Məhkəmə qərarları › İş №3(3-6)-2977/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2977/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2977/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ## #### 2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ## #### 2026-ci il tarixli EQ 34706255 inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında cərimə edilib. ## ###### 2026-cı il tarixində texniki baxışdan keçmə ilə əlaqədar qəbul olunmuş qərarla bağlı etdiyi müraciətlərin həllini tapmadan barəsində təkrar inzibati tənbeh vermə haqqında qərarlar yazılıb. Halbuki, o, ## #### 2026-cı il tarixində bu işlə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ## #### 2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Volkswagen" markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçmə müddəti ## ###### 2025-ci il tarixində bitmişdir. Texniki baxışdan keçmək üçün verilmiş 20 günlük müddətin son beş günü (## ###### 2025 - ## ###### 2026) Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günlərinə düşdüyündən, ## ###### 2026-cı il tarixində saat 10:40 radələrində texniki baxışdan keçmək üçün getdiyi zaman bu səbəbdən 50 manat cərimə olunmuşdur. Baş Dövlət Yol Polis İdarəsinə cərimə silinməsi üçün getmişdir ki, gedib texniki baxışdan keçsin (üzərində cərimə olan avtomobili texniki baxışdan keçirmirlər). Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları birləşərək ondan cəriməni ödəməyini israr etdilər. ## ###### 2026-cı ildə rəsmi müraciət etmişdir. Cavab ala bilmədiyi üçün təkrar Baş Dövlət Yol Polis İdarəsinə getmiş və məcbur olub Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polis İdarəsinin rəisinə təkrar ərizə yazmışdır. ## #### 2026-cı il tarixində Baş Dövlət Yol Polis İdarəsi birinci ərizəsinə 2 ay sonra cavab yazaraq cəriməni ödəməli olduğunu bildirmişdir. ## #### 2026-cı il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hakim qərarında tərəflərə iclas barədə məlumat verilidiyini göstərir. İnzibati Məhkəmənin ## ##### 2026-cı il qərardadında bildirildi ki, bu məsələ ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə müraciət edilib. Şikayət üçün ona heç bir qərar verilmədiyi üçün ## ### 2026-cı il tarixində Baş Dövlət Yol Polis İdarəsinə getmiş və çox çətinliklə, isrardan sonra həyətdəki otaqda qərarları sistemdən çıxarıb ona vermişlər. Binəqədi Rayon Məhkəməsinə qərarlardan verdiyi şikayətin ikisi hakim Aynurə Sadıqovanın icraatına verilsə də, hakim heç bir iclasda iştirakını təmin etməyib. Baxmayaraq ki, şikayət ərizəsinə iclasda iştirak etmək istəyilə bağlı ərizə əlavə etmişdi. Hakim xahişinə məhəl qoymayaraq iştirakı olmadan guya işə baxmış, "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsini kağıza köçürüb ona göndərməklə kifayətlənmiş, qanuni tələbimi araşdırmamışdır. Məhkəmə bildirir ki, ## #### 2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərmişdir ki, ## ###### 2026-cı il tarixində BDYP idarəsinə və ## ###### 2026-cı ildə BDYP rəisinə və DİN-ə rəsmi müraciətlər etsə də, araşdırma başa çatmamış, rəsmi cavab verilməmiş barəsində təkrarən inzibati tənbeh vermə haqqında qərarların qəbul edilməsi davam etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs telefon vasitəsilə məhkəməyə müraciət edərək apellyasiya şikayətində qeyd etdiyi dəlilləri müdafiə etdiyini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ## #### 2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 50 (əlli) manat inzibati cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi təsdiqini tapdığından Qərardan şikayət verən orqan (şəxs) şikayətini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Qərardan şikayət verən orqan (şəxs) şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Avtomobilin qanunvericiliyin tələblərinə uyğun olaraq texniki baxışdan keçirilmədiyi iş materialları ilə təsdiq olunmuşdur”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna * saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin Qanunun 30-cu maddəsinin altıncı bəndinə əsasən, növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1-ci bəndinə əsasən, növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Yuxarıda qeyd olunan normadan görünür ki, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməsi tələb olunur. Belə ki, həmin hissədə “20 iş günü” deyil, məhz “20 gün” qeyd edilmişdir. Bundan başqa, şikayətdə iyirminci günün qeyri-iş gününə təsadüf etməsi əsas göstərilsə də, həmin müddətin hesablanmağa başlandığı ilk 15 gün ərzində nəyə görə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinin mümkün olmaması barədə əsaslı dəlillər təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 3.3-cü bəndinə görə, nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir. Göründüyü kimi, hazırkı iş üzrə həmin hal da mövcud olmamışdır. Bundan başqa, iş materialları ilə o da müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) cəriməni ödəməyəcəyi təqdirdə, nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməyəcəyini və buna görə məsuliyyət daşıyacağını bilmiş, buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam etmişdir. Hazırkı iş üzrə şikayətçinin cərimə borcu səbəbindən nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməməsi barədə dəlili mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, cərimənin ödənilməməsi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə maneə yaratsa da, bu hal nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə olunmasına görə məsuliyyəti istisna etmir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi üçün əsas olan dəlillər isə məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar