Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2990/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən 2 (iki) uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 308 manat, həmin məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədi üzrə minimum əmək haqqının 1,18 misli həddində alimentin Zərərçəkmiş şəxs Zakir qızının xeyrinə tutulmasına dair icra sənədlərini icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati həbs növündə tənbeh olaraq təyin edilmişdir. O, həmin qərar ilə razı deyildir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)****/**** saylı icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün 308 manat, Sabunçu Rayon Məhkəməsini *(*-***)***/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə minimum əmək haqqının 1,18 misli həddində alimentin Zərərçəkmiş şəxs Zalir qızının xeyrinə tutulmasına dair icra sənədi icra olunması üçün Sabunçu rayon icra Şöbəsinə göndərilmişdir. Onu da qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən sonra o, tələbkarla barışmış birgə yaşayaraq 3-cü uşaqları da doğulmuşdur. Savadsızlığından həmin icra vərəqəsinin xitam olunması ilə əlaqədar tələbkar ərizə verməmişdir. Yanvar aylarında cavabdeh onunla davadalaş etmiş və icra şöbəsinə ərizə ilə müraciət etmiş, ondan birgə yaşadıqları dövrdə yığılan alimenti tələb etmişdir. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-101) ****/** saylı qərarından gürünür ki, onun barəsində Azərbaycan Rüspublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda o, Binəqədi Rayon Məhkəməsinə Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokola xitam verilməsini və alimentin azaldılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Bu barədə İnzibati protokola baxan Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədliyə bildirdi, lakin hakim qərəzli olaraq onu 500 manat cərimə etdi. Onu da qeyd edir ki, icra məmuru onu icra şöbəsinə çağırmamış, ona bildiriş göndərməmişdir. ## #### 2026-cı ildə tələbkar ona zəng vurmuş uşağa vəsiqə qlmağı bildirmişdir. O da uşaqları ilə * saylı ASAN Xidmət Mərkəzinə getmiş, polis əməkdaşları azyaşlı uşaqlarının gözü qarşısında əl qolunu bağlayaraq onu Sabunçu rayon İcra Şöbəsinə gətirmişlər. Orada ona məlum olmuşdur ki, Tamilla Rüstəmova onu axtarışa vermişdir. O, məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmır. Hər ay 308 manat aliment ödəyir. O, aliment borcunu güclə ödəyir, cəriməni necə ödəsin. İnzibati Xətalar Məcəlləsinin 8,1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan belə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-101)-7453/2026 qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, bir dəfə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq məhkəmənin qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. ##.##.2026-cı il tarixdən bu günə kimi borclu hər ay 308 manat aliment ödənişlərini həyata keçirmişdir. 2026-cı ilin aprel ayında isə tələbkarın müraciəti əsasında məhkəmənin qərarı ilə minimum əmək haqqının 1,18 misli həddində alimentin tutulması nəzərdə tutulmuşdur. Borclu qeyd edilən məbləğdə alimenti ödəməyə imkanının olmadığını bildirmiş və həmin icra sənədi üzrə heç bir ödəmiş etməmişdir. Ümumilikdə hər iki icra sənədi üzrə borclunun bu günə olan aliment borcu 29268 manat təşkil edir. Tələbkar borcun ödənilməsini tələb edir. Tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onlar 2026-cı ilin yanvar ayına kimi birlikdə yaşamışlar. Ayrı yaşadıqları vaxtdan o, hər ay 308 manat alimenti ödəmişdir. Lakin tələbkar ondan birlikdə yaşadıqları dövr üçün alimen tətləb edir. Bir dəfə məhkəmədə bu işə baxılmış və xitam verilmişdir. Sonradan tələbkar məhkəməyə müraciət edib alimentin məbləğini artırmışdır. Hazırda aliment məbləği bir uşaq üçün 472 manat, iki uşaq üçün isə 944 manat təşkil edir. Onun həmin məbləği ödəməyə imkanı yoxdur. Binəqədi Rayon Məhkəməsinə alimentin azaldılması ilə bağlı müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır, hələ ki yekun qərar qəbul edilməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, onun qızı 2018-ci ildə borclu ilə rəsmi olaraq ayrılsalar da, sonradan barışıb bir yerdə yaşamışlar. Hətta həmin vaxt üçüncü uşaqları da dünyaya gəlmişdir. Lakin sonra borclu yenə qızını incitməyə, onu döyməyə başlamışdır. Buna görə qızı 2026-cı ilin yanvar ayından oradan çıxıb onların yanına gəlmişdir. Borclu qızına şər atıb onun barəsində həqiqətə uyğun olmayan sözlər işlədib ona çox haqsızlıqlar etmişdir. Qızı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə aliment məbləği artırılıb bir uşaq üçün 472 manat müəyyən olunmuşdur. Həmin alimenti borclu ödəmir. Fevral ayından hər ay yalnız 308 manat ödəyir. Məhkəmədən onlara köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)- ****/**** nömrəli icra vərəqəsindən görünür ki, ## ###### 2011-ci il təvəllüdlü X1 və ## ###### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2018-ci il tarixdən başlayaraq hər aya hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs Zakir qızına verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” ## #### 2018-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün ərzində könüllü icra olunması təklif edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi, ## ###### 2014-cü il təvəllüdlü X1 və ## ###### 2016-cı ıl təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” ## ### 2018-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün ərzində könüllü icra olunması təklif edilmişdir. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli icra sənədləri ümumi ******/****-*-** nömrəli icra işinin icraatında birləşdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolun əsasını təşkil edən Sabunçu Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli, 2(008)-4368/2018 icra sənədi ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə tərəflərin 2018-ci ildən bir yerdə yaşadıqları, həmin dövrdən tərəflər ayrılana qədər borclunun ailənin maddi təlabatlarını ödədiyi müəyyən olunduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olmaması qənaətinə gəlinərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı borclunun 2026-cı ilin fevral ayından bu günə kmi yuxarıda qeyd edilən icra sənədi üzrə hər ay 308 manat alimenti ödədiyi müəyyən olunmuşdur. Bu isə həmin icra sənədi üzrə aliment ödənişlərinin icrasından borclunun yayınmadığını və məhkəmə qərarını icra etdiyini göstərir. Ona görə məhkəmə hesab etmişdir ki, həmin icra sənədi üzrə borclunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədi ilə bağlı məhkəmə qeyd etmişdir ki, borclu həmin icra sənədindən məlumatlı olduğu halda heç bir üzrlü səbəb olmadan onu icra etməməklə məhkəmə qərarına laqeydlik göstərmişdir. Məhkəmə borclunun həmin icra sənədində müəyyən olunmuş məbləğin çox olması ilə əlaqədar alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməsinə dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməsi qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının icrasından onu azad etmir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət verərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Əgər borcun ödənilməsi barədə artıq məhkəmə qərarı və ya notarius tərəfindən təsdiq edilmiş icra qeydi varsa, bu o deməkdir ki, borcun mövcudluğu artıq qanuni şəkildə təsdiqlənmişdir və borclunun borcu qaytarmaq öhdəliyi qəti hüquqi qüvvəyə malikdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərçəkmiş şəxsin mənafeyi baxımından borcun uzun müddət ödənilməməsi çox ciddi huquqi və mənəvi nəticələr doğurur. Buna görə də məhkəmə X2 hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirmiş və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2990/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2990/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver