Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2985/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin vəkili X3 iştirakı ilə, “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin və həmin hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 469-1 maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiq edilmiş “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 Xidmətinin Bakı Şəhər İdarəsinin baş məsləhətçiəmək müfəttişi X4 tərəfindən hüquqi şəxs «barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1» MMC-nin və həmin hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN 2510988 və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin sabiq işçisi X1 müraciəti əsasında aparılan araşdırma zamanı X1 ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda bədbəxt hadisədən, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının işəgötürən tərəfindən təmin olunmadığı müəyyən edilmişdir. Nəticədə “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC və həmin hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə «barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat və vəzifəli şəxs «barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1» MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi X1 ##.##.2026-cı il tarixində əmək müqaviləsi bağlanılaraq işə cəlb olunmuş, ##.##.2026-cı il tarixində olan hadisədə araşdırma zamanı icbari sığor olunmaması aşkar edilmişdir. Aşkar olunduğu ##.##.2026-cı il tarixindən 4 (dörd) ay 1 (bir) gün sonra iş üzrə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Qeyd olunan əsaslar üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanunsuz və əsasızdır, ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin sabiq işçisi X1 müraciəti əsasında aparılan araşdırma zamanı X1 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda bədbəxt hadisədən, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının işəgötürən tərəfindən təmin olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sıöorta müqaviləsinə”xxxx“barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin işçisi X1 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək təminat dövrü üzrə sığortalanması həyata keçirilmişdir. Əmək müqaviləsinin icbari sığorta məlumatlarına dair çıxarışında “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin işçisi X1 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda bədbəxt hadisədən, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının həyata keçirilməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin nümayəndəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 izahatında bildirmişdir ki, işçi işə götürülən kimi avtomatik olaraq onun icbari sığortası təmin olunur. Hazırki iş üzrə işçinin sığorta olunmaması barədə onun məlumatı yoxdur. Bu məsələləri mühasib tənzimləyir Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsində işin təqdiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin işçisi X1 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda bədbəxt hadisədən, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli Qərarından görünür ki, “İnzibati xəta haqqında iş üzrə icraatın səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən başlandığını nəzərə alaraq qanunverici hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olub-olmaması məsələsini ilkin qiymətləndirmə səlahiyyətini həmin orqanlara (vəzifəli şəxslərə) verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər, belə əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, hüquqi şəxsin inzibati məsuliyyətinin əsasları vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün hüquqi şəxslə yanaşı vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibi müəyyən edildikdə, hər iki subyekt barədə inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin əməllərində də inzibati xəta tərkibinin olmasına dair kifayət qədər əsaslar mövcud olduqda isə hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır.” Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq səlahiyyətli orqan tərəfindən həm hüquqi, həm vəzifəli şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara birinci instansiya məhkəməsində baxılması nəticəsində “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin və onun vəzifəli şəxsinin əməlində Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1” MMC-nin və həmin hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 469-1 maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2985/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2985/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver