Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2994/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan İbrahimova Natəvan Yusif qızının vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbrahimova Natəvan Yusif qızı Azərbaycan Respublikası X7 Xidmətinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. Şikayətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X4 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. Qərarın əsası kimi ##.##.2026-cı il tarixdə işəgötürən tərəfindən X1 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmaqla xitam verilməsi göstərilmişdir. Hesab edirəm ki, ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar birmənalı şəkildə qanunsuzdur, həmin qərar əsassız qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, sözü gedən inzibati orqan tərəfindən barəmdə inzibati icraat aparıldığından xəbərsiz olmuşdur. Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, ## ###### 2026cı il tarixdə “xxxx” MMC tərəfindən X2 ##.##.2026- cı il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə şikayət təmin olunmuş, İbrahimova Natəvan Yusif qızının barəsində Azərbaycan Respublikası X7 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və İbrahimova Natəvan Yusif qızının barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi X1 ilə işəgötürən İbrahimova Natəvan Yusif qızı arasında bağlanılmış ##.##.2024-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2026-cı il tarixdə xitam verildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı işçi X1 ##.##.2026-cı il tarixdə JR**** nömrəli xəbərdarlıq bildirişi göndərilmiş və işçi ##.##.2026-cı il tarixdə həmin bildirişi poçt kuryerindən qəbul edərək imza etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1 maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi, işçi işəgötürən tərəfindən müqavilənin bitməsinə 1 həftə qalmış deyil, 1 gün qalmış xəbərdar edilmişdir. Bu səbəbdən vəzifəli şəxs İbrahimova Natəvan Yusif qızı barəsində Azərbaycan Respubiikasınin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən şəxsləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubunun surətindən görünür ki, işçiyə ünvanlanmış bildirişlə onunla ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2026-cı il tarixində başa çatacağı, bu əsasla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə uyğun olaraq həmin tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Eyni zamanda, işçidən əmək kitabçasını təhvil almaq üçün işəgötürənin ofisinə yaxınlaşması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, həmin bildiriş məktubu 11.02.20025-ci il tarixdə poçta təqdim edilmişdir. ##.##.2026-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Əmək Məcəlləsinin 68.2.b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı X1 ilə əmək münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, işçiyə əvvəlcədən yazılı bildiriş təqdim edilmiş, onunla ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2026-cı il tarixində başa çatacağı və həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Həmin bildiriş məktubu 11.02.20025-ci il tarixdə poçta təqdim edilmişdir. Qeyd edilən sənəd əmək münasibətlərinə xitam verilməsi ilə bağlı işçinin əvvəlcədən məlumatlandırıldığını və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedurun icrasına yönəlmiş hərəkətlər etdiyini təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarla Natəvan Yusif qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş, qərarın əsası kimi isə ##.##.2026-cı il tarixdə X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmaqla xitam verildiyi göstərilmişdir. ##.##.2026-cı il tarixdə işçiyə əmək müqaviləsinin müddətinin ##.##.2026-cı il tarixdə başa çatacağı və həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə yazılı bildiriş göndərilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsi yalnız işçinin üzrlü səbəblərdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və ya qanunla iş yeri və orta əmək haqqının saxlanıldığı digər hallarda) iş yerində olmadığı dövrdə əmək müqaviləsinin müddətinin başa çatdığı hallara şamil edilir. Bu halda da işəgötürən əvvəlcədən yazılı xəbərdarlıq etmişdirsə, işçi işə çıxdığı gün əmək müqaviləsinə xitam verə bilər. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsinin müddətinin başa çatdığı tarixdə üzrlü səbəbdən işdə olmamasını təsdiq edən hər hansı tibbi arayış, ezamiyyət sənədi, məzuniyyət əmri və ya digər mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış qanunla müəyyən edilmiş qaydada yazılı xəbərdarlıq edilməsi, əmək müqaviləsinin müəyyən edilmiş tarixdə başa çatması və işçinin həmin tarixdə işdə olmamasının üzrlü səbəblərlə əlaqədar olduğunu təsdiq edən sübutların təqdim edilməməsi nəzərə alınaraq, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi ilə əlaqəli olaraq 73-cü maddəsinin tələblərinə uyğun xitam verilməsi qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Həmin maddəyə görə, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müqaviləyə xitam veriləcəyi barədə yazılı formada xəbərdar etməzsə, əmək müqaviləsi uzadılmış və ya qanunda nəzərdə tutulmuş hallarda müddətsiz hesab olunur. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin bitməsinə səkkiz gün qalmış, yəni qanunla müəyyən edilmiş minimum bir həftəlik müddətə riayət edilməklə işçiyə yazılı bildiriş təqdim edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş xəbərdarlıq tələbinin pozulması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İbrahimova Natəvan Yusif qızının barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası X7 Xidmətinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2994/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2994/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver