Məhkəmə qərarları › İş №3(3-6)-2988/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2988/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2988/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə olunması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN EDİLDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə 21200 manat pulun tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində izahat verərək icra sənədinin icrasından yayınmadığını, işləmədiyini və maddi vəziyyətinin ağır olduğu üçün 21200 manat borcu birdəfəlik ödəmək imkanının olmadığını, buna baxmayaraq hər ay 500 manat olmaqla ümumilikdə 1500 manat ödəniş etdiyini bildirmişdir. Tələbkar da məhkəmə iclasında 1000 manat ödəniş aldığını təsdiq etmiş, 500 manatı hələ götürmədiyini bildirmişdir. Buda təsdiq edir ki, icra sənədinin icrasına etinasız yanaşmamış, imkanı daxilində ödənişlər etmiş və icranı davam etdirmək iradəsini nümayiş etdirmişdir. Məhkəmə onun maddi imkansızlıq barədə dəlilini yalnız ona görə rədd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında borcun hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Lakin bu əsaslandırma öhdəliyin icra üsulu ilə inzibati məsuliyyətin zəruri əlaməti olan üzrsüz səbəbin mövcudluğunu eyniləşdirir. Borcun tam ödənilməməsi özü-özlüyündə onun üzrsüz səbəbdən icra edilməməsini göstərmir. İşsiz olmağı, gəlir və əmlak vəziyyəti, bank hesablarında borcu tam ödəməyə yetərli vəsaitin olub-olmaması və etdiyini müntəzəm ödənişlər araşdırılmadan üzrsüz səbəbin mövcudluğu barədə nəticəyə gəlmək olmaz. Həmçinin məhkəmədə əlavə iki kredit ödənişinin olduğunu həmin kreditlərin ödənişini dayandırıb məhkəmə qətnaməsini icra etmək üçün tələbkarın pulunu ödəməyini bildirmişdir. Bu elə onun Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə nə qədər hörmət göstərdiyini təsdiq edir. Hazırda atası özünə məxsus olan evi satmağa çalışır ki, qətnaməni icra edə bilsin. Məhkəmənin onu cərimə etməsi onsuzda ağır halda olan maddi vəziyyətini dahada pisləşdirir. Elə həmin cəriməni tələbkarın borcuna ödəsə qətnamənin icrasını daha da tezləşmiş olar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış icra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, icra sənədi icraya yönəldilməsinə baxmayaraq borclunun onun borcunu ödəmir. Ona iki dəfə 500 manat olaraq 1000 manat pul ödənilmişdir. Digər 500 manat ona gəlməmişdir. O, borcunun tam şəkildə ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Sadəcə maddi vəziyyəti həmin vəsaiti birdəfəlik ödəməyə imkan vermir. Hissə-hissə olaraq hər ay 500 manat olmaqla 1500 manat ödəniş etmişdir. Yerdə qalan vəsaiti də qısa müddət ərzində ödəyib tamamlayacaqdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 21200 (iyirmi bir min iki yüz) manat məbləğində pul vəsaitinin və 153,60 (yüz əlli üç manat altmış qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş ##.##.2026cı il tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə borcun hissə-hissə ödənilməsi nəzərdə tutulmadığından borclunun həmin dəlili məhkəmə qərarını tam şəkildə icra etməməsinə əsas hesab edilə bilməz. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsini təmin etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu öz təsdiqini tapır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş ##.##.2026-cı il tarixdə borcluya təqdim edildikdən sonra onun tərəfindən ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il tarixdə 500 manat, 06.08.20226-cı il tarixdə 500 manat olmaqla hər ay davamlı şəkildə borcun ödənilməsi icra edilir. Göründüyü kimi, işin faktiki halları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı, 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L İ R A M: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar