Məhkəmə qərarları › İş №3(3-6)-2970/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2970/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2970/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ”xxxx” MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X2 müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə *-**-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli məktub göndərilmiş, məktubda qeyd edilən sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Cəmiyyət tərəfindən sənədlər ##.##.2026-cı il tarixinədək təqdim edilməmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə ”xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min ) manat cərimə cəzası, ”xxxx” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə cəzası tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müvafiq sənədlər təqdim edilərək hazırkı işin aidiyyəti üzrə olmadığını, eyni zamanda məsələ ilə bağlı Xızı Rayon Prokurorluğunda və Yasamal Rayon Məhkəməsində müvafiq icraatın olduğunu bildirilsə də, məhkəmə tərəfindən həmin hallar nəzərə alınmamış və inzibati qərar qəbul edilmişdir. Belə ki, bir inzibati orqan tərəfindən müvafiq sənədlər tələb edilmiş, həmin sənədlərin toplanması və məsələ üzrə araşdırma davam etdiyi halda, digər tərəfdən barəsində inzibati qərar qəbul edilmişdir. Eyni zamanda, məhkəmədə də eyni şəxslər barəsində inzibati tədbir görülməsi məsələsi üzrə araşdırma aparılır. Hesab olunur ki, hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli iş üzrə eyni şəxslərə və eyni hallara dair araşdırmanın aparılması nəzərə alınmalı və hazırkı inzibati iş üzrə icraatın davam etdirilməsi yolverilməz hesab edilməlidir. Prokurorluq tərəfindən X2 müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, şikayəti əsassıdır. Qərar əlavə olunur. Yalnlız bir nəfər barəsində araşdırma gedir ki, həmin iş hazırda məhkəmədə araşdırılır. X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC ilə subpodrat müqaviləsi bağlamaqla Fərdi sahibkarlıq fəaliyyəti göstərir, onunla əmək müqaviləsi bağlamaq öhdəliyi olmamışdır. Müqavilə əlavə olunur. DƏMX tərəfindən xxxx» MMC-yə bildirirş göndıərildiyi bildirirlsə də bildirş vaxtında və aidiyyəti ünvana çatmamışdır. Bildirişi alanda artıq DƏMX inzibati qərardad qəbul etmişdir. İclas barədə məlumatımz olmamışdır. Bundan başqa Prokurorluğun qərarı və əlqavə edilən iş materialalrındna da göründüyü kimi hazırkı iznibati işlr ayrı ayrı inzibati işlər deyil, fərdi sahibkar X2 və işçilərinin şikayəti əsasında başlanmaış vahid işin davamıdır ki, bnir barəsində araşdırma dava edir, digərləri barəsindı isə prokurorluq imtina etmişdir. Lakin buna baxmayaraq DƏMX işləri bölərək ayrı ayrı inzibati işlər açaraq qərarlar qəbul etmişdir. Hesab edirik hazırkı vəziyyətdə İXM-nin 116-cı maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardandan görünür ki, vətəndaş X2 müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə ***-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli məktub göndərilmiş, məktubda qeyd edilən sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur.Cəmiyyət tərəfindən sənədlər ##.##.2026-cı il tarixinədək təqdim edilməmişdir. Nəticədə ”xxxx” MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən verilmiş natamam sənədlərlə təsdiq edilir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı şikayəti əsasında”xxxx” MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*- ****/**** saylı məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktub hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən göstəriş natamam icra edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanuni olaraq ”xxxx” MMC-i tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb etmişdir. İXM-nin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir;Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ”xxxx” MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair # ### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Həmin qərara əsasən belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar