Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2980/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 110-da, qeydiyyatda olan, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsində saxlanılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həbsdə saxlama müddətinin əvvəli ##.##.2026-cı il tarixdən saat 19:30-dan hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarla və ittihamla razı olmadığını qeyd etməklə ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin cərimə tənbehi ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməli, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 15 (on beş) gün müddətiə inzibati həbs növündə tənbeh tədbirinin müddəti 10 (on) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İş materialları əsasında müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 19:20- də Əsəd Əhmədov 45 ünvanında polis əməkdaşları ilə mübahisə edərək, səs-küy salmış və onların qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən əməlləri törətdiyini qismən etiraf etmiş və bildirmişdir ki, zərərçəkmiş şəxs olan qonşusu Zərərçəkmiş şəxs tərəfindən dəfələrlə təhqirlərə məruz qalıb məcburiyyətdən o da sonuncunu təhqir etmişdir. Lakin polisə qarşı tabesizlik göstərməmiş və sonradan işlətdiyi ifadələrə görə üzr istəmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin R İsmayılzadə İsmayıl Yaşar oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qonşusu Zərərçəkmiş şəxs qarşı təhqiramiz ifadələr işlətmiş və şöbəyə dəvət edilərkən polisin qanuni tələbinə tabe olmayaraq səs-küy salmışdır. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə qonşudur və sonuncu may ayından etibarən eyvana çıxaraq onu və anasını təhqir edir, nalayiq ifadələr işlətməklə şərəf və ləyaqətlərini alçaldır. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüksək səslə “qapınızı dağıdacam” sözləri ilə onları hədələyir. O, məcburiyyət qarşısında qalaraq, təhlükəsizliklərini təmin etmək məqsədilə evə kamera sistemi quraşdırmışdır. Lakin buna baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təhqirlər bitməmiş və bu səbədən də o, məcbur qalıb “102 Xidməti”nə müraciət etmişdir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli olması iş materiallarında olan raport, zərərçəkmiş şəxs tərəfindən Yasmal RPİ-nin 29 cu PŞ-nə ünvanlanmış ərizə və ona uyğun verdiyi izahat, inzibati xəta haqqında protokol, həmin sübutlarla uzlaşan zərərçəkmiş şəxs və şahid ifadələri, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün qismən etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilən tənbeh məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə onun məsuliyyətini yüngülləşdirən halları kifayət qədər nəzərə almamış nəticədə inzibati həbs növündə tənbeh tədbirini onun şəxsiyyətinə uyğun olmayan daha ağır həddə tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə sözügedən halları da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi ağırdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən hallar qismində ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, özünü qismən təqsirli bilərək əməlindən peşman olmasını nəzərə alaraq ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddən də aşağı həddə inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 10 (on) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2980/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2980/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver