Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2986/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında ##.##.2026-cı il tarixli, MN saylı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının ödənildiyini təsdiq edən qəbz 5 iş günü ərzində təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN saylı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) (bundan sonra-Cəmiyyət) ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin qeydiyyat zamanı təsdiq edilmiş nizamnaməsinin 2.3cü maddəsinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. ##.##.2024-cü il tarixdə, 977201 seriya nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1 tərəfindən nizamnamə kapitalını təşkil edən 10 manat vəsait hüquqi şəxsin kassasına mədaxil edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən arayış araşdırılaraq, aşkar olunmuşdur ki, təsisçi tərəfindən nizamnamə kapitalı Cəmiyyətin qeydiyyat tarixindən 3 ay müddət ərzində ödənilsə də, bu barədə məlumat 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilməmişdir. Nəticədə Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ##.##.2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş, lakin həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati təhbeh tətbiq etməmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmində olmaqla 1 paydan ibarətdir. ##.##.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 10 manat nizamnamə kapitalı ##.##.2024-cü il tarixdə ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Muxtar Fətəliyev pr, ev 13A, mənzil 166 ünvanıdır. Birinci instansiya məhkəməsində iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli nümayəndəsi İsrafilov Natiq Allahverdi oğlu bildirmişdir ki, o, nizamnamə kapitalını zamanında ödəmişdir. Nizamnamə kapitalının ödənildiyini təsdiq edən qəbzin 5 iş günü ərzində təqdim edilməli olduğunu bilməmişdir. Heç kim ona bu barədə məlumat verməmişdir. O, özünə məxsus təsis payını 2026-cı il tarixdə satmışdır. Bununla bağlı DVX-nin MGBİ-nə müraciət edən zaman ona bildirmişlər ki, siz ödənişlə bağlı qəbzi təqdim etmədiyiniz üçün sizə cərimə protokolu yazılır. O, isə buna etiraz etdiyini, ödənişi vaxtında etdiyini, bir pəncərə sistemi olduğu halda bununla bağlı məlumat verməyə ehtiyac olmadığını bildiyini qeyd etmişdir. O, etiraz etsə də, əməkdaş razı olmadığı halda işinin həll edilməyəcəyini bildirdiyindən o, məcbur olub inzibati xəta haqqında protokolu imzalamışdır. Həmçinin şirkət 2019-cu ildən fəaliyyət göstərir, vergisini, sığortasını hər bir ödənişini həyata keçirir. Nizamnamə kapitalı ödənilməsə şirkət fəaliyyət göstərə bilməz. Bu müddət ərzində bir dəfə də olsun vergi bununla bağlı onlara irad bildirməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda hüquqi şəxsin ##.##.2024-cü ildə qeydiyyata alınmasına, nizamnamə kapitalının ##.##.2024-cü ildə ödənilməsinə baxmayaraq ödəniş qəbzinin 5 iş günü ərzində deyil, ##.##.2026-cı ildə qeydiyyat orqanına təqdim edilməsinə istinad olunmuşdur. AR İXM-nin 405-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 5.8ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Yəni, nizamnamə kapitalı ödənildikdən sonra 5 iş günü ərzində bununla bağlı müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi İXM-nin 405- 1.2-ci maddəsi ilə inzibati məsuliyyətin yaranmasına səbəb olur. Hazırki iş üzrə nizamnamə kapitalı ##.##.2024-cü il tarixdə ödənilmişdir. Lakin 5 iş günü ərzində məlumat verilməli olmasına baxmayaraq məlumat verilmədiyindən ##.##.2024cü il tarixdə artıq inzibati xəta törədilmiş hesab edilir. Hüquqi şəxs həmin tarixdən 1 il keçənədək, yəni ##.##.2025-ci il tarixədək inzibati məsuliyyətə cəlb oluna bilər. Hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol isə şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edilən müddətlər keçdikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin inzibati xəta uzanan inzibati xəta hesab edilə bilməz. Belə ki, maddənin dispozisiyasından da görünür ki, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Yəni qeyd edilən inzibati xəta konkret müddətlə məhdudlaşan inzibati xətadır. Yəni şəxs qanunvericilikdə müəyyən olunmuş müddətdə nizamnamə kapitalının ödənilməsi barədə məlumatı təqdim etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunur. Həmin müddət keçdikdən sonra müvafiq məlumatın təqdim edilməsi inzibati xəta hadisəsinin artıq baş verməsi reallığını aradan qaldırmadığı üçün inzibati xətanın davam etməsi kimi yanlış nəticəyə gəlinməsi də istisna olunur. Bunun dövlət orqanı tərəfindən zamanında aşkar olunmamasına və ya dövlət orqanının bunu müəyyənləşdirəcək mexanizminin olmamasına görə şəxs məsuliyyət daşımır. Ona görə məhkəmə hesab etmişdir ki, məsuliyyətin yaranmasının konkret olaraq müddətlə məhdudlaşdırıldığı inzibati xətanı uzanan inzibati xəta kimi qiymətləndirərək şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətinin pozuntunun aşkar olunduğu vaxtdan müəyyən olunması qanunçuluq prinsipinin tələblərinə ziddir. Məhkəmə uzanan inzibati xəta kimi qanunsuz olaraq narkotik vasitənin əldə edilib saxlanması və daşınmasını misal olaraq göstərərək qeyd edir ki, qanunvericilikdə qeyd edilən inzibati xətaya görə məsuliyyət nəzərdə tutulan normada hər hansı vaxt məhdudiyyəti müəyyən edilməmişdir. Həmin xəta müvafiq dövlət orqanı tərəfindən aşkar olunduğu və ya şəxsin özü tərəfindən könüllü təqdim edildiyi andan başa çatmış hesab olunur və şəxsin inzibati məsuliyyətə cəlb olunması müddəti də buna uyğun olaraq hesablanır. Uzanan inzibati xəta subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. İXM-nin 405-1.2-ci maddəsi inzibati xətanın başa çatma məqamını aydın şəkildə qeyd edərək onun başa çatmasını subyektin iradəsindən və ya kənar müdaxilədən asılı etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2986/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2986/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver