Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2974/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin qismən təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəis müavini X2 tərəfindən MN ******* nömrəli, ##.##.2026-cı il tarixli Inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarda iddia olunur ki, guya işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməmişdir. Bu əsasla, hərəkətlərində AR Inzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsinin tərkib əlamətləri müəyyən edilərək, baəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən barəsində çıxarılmış MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərar maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla tərtib edildiyi üçün ləğv edilməli və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin olunması, Bakı şəhəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: işəgötürən işçiləri “Işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməsi” ilə bağlı təlimatlandırdıqdan sonra da işçilərin həmin təlimatlandırmaya əməl edilməsinə nəzarət etməlidir. Təhqiqat aktının mübahisələndirilməsi barədə bildirilir ki, təhqiqat aktı inzibati akt olmadığı üçün Inzibati qaydada mübahisələndirilə bilməz. Bununla bağlı həm apellyasiya, həm də kassasiya instasiya məhkəməsinin inzibati kollegiyasının formalaşmış mövqeyi vardır. Belə olan halda təhqiqat aktı yanlış mübahisələndirildiyi üçün qüvvədə hesab olunur. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi təhqiqat aktında öz təsdiqini tapmış və imzalanaraq təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında toplanmış materialları işin faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, iş üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Idrak” Liseyinin işçisi X3 ##.##.2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı “Idrak” Liseyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliği təmin edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 800 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Idrak” Liseyinin işçisi X3 ##.##.2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı “Idrak” Liseyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliği təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, *-**-*/*-A-*****/**** nömrəli məktubu ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işlə bağlı məlumat verilmişdir. Iş materiallarında olan “Idrak” Liseyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **/**-**** nömrəli məktubda qeyd edilmişdir ki, ünvanlanmış sorğu ilə əlaqədar ##.##.2026-cı il tarixində müvafiq məlumatlar təqdim edilmişdir, lakin sorğuda qeyd olunan əməyin mühafizəsinə dair biliklərin yoxlanılması protokolu Lisey tərəfindən aşkar edilmədiyindən təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilməsinin əsası kimi “Işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi qeyd edilmişdir. Lakin şikayət verən şəxs tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş sənədlərdən görünür ki, “Işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməsi ilə bağlı işçilərin imzası ilə təsdiq etdilən təlimat jurnalları mövcud olmuşdur. Inzibati xəta haqqında protokolun müzakirəsi zamanı sözügedən sənədin təqdim edilməsinə dair tərəflər arasında danışıqlar aparılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi ## ### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsində Idrak Liseyinin məhkəmə işi olduğundan inzibati xəta haqqında işə baxılmasının başqa günə keçirilməsini xahiş emişdir. Lakin, inzibati xəta haqqında iş üzrə araşdırmanı aparan orqan tərəfindən verilmiş şifahi vəsatət təmin edilməmiş, tərəfin iştirakı təmin edilməmiş, sözügedən sənədin təqdim edilməsinə şərait yaradılmamış və ## ### 2036-cı il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki iş materiallarında olan “Idrak” Liseyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **/**-**** nömrəli məktubdan göründüyü kimi əməyin mühafizəsinə dair biliklərin yoxlanılması protokolunun Liseydə olmaması etiraf edilmiş və bu səbəbdən protokolların inzibati orqana təqdim edilməsi mümkün olmamışdır. Sonradan isə məhkəməyə təqdim edilmiş ##.##.2026 və ##.##.2026-cı il tarixli protokolların isə müvafiq təlimatlarda qeydə alınması barədə hər-hansı sübut olmadığından onların həqiqətən həmin tarixlərdə tərtib edilməsi şübhə doğurur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə “Idrak” Liseyinin işçisi X3 ##.##.2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı “Idrak” Liseyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliği təmin edilməməsi faktı öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin həmin sübutları görməzdən gəlib, heç bir hüquqi qiymətləndirmə aparmadan, inzibati xəta haqqında materialın araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarı anlaşılan hesab edilə bilməz. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 215-ci maddəsi ilə Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri müəyyənləşdirilmişdir. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerirıə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; -binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; -bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; -normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; -kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılınası üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 222-ci maddəsi ilə Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi şərtləri belə müəyyənləşdirilmişdir: -Işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. -Işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. -Işəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur. -Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir. -Işəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. Işəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir. -Işəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. -Işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir. -Işəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, əməyin təhlükəsizliyi – işçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur. Işəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Əmək müəssislərində təhlükəsizlik qaydalarına dair təlimatın keçirilməsi, müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən, işçilərin peşələri və dərəcələrindən asılı olmayaraq, bütün işçilərin əməyin təhlükəsizliyi qaydalarını aşılamaq, təhlükəsiz iş metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır. Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur. Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzim edilir. Əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, X8 əsas işçi hüquqları ilə bağlı 57-ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21-ci konvensiyasının) prinsipləri Əmək Məcəlləsində öz əksini tapmışdır. Həmin sənədlərə və sahəvi normativ hüquqi aktlara əsasən müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsi və nəzarətin nəticələri haqqında əmək kollektivlərinə vaxtında məlumat verilməsi müdiriyyətə tapşırılır. Işçilərə təhlükəli və zərərli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti yaradılmasına əmək təhlükəsizliyi deyilir. Müdiriyyət əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planları hazırlayır və həyata keçirir. Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədənkənar təlimat kimi növlər əsasında təşkil olunur. Giriş təlimatı: Işə yeni qəbul edilən və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçular məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatı almalıdır. Giriş təlimatını təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş təlimatının keçirilməsi xüsusi jurnalda və fəhlənin şəxsi kitabçasında qeyd olunmalıdır. Dövrü təkrar təlimat: Öz peşəsi üzrə ixtisasından və iş təcrübəsindən asılı olmayaraq, bütün fəhlələr hər rübdə işin təhlükəsiz qaydaları və üsulları ilə əlaqədar dövrü təkrar təlimat keçməlidirlər. Dövrü təlimatlandırma təlimata dair biliyin yoxlanılması və fəhlələrin yaddaşında qazanılmış biliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Təlimatda qeyd olunan əsas bölmələr: əməyin mühafizəsinə dair təlimatlar, aşağıdakı ümumi qaydalar, təhlükəsizlikdən və zərərdən qorumaq, təlimatların yerinə yetirilməsinə görə məsuliyyət kimi bölmələri əhatə etməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi: 198.1.7-ci maddəsinə görə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də yuxarıda qeyd olunan iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, “Idrak” Liseyinin işçisi X3 ##.##.2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı “Idrak” Liseyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliği təmin edilməmişdir. Göründüyü kimi inzibati orqan iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdıraraq əsaslı olaraq inzibati xəta haqqında iş üzrə şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Ona görə də apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2; 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2974/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2974/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver