Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2996/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olaraq vəsatət vermiş və vəsatətdə ona istinad edilmişdir ki, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlannın və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlannın təqdim edilməsi və dərc edilməsi Qaydalan” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli Qəran, ** nömrəli) göstərir ki, kommersiya təşkilatlan illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarını audit rəyi ilə birlikdə 2024-cü ilin ## #####inə qədər təqdim etməli idi. Beləliklə, inzibati xəta həmin tarixdən sonra aşkar olunmuş hesab edilir. Lakin Maliyyə Nazirliyi tərəfindən protokol yalnız ## ###### 2025-ci il tarixində tərtib olunmuşdur. Bu səbəbdən inzibati tənbehə cəlb etmə müddəti (1 il) artıq tamam olmuşdur. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni 464-cü maddə üzrə inzibati məsuliyyətə cəlb etməsi qəran faktiki hallara uyğun deyildir, çünki inzibati tənbehə cəlb etmə müddəti tamam olmuşdur və uzanan inzibati xəta ilə bağlı hüquqi müddətlər düzgün hesablanmamışdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** nömrəli qərannda bildirilmişdir ki, şirkət tərəfindən hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlannın düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Lakin bildirirlər ki, müstəqil auditorun il sonuna kimi cəlb edilməsinə dair qanunvericilikdə hər hansı göstəriş olmamış və praktika da müstəqil audit rəyi maliyyə hesabatlan ilə eyni zamanda təqdim edilməlidir. Yəni müstəqil auditorun keçirilməsi üçün son tarix iyun ayının 30-dan gec olmayaraq nəzərə alınmalı və qərar çıxarılmalı idi. Həmin maddəyə əsasən, inzibati tənbeh xətanın törədildiyi gündən etibarən ən geci bir il müddətində tətbiq edilə bilər. Uzanan inzibati xətalarda bu müddət xətanın aşkara çıxarıldığı gündən hesablanır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2023-cü il üzrə maliyyə hesabatları təqdim edilmədikdə, bu hal 2024-cü il ## ##### (və ya 30 iyun) tarixindən etibarən məlum olmuş-sayılır:-Lakin protokol-yalnız 2025-ci il ## ###### tarixində tərtib olunmuşdur, yəni 1 illik müddət keçdikdən sonra. Buna baxmayaraq, məhkəmə bu müddətin artıq keçmiş olmasını nəzərə almamış, inzibati məsuliyyətin tətbiqinə dair qərar verməklə 38-ci maddəni səhv tətbiq etmişdir. Sözügedən qaydaların 2.1-ci bəndinə əsasən “Kommersiya təşkilatlan illik maliyyə hesabatlarını hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.” Bu müddəa ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2023cü il üzrə hesabatlarını ## ##### 2024-cü il tarixinədək təqdim etməli idi. Buna əsasən, inzibati xəta həmin tarixdə başa çatmış hesab edilməli, İXM-in 38-ci maddəsinə görə isə inzibati məsuliyyət yalnız bir il ərzində (##.##.2025-dək) tətbiq oluna bilərdi. Halbuki, protokol ## ###### 2025-ci il tarixində tərtib olunmuşdur. Bu isə inzibati tənbehə cəlb etmə müddətinin keçməsi deməkdir və məhkəmə tərəfindən bu hüquqi fakt düzgün qiymətləndirilməmişdir. Sözügedən maddəyə görə protokol “inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra” tərtib edilməlidir; 101.2-101.3 isə müəyyən hallar üzrə iki günlük və ya 102-ci maddədə göstərilən müddətləri nəzərdə tutur. Protokolun ##.##.2025 tarixdə tərtib olunması ilə işin aşkar olunma tarixi (##.##.2024-tarixinədək) və protokol tərtibetmə qaydalan arasında məntiqi və qanuni fərq var; məhkəmə bu halı nəzərə almalı və izah etməli idi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Protokol tərtib edən orqanlar nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Protokol tərtib edən orqanlar ## ###### 2025-ci il tarixli, 3-23/2- ****/**** nömrəli bildiriş məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə başlanmış inzibati xəta haqqında işə ## ###### 2025-ci il tarixdə, saat 09:35-də baxılacağı barədə məlumat verilmişdir. ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**/*- ****/**** saylı məktubundan görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubu ilə təqdim olunmuş 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan çıxarışdan görünür ki, ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Protokol tərtib edən orqanlar daxil olmuş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: -il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; -oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; -digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq Məhdud Məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, Məhdud Məsuliyyətli Cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auiditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə Məhdud Məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət "hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXMin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 2023-cü ilin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün MMC-nin məcburi auditor cəlb etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən auditorun cəlb edilməsi ən gec halda ## ###### 2024-cü il tarixədək həyata keçirilməli idi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəməyə göndərmiş olduğu sənədlərlə MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə məcburi auditinin aparılmamasını göstərilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2996/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2996/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver