilə əlaqə saxlamaq istəsə də, ona tutarlı heç bir cavab verməmişlər və sadəcə bildirmişlər ki, IXM-in 535-ci maddəsi ilə məsuliyyət daşıyacaqdır, ancaq həmin Namiqin yerini desə onu məsuliyyətdən azad edəcəklər. Hətta valideynləri ilə görüşməyə belə imkan verməmişlər. Bu müddət ərzində atası bir valideyn kimi Ombudsmana və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin 102 Xidmətinə 7 dəfə zəng vuraraq polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat vermiş, lakin heç bir tədbir görülməmişdir. Nəhayət, 31 avqust tarixində 37-ci PB-nə Xətai rayon Polis Idarəsinin Narkotiklərin dövriyyəsinə qarşı mübarizə qrupunun əməliyyat müvəkkilləri olan Mehdi, Nicat və Müseyib gəlmiş və onlar da ondan Namiqin yeri ilə bağlı sorğu-sual etmişlər, lakin müsbət nəticə əldə etmədikdə onu hədələmişlər ki, əgər polisə tabe olmamaqda tutulmaq istəmirsənsə, onda narkotik vasitə qəbul etməkdə təqsirli bilinərək həbs edəcəklər. Bu zaman həmin əməliyyat müvəkkillərindən Mehdi adlı şəxs guya ona yaxşılıq etmək adı ilə plastmas qabda sərinləşdirici içki vermişdir. Bundan sonra onu maşına mindirərək sərxoşluğunu yoxlamaq üçün həkimə aparmışlar. 37-ci Polis Bölməsində polis əməkdaşları ona fiziki xəsarətlər yetirmişlər və bədənində çoxlu sayda xəsarətlər vardır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikasının IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında ##.##.2026-cı il tarixli, № **** aktda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində THC (+) müsbət və MET (+) müsbət aşkar edilməsinin göstərilməsinə əsaslanmaqla, onun Azərbaycan Respublikası IXM-in 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji Mərkəzi publik hüquqi şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama ##.##.2026-cı il tarixli, **** №-li rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan Istifadə etmə halı olub. Lakin, hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati tənbeh tədbirinin Azərbaycan Respublikası IXM-in 31 və 32-ci maddələrinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası IXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Bununla belə, apellyasiya instansiya məhkəməsi şəxs barəsində tətbiq edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, həddi hissəsində birinci instansiya məhkəməsi ilə həmfikir deyil. Apellyasiya şikayətinin məzmunu da təyin edilmiş tənbehin müddətinin azaldılması ilə bağlıdır. IXM-in: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi gənc olmasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını, daha ağır tənbehin tətbiqi üçün əsasların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə tətbiq edilmiş 01 (bir) ay müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 15 (on beş) günə endirilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə tətbiq edilmiş 01 (bir) ay müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 15 (on beş) günə endirilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar