Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2998/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, vəkili nümayəndə1, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2 iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 6000000,00 (altı milyon) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 6000000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 6000000,00 (altı milyon) Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1200000,00 (bir milyon iki yüz min) Rusiya rublu (Rusiya rublunın ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş 6.000.000,00 Rusiya rublu məbləğinin 20 faizi, yəni 1.200.000,00 Rusiya rublu məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, işdə olan materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən ООО «ГЛОБАЛ АГРОФУД» arasında ##.##.2024-cü il tarixli №**/** saylı müqavilə bağlanmış və sözügedən müqavilənin ayrılmaz hissəsi olan ##.##.2024-cü il tarixli Spesifikasiya №* üzrə 300 ton yem mayasının bir tonunun 20.000 Rusiya rublu olmaqla, ümumilikdə 6.000.000 Rusiya rublu məbləğində alınması, ödənişin 100 faiz avans formasında həyata keçirilməsi və malların ##.##.2024-cü ilədək göndərilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən bu müqavilə və Spesifikasiya №* üzrə 6.000.000 Rusiya rublu məbləğində avans ödənişi həyata keçirilmiş və bununla əlaqədar olan bank sənədində ödənişin məhz ##.##.2024-cü il tarixli №**/** saylı müqavilə və ##.##.2024-cü il tarixli Spesifikasiya №* üzrə yem mayası üçün avans olduğu göstərilmişdir. Sonradan malların tədarükü həyata keçirilmədiyindən avans məbləğinin qaytarılması zərurəti yaranmış, bununla əlaqədar olaraq ООО «ГЛОБАЛ АГРО-ФУД» tərəfindən ##.##.2026-cı il tarixli №*** saylı ödəniş tapşırığı ilə 6.000.000 Rusiya rublu məbləğində vəsaitin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qaytarılması həyata keçirilmişdir. Sözügedən sənəddə ödənişin təyinatı konkret olaraq Spesifikasiya №* üzrə, ##.##.2024-cü il tarixli №**/** saylı müqaviləyə əsasən avansın qaytarılması kimi göstərilmişdir. ABBbankın ##.##.2026-cı il tarixli hesab çıxarışında 6.000.000 Rusiya rublunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hesabına mədaxil edildiyi, əməliyyatın təyinatında da Spesifikasiya №* üzrə №**/** saylı müqavilənin avansının qaytarılması olduğu birmənalı olaraq göstərilmişdir. Nəzərə alınması zəruridir ki, hazırkı iş üzrə mübahisəli məsələnin mahiyyəti məhz vəsaitin son nəticədə nə vaxt qaytarılması deyil, ##.##.2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin İXM-in 430.4-cü maddəsi baxımından təqsirli hərəkət və ya hərəkətsizliyinin olubolmaması ilə əlaqədardır. Bu baxımdan, eyni tərəflər arasında başqa öhdəlik üzrə 5.000.000 Rusiya rublu məbləğində avansın qaytarılması ilə bağlı sənədlər xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin ödəniş üzrə müqavilənin digəri tərəfi olan ООО «ГЛОБАЛ АГРО-ФУД» tərəfindən ##.##.2026-cı il tarixində 5.000.000 Rusiya rublu məbləğində qaytarma ödənişini həyata keçirmiş, lakin vəsait Azərbaycan Respublikasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hesabına yalnız ##.##.2026-cı il tarixində daxil olmuşdur. Bu birinci ödənişlə bağlı bank sənədlərindən müəyyən olunur ki, ООО «ГЛОБАЛ АГРО-ФУД» tərəfindən ödənişi həyata keçirməsindən sonra belə vəsait banklararası hesablaşma mərhələsində bir müddət hərəkətdə olmuş, son alıcıya daxil olma tarixinin müəyyən edilməsi məqsədilə banklar tərəfindən sorğular göndərilmiş və ödənişin hərəkəti araşdırılmışdır. Belə bir şəraitdə digər tərəfin ikinci 6.000.000 Rusiya rublu məbləğində avansın qaytarılmasını birinci 5.000.000 Rusiya rublu üzrə ödənişin bank hesablaşmasının nəticəsinin gözlənilməsinə bağlayıb-bağlamadığı, habelə bunun ödənişin ##.##.2026-cı il tarixinədək təxirə salınmasına təsir edib-etmədiyi araşdırılmalı olan işin mühüm faktiki halıdır. Əhəmiyyətli olan digər hal ondan ibarətdir ki, birinci 5.000.000 Rusiya rublu məbləğində vəsait Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hesabına ##.##.2026-cı il tarixində daxil olmuş, bundan cəmi dörd gün sonra, ##.##.2026-cı il tarixində Rusiya dövlətinin hüquqi şəxsi olan ООО «ГЛОБАЛ АГРО- ФУД» tərəfindən ikinci, 6.000.000 Rusiya rublu məbləğində avansın qaytarılması üzrə ödəniş həyata keçirilmişdir. Bu xronoloji ardıcıllıq özü-özlüyündə ikinci ödənişin gecikməsinin səbəblərinin araşdırılmasını zəruri və labüd edir. Hesab ediri ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən yuxarıda sözügedən işlər üzrə səbəbli əlaqə, yəni eyni tərəflər arasındakı digər ödənişin banklararası hərəkətini və həmin prosesin ikinci ödənişin vaxtına mümkün təsiri araşdırılmamış və bu səbəbdən də hazırkı iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin müəyyən etdiyi tarix ##.##.2026-cı ildir. Lakin həmin tarixdə 6.000.000 Rusiya rublu məbləğində vəsaitin qaytarılmaması vəziyyətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iradəsi ilə yaradıldığı sübuta yetirilməmişdir. Əksinə, qarşı tərəf tərəfindən vəsait ##.##.2026-cı il tarixində tam məbləğdə qaytarılmış və ##.##.2026-cı il tarixində şirkətin hesabına daxil olmuşdur. Burada xüsusi əhəmiyyət daşıyan hal eyni tərəflər arasında digər 5.000.000 Rusiya rublu ödənişi üzrə banklararası gecikmənin mövcud olmasıdır. Qarşı tərəfin ##.##.2026-cı il tarixində etdiyi qaytarma ödənişi yalnız ##.##.2026-cı il tarixində hesabımıza daxil olmuş, həmin ödəniş üzrə ##.##.2026 və ##.##.2026 tarixlərində banklararası axtarış və yazışmalar aparılmışdır. Bu sənədlər banklararası hesablaşmanın faktiki olaraq gecikə bildiyini təsdiqləyir. Bu şərait nəzərə alınmadan ikinci ödənişin ##.##.2026-cı il tarixinədək həyata keçirilməməsini avtomatik olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli hərəkətsizliyi kimi qəbul etmək düzgün deyildir. Qarşı tərəfin ikinci ödənişi birinci ödənişin hesablaşmasının yekunlaşmasını gözləmə səbəbindən gecikdirib-gecikdirmədiyi mütləq araşdırılmalıdır. Qarşı tərəfin maliyyə vəziyyəti də ayrıca qiymətləndirilməlidir. Tərəfin Rusiya Federasiyasında fəaliyyət göstərməsi, müqavilənin icra dövründə baş vermiş müharibələr, geosiyasi gərginlik və bunların yaratdığı iqtisadi-maliyyə çətinlikləri qarşı tərəfin öhdəliklərini vaxtında icra etmək imkanlarına təsir etmiş ola bilər. Bu halı qəti sübut olunmuş fakt kimi deyil, qarşı tərəfin ödənişi əvvəlki tarixdə həyata keçirə bilməməsinin səbəblərinin araşdırılması zərurəti baxımından irəli sürürlər. №**/** saylı müqavilənin fors-major müddəalarında müharibə, blokada, embarqo, sanksiyalar və dövlətlərin faktiki və hüquqi hərəkətləri kimi halların nəzərdə tutulması da tərəflərin belə fövqəladə halların müqavilə öhdəliklərinin icrasına təsir göstərə biləcəyini əvvəlcədən qəbul etdiklərini təsdiq edir. Fors-major müddəasına burada borcun qaytarılmamasını avtomatik olaraq qanunauyğun edən əsas kimi deyil, qarşı tərəfin ödəniş imkanlarına təsir etmiş ola bilən obyektiv şəraitin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin təqsirinin qiymətləndirilməsi baxımından əhəmiyyətli hal kimi istinad edilir. Birinci instansiya məhkəməsinin qərarında ##.##.2026-cı il tarixli №*** saylı qaytarma ödənişinin hüquqi əhəmiyyəti, ##.##.2026-cı il tarixli mədaxil, birinci 5.000.000 RUB ödənişinin banklararası gecikməsi və həmin prosesin ikinci ödənişə mümkün təsiri lazımi səviyyədə araşdırılmamışdır. Məhkəmə qərarında məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd edilmişdir. Lakin bu məsələ inzibati xəta tərkibinin və təqsirin sübuta yetirilməməsi problemini aradan qaldırmır. Hazırkı şikayətin əsasını cərimənin məbləğinin azaldılması deyil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli davranışının müəyyən edilməməsi təşkil edir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İXM-in 3cü maddəsinə əsasən yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Deməli, məsuliyyətin yaranması üçün yalnız obyektiv nəticənin mövcudluğu deyil, şəxsin həmin nəticəyə münasibətdə təqsirli davranışının müəyyən edilməsi də zəruridir. İXM-in 12.1-ci maddəsinin məzmununa görə inzibati xəta hüquqazidd və təqsirli, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən əməl, hərəkət və ya hərəkətsizlikdir. Hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2026-cı il tarixində hansı konkret təqsirli hərəkəti və ya hərəkətsizliyi törətdiyi qərarda kifayət qədər fərdiləşdirilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 53.2-ci maddəsinin tələbinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan halları ehtiva edən Məcəllənin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında işlər üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi inzibati xətanı törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməklə yanaşı, həmçinin işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait də müəyyən edilməlidir. Məcəllənin 76.1ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxan məhkəmə işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv araşdırmalı və sübutları qabaqcadan müəyyən edilmiş üstünlük vermədən qiymətləndirməlidir. İnzibati xəta haqqında qanunvericiliyin tələbinə görə hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanıb ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə, məhkəmənin nəticəsi işin bütün mühüm hallarının tam və obyektiv araşdırılmasına əsaslanmamış, sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməmiş və ##.##.2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli hərəkət və ya hərəkətsizliyinin konkret məzmunu müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri, eləcə də Azərbaycan Respublikası İXM-nin 128.2.1-ci, 129-130-cu, 134- 135-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmədən hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, iclasda iştirak edən nümayəndəni dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 6000000,00 Rusiya rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. «xxxx» ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanan ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları“nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, hüquqi ünvanı AZ 1049, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 6 ev 3-dür. Azərbaycan Respublikası Mərkəzi Bankınının İdarə Heyətinin ##.##.2016-cı il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 6000000, (altı milyon) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 6000000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə iş materialları ilə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2998/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2998/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver