Məhkəmə qərarları › İş №3(3-6)-2965/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2965/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2965/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin (bundan sonra “Azneft” İstehsalat Birliyinin) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 266.1 və 266.2-ci maddələri ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ-nin məsləhətçi-müfəttişi Məmmədli Cavad İbrahim oğlu tərəfindən “Azneft” İstehsalat Birliyinin barəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələri ilə ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ##.##.2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində yolun sol hissəsində (39T, 388309 ; ******* saylı koordinatlar) “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmriov adına NQÇİ-nin ərazisində tullantıların atılaraq basdırılma işlərinin görülməsi faktı aşkar edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə “Azneft” İstehsalat Birliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının İXM-nin 266.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan “Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarını ləğv edib, “Azneft” İB-nin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan Qızıldaş yolu istiqamətində yolun sol hissəsində Ə.C.Əmirov adına NQÇİ-nin ərazisində tullantıların atılaraq basdırılma işlərinin görülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 266.1-ci maddəsinə əsasən, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfatməişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə, 266.2-ci maddəsinə əsasən, Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, inzibati xəta törədilməsi faktını və iş üçün əhəmiyyət kəsb edən bütün halları özündə əks etdirən əsas prosessual sənəddir. Protokolun tərtibi zamanı xəta törədilməsi faktı daxil olmaqla, xətanın yeri, vaxtı, mahiyyəti və işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən digər mühüm hallar mütləq qaydada protokolda öz əksini tapmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 266.2-ci maddəsinin tətbiqi zamanı protokolda konkret olaraq hansı qanunvericilik aktının, hansı normanın və ya qaydanın tələblərinin pozulduğu dəqiq göstərilməli idi. Mütləq xarakter daşıyan bu müddəalar protokolda öz əksini tapmadığı təqdirdə, şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) inzibati xəta tərkibinin mövcudluğunu sübut olunmuş hesab etmək mümkün deyildir. Bununla yanaşı, İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yalnız maddədə imperativ şəkildə sadalanan xüsusi ərazilərdə və yerlərdə tullantıların basdırılması halları zamanı yaranır. Lakin inzibati xəta haqqında protokolda xətanın törədildiyi iddia olunan konkret ərazi göstərilmədiyindən, təqsirləndirilən şəxsin əməlində İXM-nin 266.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu sübuta yetirilməmişdir Göründüyü kimi Azneft İB-nin əməlində İXM-nin 266.1 və 266.2-ci maddələrinin tərkibi mövcud deyil, Azneft İB-nin əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində yolun sol hissəsində (39T, 388309 ; ******* saylı koordinatlar) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmriov adına NQÇİ-nin ərazisində tullantıların atılaraq basdırılma işlərinin görülməsi faktı aşkar edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ****** nömrəli Aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində yolun sol hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİyə məxsus ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ-nin müvafiq sərəncamı əsasında Bakı şəhəri, Qaradağ rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Qanunlarına əsasən ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının icrasına nəzarət edilməsi məqdəsilə monitorinqlər keçirilmişdir. Keçirilən monitorinqlər zamanı Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində yolun sol hissəsində "Azneft" İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-yə məxsus ərazisində (koordinatlar: 39T, 388309, 4462558) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin, **-JB-***, **-JE-***, **-JL-***, **-JL-***, **-JT-***, **-JG-*** dövlət qeydiyyat nömrə nişanlı özüboşaldan yük nəqliyyat vasitələri ilə karxanaların fəaliyyəti zamanı gələcəkdə rekultivasiya işlərində istifadə üçün nəzərdə tutulmuş istehsalat tullantılarının boşaldılaraq qalaqlanması və hamarlanma işlərinin aparılması faktı aşkar edilmişdir. Foto şəkillərdən və videogörüntüdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində, yolun sol hissəsində yerləşən və “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-yə məxsus ərazidə istehsalat tullantılarının boşaldılması, qalaqlanması və ərazidə hamarlanması işləri aparılmışdır. Belə ki, fotoşəkillərdə həmin ərazidə müxtəlif növ özüboşaldan yük nəqliyyat vasitələrinin və xüsusi texnikanın yerləşməsi, onların yükboşaltma və hamarlama işlərində istifadə edilməsi, eləcə də istehsalat tullantılarının müəyyən sahədə toplanaraq qalaq şəklinə salınması və ərazi üzrə yayılaraq hamarlanması aydın şəkildə əks olunur. Fotoşəkillərdə görünən texniki vasitələrin və onların həyata keçirdiyi fəaliyyətin Aktda qeyd edilən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus **-JB- ***, **-JE-***, **-JL-***, **-JL-***, **-JT-*** və **-JG-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük nəqliyyat vasitələrinin iştirakı ilə aparılan işlərlə uyğunluğu nəzərə alındıqda, həmin nəqliyyat vasitələrindən istifadə edilməklə karxanaların fəaliyyəti nəticəsində gələcəkdə rekultivasiya işlərində istifadə olunması nəzərdə tutulan istehsalat tullantılarının göstərilən əraziyə daşınaraq boşaldılması, qalaqlanması və sonradan xüsusi texnika vasitəsilə hamarlanması faktı fotoşəkillərlə də öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “Azneft” İstehsalat Birliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikasının İXM-nin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materiallarında olan sübutların məcmusu ilə tam və hərtərəfli təsdiq olunur. Belə ki, ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan, ## #### 2026-cı il tarixli ****** nömrəli Aktdan, həmin Akta əlavə edilmiş fotoşəkillərdən və iş üzrə digər materiallardan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində, yolun sol hissəsində, 39T, 388309, 4462558 koordinatlarında yerləşən və “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-nin istifadəsində olan ərazidə karxanaların fəaliyyəti zamanı gələcəkdə rekultivasiya işlərində istifadə olunması nəzərdə tutulan istehsalat tullantıları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus **-JB-***, 99JE-632, **-JL- ***, **-JL-***, **-JT-*** və **-JG-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük nəqliyyat vasitələri ilə həmin əraziyə daşınaraq boşaldılmış, qalaqlanmış və hamarlanmışdır. Fotoşəkillər də göstərilən ərazidə tullantıların nəqliyyat vasitələrindən boşaldılması, qalaq halında toplanması və sonradan ərazi üzrə yayılaraq hamarlanması işlərinin faktiki olaraq aparıldığını təsdiq edir. Bununla da əməlin yalnız tullantıların müəyyən əraziyə daşınmasından ibarət olmadığı, tullantıların faydalı qazıntı yataqlarının olduğu və yerin təki ilə bağlı fəaliyyət həyata keçirilən ərazidə yerləşdirilməsi, qalaqlanması və basdırılması ilə bağlı hərəkətlərin həyata keçirildiyi müəyyən edilir. “Yerin təki haqqında” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Qanununun tələblərinə görə yer təki istifadə edilərkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların müvafiq tələblər pozulmaqla basdırılmasına yol verilməməsi əsas tələblərdən olduğu halda, iş üzrə müəyyən edilmiş hallar həmin tələblərə riayət edilmədiyini göstərir. Eyni zamanda, “Tullantılar haqqında” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Qanununda istehsalat tullantılarının idarə olunması, onların təhlükəsiz şəkildə daşınması və yerləşdirilməsi, habelə neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması ilə bağlı xüsusi tələblər müəyyən edilmişdir. Bu baxımdan, istehsalat tullantılarının gələcəkdə rekultivasiya məqsədləri üçün istifadə olunmasının nəzərdə tutulması həmin tullantıların qanunvericiliyin müəyyən etdiyi qaydalara əməl edilmədən istənilən ərazidə boşaldılmasına, qalaqlanmasına və yerləşdirilməsinə hüquqi əsas vermir. Əksinə, belə tullantıların idarə olunması və yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməli, onların ətraf mühitə və yer təkinə mənfi təsirinin qarşısının alınması təmin edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanuni olaraq “Azneft” İstehsalat Birliyi tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 266.1-ci maddəsinə əsasən, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azneft” İstehsalat Birliyi inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqədar nə apellyasiya şikayətində nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 134.1.1ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar