Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2963/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X3) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1968-ci il tarixdə ildə Göyçay rayonu, Yeni Arx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 23/25, mənzil 95 ünvanında qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə təqsirli bilinmiş, İXM-in 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış icaata xitam verilmişdir. İşin halları: Materialdan görünür ki, Binəqədi rayon X1 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi hesab edir ki, X9 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ##.##.2024-cü il tarixdə törətmiş, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar isə ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Belə olan halda, yəni inzibati xəta haqqında protokol məhkəməyə daxil olduğu zaman cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt ötmüş, başqa sözlə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, X9 barəsində IXM-in 327.8-ci maddəsi ilə toplanmış material ##.##.2026-cı il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmənin kifayət qədər müddəti olmuşdur ki, 3 ay tamam olmayan müddətdə işə baxıb yekun qərar versin. Lakin, məhkəmə bunu etməmiş və işi uzadaraq müddət bitəndən sonra yekun qərar qəbul etmişdir. Yuxarıda qeyd olunan hallara birinci instasiya məhkəməsi qiymət verməməklə düzgün nəticəyə gəlməyərək əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir təqsirinin olmadığını, belə bir hadisənin 2024cü ildə baş verdiyini, 2026-cı ilin aprel ayında İsveçrədə olmasını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə protokolu tərtib edən Binəqədi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi nəticəsinə gəlmiş, onu həmin maddə ilə təqsirli bilmiş, inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsası ilə iş üzrə icraata xitam vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddia etmişdir ki, onun hüquqları pozulmuş, müdafiəsini qurmağa imkan verilməmiş, o, məhkəmə baxışı zamanı izahatlarında ona qarşı irəli sürülən ittihamı qəbul etməmiş, təqsirsizliyinə dəlalət edəcək sübutların araşdırılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində aparılmış icraatdan görünür ki, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərarında inzibati xəta haqqında protokola istinad etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi nəticəsinə gəlmişdir. Hazırda, məhkəmənin bu xüsusatları sadalamaqda məqsədi belə hallarda birinci instansiya məhkəməsinin tərəfin irəli sürdüyü dəlillərin yoxlanılması üçün mümkün tədbirləri görüb-görülməməsinin aydınlaşdırılması məqsədi daşıyır. Əvvala, bu ona görə zəruri idi ki, məhkəmə tərəfin bütün dəlillərini yoxlamaqla, vəzifələrini icra etmiş olacaqdır ki, bu iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün labüd idi. Digər tərədən, məhkəmə dəlillərin yoxlanılması üçün son mərhələ olduğundan, səlahiyyətli orqanın ittihamedici dəlillərini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruri olmuş, dəlillərin yoxlanılmasından imtina isə əsaslandırılmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu da iddia etmişdir ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsindən məlumatlı olmamış, həmin protokolun surəti verilməmiş, bununla da nədə təqsirləndirildiyini bilməmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, həqiqətən protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə tərtib edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, həmin protokolun surəti ona təqdim edilməmişdir. Halbu ki, İXM-in 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan əlavə, inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi iddia olunan xəta ## ##### 2026-cı il tarixdə saat 23:15-də törədilmişdir. Birinci instansiya məhkəməsi isə xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2024-cü il tarixdə törədilməsi qənaətinə gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs israrla bildirmişdir ki, o, ## ##### 2026-cı il tarixdə ölkə hüdudlarında olmamış və iddia olunan xətanı törətməmişdir. Birinci instansiya məhkəməsinin hansı sübut və sənədlərə istinad etməklə xətanın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2024-cü il tarixdə törədilməsi qənaətinə gəlməsi əsaslandırmamış və aydın olmamışdır. Belə ki, işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təhqiqatçı ##.##.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini araşdırmış, iştirakçılar isə X2 və X7 olmuşdur. Həmin qərarda təhqiqatçı xətanın X2 tərəfindən törədilməsini ehtimal etmiş və sonuncunun barəsində tədbir görülməsi üçün qərarın surətini Binəqədi RPİ-nin DYPŞ-nə göndərmişdir. Göründüyü kimi, inzibati materilda səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar biri digəri ilə ziddiyət təşkil etmiş, xətanın hansı tarixdə və kim tərəfindən törədilməsi halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayaraq erkən nəticəyə gəlinmişdir. Bu isə öz növbəsində hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv məhkəmə araşdırılmasının təmin edilməməsinə və məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına dəlalət edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Hazırda iş üzrə tam, hərtərəfli və obyektiv məhkəmə araşdırılması təmin edilmədiyindən və məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayətində irəli sürülən tələblərin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Bununla belə, məhkəmə, apellyasiya şikayətinin dəlillərindən aslı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini, habelə İXM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamış və İXM-in 134.1.4-cü maddəsində nəzərdə tutulan əsasların olduğunu müəyyən etmişdir. Odur ki, İXM-in 134.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, hazırki inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2963/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2963/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver