Məhkəmə qərarları › İş №3(3-6)-2983/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2983/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2983/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, X3 oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarda göstərilən pozuntunun törədilməsi faktı mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Ona inzibati xətanın qeydə alınmasına əsas olmuş video və fotomateriallar təqdim edilməmiş, həmin materiallarla tanış olmaq imkanı təmin olunmamışdır. Ona inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməmiş, yuxarı səlahiyyətli orqan tərəfindən videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə araşdırma aparılması ilə bağlı müraciətlərinə baxmayaraq, həmin tələblər yerinə yetirilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən Bakı ŞBPİ-nin DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı yalnız ##.##.2026-cı il tarixli məktubla məlumat üçün İdarəyə göndərilmişdir. Lakin hazırkı iş üzrə qərar ##.##.2026-cı il tarixdə qəbul edildiyi halda, onun ##.##.2026-cı il tarixli məktubla göndərilməsi qanunla müəyyən edilmiş 3 günlük müddətin açıq şəkildə pozulduğunu göstərir. Göründüyü kimi hakim tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. Tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokol olmuş hansı ki, bilavasitə səlahiyyətli vəzifəli şəxs olan YPX inspektoru aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə qərarına əsasən belə nəticəyə gəlmişdir ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı qırıq-qırıq nişanlanma xətti ilə ayrıldığı halda sürücü həmin zolağa dönmə məqsədilə istənilən qırıq nişanlanma hissəsindən daxil ola bilər və qanunvericilikdə bunun yalnız yolayrıcına ən yaxın sonuncu qırıq xəttdən həyata keçirilməsi barədə tələb mövcud deyildir. Lakin məhkəmənin bu nəticəsi “Yol hərəkəti haqqında” Qanunun müvafiq normalarının yalnız ayrı-ayrılıqda deyil, onların sistemli şəkildə tətbiqi baxımından qiymətləndirilməlidir. Qanunun 48-ci maddəsinin IV hissəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə yanaşı, həmin zolaq qırıq-qırıq nişanlanma xətti ilə digər hərəkət hissəsindən ayrıldığı halda nəqliyyat vasitələrinin dönərkən bu zolağa keçə biləcəyi müəyyən edilmişdir. Burada qanunvericinin məqsədi digər nəqliyyat vasitələrinə avtobus zolağından sərbəst və əvvəlcədən müəyyən edilməmiş məsafədə istifadə etmək hüququ vermək deyil, məhz dönmə manevrinin həyata keçirilməsi üçün həmin zolağa keçməyə istisna olaraq imkan yaratmaqdır. Başqa sözlə, həmin hüquqi norma ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağın digər nəqliyyat vasitələri tərəfindən adi hərəkət zolağı kimi istifadəsinə yol vermir. Məhkəmənin qəbul etdiyi yanaşma isə faktiki olaraq belə nəticəyə gətirir ki, sürücü yolayrıcından xeyli əvvəl avtobus zolağına daxil olaraq həmin zolaqda müəyyən məsafə qət edə və daha sonra yolayrıcında sağa dönə bilər. Bu isə 48-ci maddənin IV hissəsində nəzərdə tutulmuş istisnanın məqsədinə uyğun deyildir. Məhkəmə “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin VI hissəsinin 11-ci bəndinə istinad edərək 1.11 xəttinin qırıq xətt tərəfdən kəsilib keçilməsinə icazə verildiyini qeyd etmişdir. Lakin 1.11 nişanlanma xəttinin qırıq tərəfdən keçilməsinin mümkün olması həmin xəttdən istifadə edən sürücüyə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda sərbəst hərəkət etmək hüququ vermir. 1.11 nişanlanma xəttinin hüquqi təyinatı ilə 5.9 nişanı ilə müəyyən edilmiş xüsusi hərəkət zolağının hüquqi rejimi bir- birindən fərqləndirilməlidir. Belə ki, nişanlanma xəttinin qırıq hissəsindən keçməyə icazə verilməsi həmin xəttin digər tərəfində yerləşən zolaqda hərəkətin ümumi qaydada icazəli olması demək deyildir. Əksinə, “Yol hərəkəti haqqında” Qanunun 48ci maddəsinin IV hissəsi xüsusi olaraq 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkətini qadağan edir və yalnız müəyyən hallarda həmin zolağa keçməyə istisna müəyyən edir. Məhkəmə isə bu iki hüquqi rejimi eyniləşdirərək 1.11 nişanlanma xəttinin mövcudluğunu avtobus zolağında istənilən müddət və məsafədə hərəkət etməyə hüquqi əsas kimi qiymətləndirmişdir. İş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “X2” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 5.9 nişanı ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmuş və həmin zolaqla yolayrıcına doğru hərəkət etmişdir. Məhkəmə isə bu hərəkəti yalnız sağa dönmə manevrinin hazırlanması kimi qiymətləndirmişdir. Halbuki, məsələ yalnız nəqliyyat vasitəsinin sön nəticədə sağa dönməsi ilə məhdudlaşmır. Əsas məsələ sürücünün avtobus zolağına hansı məqsədlə, hansı məsafədə və hansı hərəkət trayektoriyası ilə daxil olmasıdır. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağın əsas məqsədi ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkətini təmin etməkdir. Bu zolağa digər nəqliyyat vasitələrinin yalnız qanunda nəzərdə tutulmuş istisna hallarda daxil olması mümkündür. Sürücünün yolayrıcında sağa dönməsi faktı öz-özlüyündə yolayrıcına qədər avtobus zolağında əvvəlcədən hərəkət etməsini qanuniləşdirmir. Məhkəmə qərarında dəfələrlə vurğulamışdır ki, qanunvericilikdə sürücünün yalnız sonuncu qırıqqırıq nişanlanma xəttindən istifadə etməli olması barədə imperativ göstəriş yoxdur. Lakin inzibati xəta haqqında iş üzrə əsas məsələ sürücünün məhz “sonuncu” və ya “birinci” qırıq xəttdən istifadə etməsi deyil. Əsas məsələ sürücünün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi zolaqda qanunla yol verilən həddən artıq hərəkət edib-etməməsidir. Bu baxımdan, məhkəmənin hüquqi təhlili məsələnin mahiyyətini formal olaraq nişanlanma xəttinin hansı hissəsindən keçilməsi məsələsinə gətirmişdir. Halbuki, 48-ci maddənin IV hissəsində nəzərdə tutulan istisna yalnız dönmə manevrinin həyata keçirilməsi ilə bağlıdır və həmin istisna xüsusi zolaqda müstəqil hərəkət hüququ yaratmır. Məhkəmə qərarında inzibati orqanın mövqeyinin nəticələrini əsaslandırmaq üçün müxtəlif hipotetik vəziyyətlər irəli sürmüş, sürücünün əvvəlcə avtobus zolağına daxil olub sonra əsas hərəkət hissəsinə qayıtmasının və yenidən həmin zolağa keçməsinin təhlükəsizlik baxımından məqsədəuyğun olmadığı qənaətinə gəlmişdir. Lakin inzibati xəta haqqında konkret iş üzrə hüquqi qiymət işin faktiki hallarına və qüvvədə olan hüquq normalarına əsasən verilməlidir. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericilikdə müəyyən edilmiş xüsusi zolaq rejiminin tətbiqi məhkəmə tərəfindən hipotetik yol hərəkəti ssenariləri əsasında aradan qaldırıla bilməz. Əks halda, yol hərəkətinin təşkilinə dair müəyyən edilmiş xüsusi rejim faktiki olaraq sürücünün subyektiv mülahizəsindən asılı vəziyyətə düşər. Məhkəmənin sürücünün son nəticədə sağa dönməsini əsas götürərək həmin hərəkəti tamamilə qanuni hesab etməsi isə 48-ci maddənin IV hissəsində nəzərdə tutulmuş istisnanın həddindən artıq geniş tətbiqinə səbəb olmuşdur. Məhkəmə şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan şübhələrin onun xeyrinə həll edilməsini əsas götürmüşdür. Lakin təqsirsizlik prezumpsiyası inzibati xəta faktını təsdiq edən mötəbər sübutların mövcud olmadığı hər bir halda avtomatik olaraq inzibati iş üzrə icraata xitam verilməsini nəzərdə tutmur. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi hər hansı üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən qəbul edilmiş Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmamalıdır. Belə ki, birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, ##.##.2026-cı il saat 09:00 radələrində Ziya Bünyadov prospektindən A.M.Cümə küçəsinə sağa dönmək üçün döngəyə təxminən 20-25 metr qalmış gördüyü qırıq-qırıq xətdən ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan zolağa daxil olub yolayrıcında sağa dönmüşdür. Həmin vaxt YPX-nin əməkdaşı onu saxlatdırıb qayda pozuntusu barədə məlumat verməklə, dönmək üçün onun daxil olduğu qırıq-qırıq xəttdən deyil, sonrakı qırıq-qırıq xəttdən istifadə etməli olduğunu bildirib barəsində inzibati tənbeh tətbiq etmişdir. Qeyd edir ki, avtomobil yolunda ondan öndə olan digər nəqliyyat vasitələrinin sıx hərəkəti və yolda sırf sonuncu qırıq-qırıq xəttin olmasını görməyin qeyri mümkün olması və ilk yolayrıcından sağa dönməli olmasını nəzərə alıb, qırıq-qırıq xətdən ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yola daxil olmuş və oradan sağa dönmüşdür. Qanunda ümumiyyətlə dönmək üçün hansı qırıq-qırıq xəttdən ümumi istifadə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa daxil olmaqla bağlı göstəriş mövcud deyildir. Qeyd etdiyi kimi həmin ərazidə hərəkət edərkən qarşısında olan tıxac səbəbindən döngənin düz yanında qırıqqırıq xəttin olub-olmamasını görmək də mümkün deyildir. Artıq döngəyə çatdığını gördüyü üçün hərəkətin təhlükəsizliyini təmin etməklə və üstünlük hüququna malik nəqliyyat vasitəsinə heç bir maneə yaratmadan, uzun müddət həmin zolaqda hərəkətini davam etdirmədən, yolayrıcında sağa dönməni icra etmişdir. Qanunda yolayrıcında sağa dönməkdən ötrü yalnız sonuncu qırıq-qırıq xəttdən keçməklə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olunmalı olması barədə göstəriş olmadığından və onun sağa dönmə əməliyyatını icra etmək üçün yolayrıcının 20-25 metrliyində müvafiq zolağa daxil olması qadağan edilmədiyindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Bakı ŞBPİ-nin X1 İdarəsinin nümayəndəsi İbayev Ramin Məhəmməd oğlu məhkəməyə bir ədəd “CD” formatlı diskdə videogörüntü təqdim edərək, sürücünün yolayrıcının yanında olan sonuncu qırıq-qırıq xəttdən keçməklə ümumi istifadədə olan zolağa daxil olmalı olduğunu, yalnız bundan sonra yolayrıcından dönməni həyata keçirə biləcəyini, birinci qırıq-qırıq nişanlanma xətlərinin yolun sağ hissəsində yerləşən inzibati binaların həyətlərinə daxil olmaq üçün nəzərdə tutulduğunu bildirmiş və bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il saat 09:00-da ünvan 1 ünvanında idarə etdiyi “X2” minik markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilmişdir. “CD” formatlı diskdə olan videogörüntüdən görünür ki, “X2” minik markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ zolaqla hərəkət edərək yolayrıcında sağa dönərək hərəkətini davam etdirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi müəyyən edilməmiş, onun əməlində inzibati xəta tərkibinin zəruri elementləri sübuta yetirilməmiş, təqsirliliyi barədə mövcud olan aradan qaldırılması mümkün olmayan şübhələr isə İXM-in 8.3-cü maddəsinin tələbinə uyğun olaraq onun xeyrinə təfsir edilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, sürücünün yolayrıcında sağa dönmə məqsədilə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan, həmin zolaqda uzunmüddətli hərəkət etmədən və yol hərəkətinin təhlükəsizliyini təmin etməklə birinci qırıq nişanlanma xəttindən istifadə etməsi inzibati xəta tərkibi yaratmır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 11-ci bəndinə əsasən: yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. 42-ci maddəsinin İ hissəsinə əsasən: sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 48-ci maddəsinə IV hissəsinə əsasən: 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıqqırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. 69-cu maddəsinin: VI hissəsinin 11-ci bəndinə əsasən: 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. VI hissəsinin 5-ci bəndinə əsasən: 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 12, 13, 76 və 84-cü maddələrinin sistemli təhlilindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun əməlində inzibati xəta tərkibinin bütün elementləri, o cümlədən obyektiv və subyektiv əlamətləri mötəbər, kifayət qədər və bir-birini tamamlayan sübutlarla təsdiq edilməlidir. İnzibati məsuliyyət yalnız qanunla açıq şəkildə qadağan olunmuş davranışa görə yarana bilər və şəxsin təqsiri ehtimallara, fərziyyələrə və ya inzibati orqanın subyektiv mülahizələrinə əsasən müəyyən edilə bilməz. İş materiallarında olan videogörüntü, həmçinin şikayətçinin məhkəmə iclasında verdiyi izahatlar ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi ilə 5.9 nişanı ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq həmin zolaqla yolayrıcına doğru hərəkət etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin IV hissəsinə əsasən isə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən. inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1, 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsin görə məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət vermədən şəxsi mülahizələrinə əsaslanaraq iş üzrə qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozulmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən haqlı olmuş və sonuncunun hüquqları pozulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı Şəhər BPİ-nin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar