Məhkəmə qərarları › İş №3(3-6)-2991/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2991/2026

17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2991/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında sənədlərin təqdim edilməsi məqsədilə ##.##.2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu ASİS vasitəsilə çatdırılmış, lakin tələb olunan sənədlər ##.##.2026-cı il tarixinədək təqdim olunmamışdır. Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddətin müəyyən edilməsi və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Filialın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin (bundan sonra - DƏMX BŞİ) məlumatların təqdim edilməsi barədə sorğusundan və sorğuya cavab verilməməsinə görə barəsində İXM-in 539.3cü maddəsi ilə icraat aparılmasından xəbəri olmamışdır. Habelə Filialın Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış *(*-**)-****/**** saylı iş üzrə icraatdan da xəbəri olmamışdır. Filialın barəsində həm inzibati orqanda, həm də məhkəmədə aparılmış inzibati xəta haqqında iş üzrə icraatlardan xəbəri olmamasını və aşağıda qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və Filial barədə İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) "** №-li Yol İstismar" MMC ilə bağladığı ##.##.2022-ci il tarixli ** nömrəli müqaviləyə əsasən 2022-2025-ci illərdə işğaldan azad edilmiş ərazilərdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 51-81.6 km hissəsində 7 ədəd tuneldə elektromexanika sistemlərinin quraşdırılması işlərini uğurla yerinə yetirmişdir. Hazırda Filial "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı ilə bağladığı ##.##.2026-cı il tarixli, CEN-2026.**-** nömrəli subpodrat müqaviləsinə əsasən işğaldan azad edilmiş ərazilərdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsində elektromexanika sistemlərinin quraşdırılması işlərini uğurla yerinə yetirməkdədir. Yuxarıda qeyd edildiyi kimi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi başa çatdıqdan və ## #### 2025-ci il tarixdə cənab Prezident həmin yolun rəsmən açılışını etdikdən sonra (Fıttps://president.az/az/articles/view/69297) əmək müqaviləsi üzrə işləyən işçilər 2025- ci ilin yay aylarından başlayaraq tədricən könüllü qayda işdən çıxmışlar. 2026-cı ilin ## ###### tarixində 19 adda iş yerləri ixtisar edilmiş, yalnız Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunellərdə elektromexanika sistemlərini idarə və onlara nəzarət edən işçi heyəti saxlanılmış, ofis işçilərindən isə təkcə direktor və köməkçisi çalışmışlar. Belə olan halda dövlət informasiya platformaları üzərindən 10 və ## ###### 2026-cı il tarixlərdə elektron qaydada göndərilmiş məktubları oxuyub rəhbərliyə məlumat verə biləcək işçilər olmadığına görə Filial rəhbərliyi elektron qaydada göndərilmiş həmin məktublardan xəbərsiz olmuşdur. X1 iş yerlərinin ixtisarı ilə əlaqədar yuxarıda bildirilən ərəfədə işdən azad edilmişdir. Digər tərəfdən isə DƏMX BŞİ-nin ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubları elektron qaydada göndərməsi, yaxud elektron kabinetdə yerləşdirməsi hələ onların avtomatik olaraq çatdırılması kimi qəbul edilməməlidir. İlk növbədə elektron məktubun göndərildiyi platformada məktubun çatdırılma statusu araşdırılmalı, statusa dair "çatdırıldı" və ya "oxundu" kimi bildirişlərin olmaması yoxlanılmalıdır. Elektron məhkəmə portalına yüklənmiş iş materiallarına isə göndərilmiş elektron məktubların statusu - oxunması, qəbul edilməsi barədə heç bir sübut əlavə edilməmişdir. ##.##.2025-ci il tarixdən etibarən Filialın hüquqi ünvanı dəyişdirilmişdir. Filialın əvvəlki hüquqi ünvanı AZI 118, ünvan 2 olduğu halda Filialın hazır ki hüquqi ünvanı AZI 029, ünvan 1 məhəllə, "Çinar Park" Biznes Mərkəsi, bina 3, mərtəbə 5, ofis 46 ünvanıdır. İş materiallarına əlavə edilmiş DƏMX BŞİ-nin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktublarından görünür ki, hər iki məktub Filialın əvvəlki hüquqi ünvanına - ünvan 2 ünvanlanmışdır. İş materiallarında sözügedən məktubların kağız üzərində Filiala çatdırılması barədə sübutların olmaması həmin məktubların kağız üzərində Filiala çatdırılmadığını göstərir. Beləliklə də DƏMX BŞİ-nin heç bir sorğusu kağız üzərində Filiala daxil olmamış, kağız üzərində rəsmi qaydada Filiala çatdırılmamış və nəticədə Filialın həmin sorğulardan xəbəri olmamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi ofisdə direktor və köməkçisi olmaqla 2 nəfər çalışdığına görə məktublar Filialın hazırki hüquqi ünvanına kağız üzərində göndərildiyi halda mütləq qəbul edilmiş olacaqdı. DƏMX BŞİ məktubları X1 ilə ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsində əksini tapan Filialın əvvəlki hüquqi ünvanına göndərmiş, bəlkə də heç kağız üzərində göndərməmişdir. Belə ki, sözügedən məktubların kağız üzərindən çatdırılmasına dair elektron kabinetə yüklənmiş iş materiallarında sübut (poçt qəbzi) yoxdur. Nə inzibati orqan, nə də Nərimanov Rayon Məhkəməsi tərəfindən inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) Filiala İXM-in 57-ci maddəsində göstərilən qaydada Filiala çatdırılmamışdır. Belə ki, elektron məhkəmə portalmdakı kabinetə yüklənmiş iş materiallarında Filialın sənədləri qəbul etməsini sübut edən qəbzlər yoxdur. Filiala ünvanlanan sənədlər müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməmiş, mobil telefon nömrəsinə SMS məlumat, elektron ünvana məktub gəlməmişdir. Qeyd edir ki, nə inzibati orqan, nə də Nərimanov Rayon Məhkəməsi mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları sənədlərin Filiala çatdırılıb-çatdırılmamasmı, elektron qaydada göndərilmiş sənədlərin oxunub-oxunulmamasmı araşdırmamışdır. Həm inzibati orqan, həm də məhkəmə təkcə sənədlərin göndərilməsini yetərli hesab edərək inzibati xəta haqqında iş üzrə icraatı davam etdirmişlər. İnzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) Filiala çatdırılmadığı üçün Filial öz mövqeyini, dəlillərini, tutarlı səbəblərini və ya tələb olunan sənədləri vaxtında təqdim etmək imkanından məhrum olmuşdur. Bu da Filialın müdafiə hüququnun pozulması deməkdir. Filialın xəbəri olmadan baxılan iş hüquqi baxımdan tam və ədalətli araşdırılmış sayıla bilməz. Filial əvvəlcə DƏMX BŞİ, sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparıldığından və İXM-in 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən yalnız ## ###### 2026-cı il tarixdə saat 18:29-da elektron ünvan 1 elektron poçt ünvanına daxil olan “*(*-**)-****/**** nömrəli iş iizrə ##.##.2026 tarixli Qərar elektron kabinetdə yerləşdirildi'' məzmununda bildiriş aldıqdan sonra xəbər tutmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsi dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, X1 MMC-də əmək hüquqlarının pozulması ilə bağlı DƏMX-in Bakı şəhər idarəsinə ünvanladığı müraciətinə baxılır. Müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) və vətəndaşın müraciətində qeyd olunan məsələyə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində İdarəyə təqdim edilməsi tələb edilmişdir. X3 Xidmətinin ASİS-dən çıxarışından görünür ki, ##.##.2026-cı il tarixdə sorğu məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2010cu il tarixli qərarında təsbit edilmişdir ki, hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görəvəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasına əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X3 Xidmətinin Bakı şəhər idarəsinin göstərişi ilə tələb olunan sənədlər təqdim edilməmiş, bununla da Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3-540.5, 541- 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilməli, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməli, əks halda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar