Məhkəmə qərarları › İş №3(3-6)-2982/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2982/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2982/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X3, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş EQ******** nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, cavabdeh qurumdan (DİN-dən) hadisə yerinin “Yol hərəkətinin təşkili layihəsi”, yolun texniki pasportu və 1.3 nişanlanmasının tətbiqinə dair rəsmi layihə əsasların tələb edilməsi, zərurət yarandığı halda hadisə yerinə (Pirallahı rayonu, Helikopter meydanının qarşısı) məhkəmə tərəfindən baxış keçirilməsi və yolun faktiki vəziyyətinin (zolaq sayının) müəyyən edilməsi, vəzifəli şəxsin qanun pozuntusuna yol verməsi faktına hüquqi qiymət verilməsi üçün aidiyyəti orqana göndərilməklə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin vəzifəli şəxsi tərəfindən barəsində törədilmədiyi halda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə EQ******** nömrəli inzibati xəta haqqında qərar qəbul edilmiş və barəsində 36 manat məbləğində cərimə tətbiq edilmişdir. Sözügedən qərar tamamilə qanunsuz, əsassız və hüquqi əsaslardan məhrum olduğu üçün ləğv edilməlidir. Belə ki, 1. Yol nişanlanması qanunun tələblərinə uyğun tətbiq edilməmişdir: Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 69-cu maddəsinin VI hissəsinin 3-cü bəndinə əsasən, “1.3 nişanlanması (qoşa bütöv xətt) dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır”. Hadisənin baş verdiyi iddia edilən Pirallahı rayonu, Helikopter meydanının qarşısındakı yol sahəsində isə cəmi iki hərəkət zolağı mövcuddur (hər istiqamətdə yalnız bir zolaq). Qanunvericiliyin birbaşa tələbinə zidd olaraq iki zolaqlı yolda 1.3 qoşa bütöv xətt nişanlanmasının çəkilməsi hüquqi xəta təşkil edir. Qanunsuz tətbiq edilmiş nişanlanma isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yarada bilməz. 2. İnzibati xəta üzrə qanunsuzluq prinsipi pozulmuşdur: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh yalnız bu Məcəllənin tələblərinə və qanunvericiliyə tam uyğun olaraq tətbiq edilə bilər. Standartlara və qanunvericiliyə zidd çəkilmiş yol nişanlanmasının tələbinin “pozulması” iddiası ilə şəxsin cərimələnməsi qanunçuluq prinsipinin birbaşa pozulması deməkdir. 3. İş üçün əhəmiyyət kəsb edən haların tam və obyektiv araşdırılması təmin edilməmişdir: İnzibati qərar qəbul edilərkən İXM-nin 75-ci və 76-cı maddələrinin tələbləri pozulmuş, iş üçün mühüm hallar – hadisə yerində yolun faktiki neçə zolaqdan ibarət olması,1.3 nişanlanmasının həmin ərazidə hansı normativ əsasla tətbiq edilməsi və təsdiq olunmuş “Yol hərəkətinin təşkili layihəsi”nin mövcudluğu araşdırılmamışdır. 4. Elektron qərarda ciddi və maddi və prosessual uyğunsuzluqlar mövcuddur: Təqdim edilmiş elektron qərarda inzibati xətanın törədilmə tarixi kimi ##.##.2026-ci il saat 15:42 göstərildiyi halda, qərarın hadisə yeri barədə məlumat hissəsində tam fərqli bir tarix–##.##.2026-cı il saat 15:33 tarixi əks olunmuşdur. Bir inzibati xəta qərarında iki fərqli tarixin əks olunması qərarın qeyri-ciddi, qeyri-obyektiv və maddi xətalarla dolu olduğunu sübut edir. Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) EQ seriyalı ******** nömrəli, ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində tərtib edilmiş EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında ciddi prosessual və maddi hüquqi ziddiyyət, yazı xətası mövcuddur. Barəsində Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə EQ******** nömrəli qərar tərtib edilmiş və 36 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, da məhz İXM-nin 327.1-ci maddəsi üzrə qəbul edilmiş bu qərardan məhkəməyə şikayət etmişdir. Lakin Pirallahı Rayon Məhkəməsinin qərarının 3-cü səhifəsində hakim iş üzrə sübutları qiymətləndirərkən belə bir nəticəyə gəlmişdir: "...şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunur." Bu hal birinci instansiya məhkəməsinin işin faktiki hallarına son dərəcə səthi və diqqətsiz yanaşdığını, iş materiallarını hərtərəfli və obyektiv araşdırmadığını nümayiş etdirir. Şikayət İXM-nin 327.1-ci maddəsi üzrə verildiyi halda, məhkəmənin qərarının əsaslandırılması hissəsində onu tamamilə fərqli və daha ağır sanksiya nəzərdə tutan İXM-nin 327.2-ci maddəsi ilə təqsirli hesab etməsi qərarın daxili ziddiyyətlərlə dolu olduğunu və qanunsuzluğunu sübut edir. Elektron qərarda olan ciddi tarix ziddiyyətləri araşdırılmamışdır. Təqdim edilmiş elektron qərarda inzibati xətanın törədilmə tarixi kimi ##.##.2026-cı il saat 15:42 göstərildiyi halda, qərarın hadisə yeri barədə məlumat hissəsində tam fərqli bir tarix ##.##.2026-cı il saat 15:33 tarixi əks olunmuşdur. Bu inzibati xəta sənədində iki müxtəlif tarixin göstərilməsi qərarın hüquqi mötəbərliyini tamamilə şübhə altına alır. Məhkəmə iclasında iştirak edən şikayətçi qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin Dövlət X4 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli dövlət orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilən Pirallahı Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş EQ******** nömrəli inzibati xəta haqqında qərar qanunidir və tərtib olunarkən heç bir pozuntuya yol verilməmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 69-cu maddəsinin VI hissəsinin 3-cü bəndinə istinad edir. Təqdim edilən fotoşəkildən də göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qoşa xəttə çıxmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə olunmuş İnnovasiyalar Mərkəzinin Asan ödəniş portalından çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbayan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 36 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi, şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. Məhkəmədə qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar