Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2964/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində ## #### 2026-cı il tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən işıqforun qırmızı işığında keçməyi əsas gətirilərək ona mövcud cərimə yazılmışdır. Hal-hazırda hesab edir ki, protokol və ona əsasən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o qırmızı işıqda deyil yaşıl işıqda hərəkətdə olmuşdur. Bu zaman yaşıl işıq yanıb söndü və o da sərt-ani tormozlama etmədən hərəkətini davam etdirmişdir. Hərəkət istiqaməti düz istiqamətdə olsa idi kəsişmə nöqtəsini nəzərə alıb sərt tormozlama edərdi ki, digər hərəkət iştirakçılarının hərəkətə başladığı zaman onlara maneə olmasın. Amma hərəkət istiqaməti sağ istiqamətdə olduğu üçün digər hərəkət iştirakçılarının soldan hərəkətə başladığını nəzərə alaraq o yaşıl işıq yanıb sönərkən hərəkətini davam etdirmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. "X3" Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin tələblərinə görə "sarı rəngli işığın yanması bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir” və “sarı rəngli işığın yanıbsönməsi -hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir". Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. "X3” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin III bəndində göstərilir ki, Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıbsönməsi hərəkətə, icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının, ilkin şikayətin təmin edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tərəfindən sübutların təmin olunmasına dair (video materialların əldə olunması üçün qarşı tərəfə sorğu göndərilməsi barədə) müvafiq vəsatət verilmiş, vəsatətində də bildirib ki, görüntülərin qısa zaman ərzində silinmə ehtimalı olduğu nəzərə alınaraq qərardadın qısa bir zamanda təqdim olunması xahiş edilmişdir. Lakin ##.##.2026-cı il tarixdə məhkəmədə iştirak edərkən hələ də qərardad ona təqdim edilməmişdir və nəticədə onun xahişi ilə məhkəmə iclas zalında müvafiq sorğu məktubu ona təqdim edildi və bildirildi ki, qarşı tərəfə də müvafiq sorğu göndərilmişdir. Daha sonra sorğuya cavab gəlmədiyi üçün məhkəmə iclası ## ###### 2026-cı il tarixinə təyin edilmişdir. ## ###### 2026-cı il tarixində də məhkəmə iclası olarkən işə baxan hakim tərəfindən öz şəxsi whatsapp tətbiqində olan naməlum şəxslə ( yəqin ki, DYP əməkdaşı ilə) yazışmalarda göndərilən video görüntü ona göstərilmişdir. Bu zaman tərəfindən bildirilmişdir ki, bitərəflilik pozulur, sübutlar qeyri- rəsmidir və məlum olduğu kimi rəsmi qaydada təqdim edilməlidir. Lakin DYP əməkdaşı tərəfindən və ya nümayəndələr tərəfindən məhkəmə iclasına gəlinməmiş və rəsmi qaydada sübutlar təqdim edilməmiş, hakim tərəfindən isə buna göz yumulmuş, sübutların qeyri-rəsmi yollarla təqdim edilməsi qəbul edilmişdir. Qərarda isə qeyd edilmişdir ki, “iş materiallarında olan videogötüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir”. Lakin sübutların mötəbər şəkildə təqdim edilibedilməməsinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Buna görə də həmin o qeyri rəsmi sübutların baxılmasına ehtiyac olmadığını etiraz edərək bildirsə də nəzərə alınmamışdır. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026 cı il tarixdə, saat 10:27-də Bakı şəhəri, Yasamal rayonu, Şərafət Mehdiyev küçəsində “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Iş materiallarında olan videogötüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “X3” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “X3” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan videogörüntü, inzibati xəta haqqında qərar və digər sübutlar qarşılıqlı əlaqədə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vardır. Onun irəli sürdüyü dəlillər isə müəyyən edilmiş hüquqi nəticəni dəyişdirə biləcək xarakter daşımır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Şikayətdə videogörüntünün, yəni əsas sübutun əldə edilməsi mübahisələndirilsə də, bu hal inzibati xəta hadisəsinin baş verməsini və şəxsin təqsirini istisna edə bilməz. Təqdim edilən sübutun mötəbər olmaması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2964/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2964/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver