Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2981/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə materiala Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olduğu qeyd edilmiş və məhkəmələr arasında yaranmış fikir ayrılığının həlli üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinə dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən isə IXM-in 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətə şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılır. Hazırkı işdə şikayət DYP əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmişdir. Qeyd olunan inzibati xəta IXM-in 122.1-ci maddəsində nəzərdə tutulsa da, həmin qərar IXM-in 127-3.2-ci maddəsində müəyyən edilmiş qaydada elektron formada qəbul edilmədiyindən, hazırkı iş üzrə IXM-in 129.1.3-1-ci maddəsi deyil, 129.1.3-cü maddəsi tətbiq edilməlidir. Belə olan halda şikayətin məhkəmə aidiyyəti IXM-in 129.1.3-cü maddəsinə əsasən müəyyən edilməli və şikayətə inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Iş materiallarından və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ünvan 1 ünvanında baş vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət təqdim edilməmişdir. Belə olan halda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhərinin Nizami rayonu ərazisində baş verdiyindən hazırkı materiala məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-2981/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2981/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver