Məhkəmə qərarları › İş №3(3-6)-3003/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3003/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3003/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyarov Heydər İsa oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə İbad oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-*)-***/**** saylı icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi (hakim Ünsüyyət Mirzəyeva) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı sözügedən qərar tamamilə qanunsuz, əsaslandırılmamış, işin faktiki hallarını təhrif edən və maddi-prosessual hüquq normalarını kobud şəkildə pozan akt olub, ləğv edilməlidir. Suraxanı icra şöbəsinin icra məmurunun çağırışı ilə ##.##.2026-cı il tarixində icra şöbəsinə gəlmişdir. Həmin tarixdə icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuş və o, bildirişə imza etmişdir. Lakin həmin rəsmi bildirişdə yalnız Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- *)-***/**** saylı qərardadı ilə təmin edilmiş iddia təminat tədbiri (müvəqqəti təminat tədbiri - MTT), yəni müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi tələbi ona izah olunmuşdur. Bildirişdə hər hansı digər öhdəliyin və ya əsas icra sənədinin dərhal icra edilməsi barədə xəbərdarlıq yer almamışdır. Ona izah olunmuş həmin qadağaya tam riayət etmiş və bildirişin tələblərini pozacaq hər hansı fəaliyyət göstərməmişdir. Buna baxmayaraq, cəmi 6 gün sonra - ##.##.2026-cı il tarixində Suraxanı icra şöbəsinə təkrar çağırılaraq barəsində süni şəkildə Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə protokol təıtib olunmuş və materiallar dərhal Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsi isə işin mahiyyətinə varmadan, icra məmurunun hərəkətlərinin hüquqi əsaslılığını, xəbərdarlıq bildirişinin məzmununu, könüllü icra müddətinin verilib-verilməməsini və təqsirinin olubolmadığını araşdırmadan, tələsik və birtərəfli qaydada onu təqsirli bilmişdir. Məhkəmə iclasında iştirak edən borclu, vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi, icra məmuru apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** saylı icra sənədinin surətindən görünür ki, ərizəçi X1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativinin daşınmaz əmlakının, mənzillərinin və qeyri yaşayış sahələrinin özgəninkiləşdirilməsi və yüklü edilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktor vəzifələrinin icrasına başlayanadək başlanmış və davam edən məhkəmə mübahisələrində “xxxx” Mənzil Tikinti Kooperativi adından iddianın etiraf edilməsi, iddiadan, apellyasiya və kassasiya şikayətlərindən imtina edilməsi və barışıq sazişinin bağlanmasından ibarət mühüm hüquqlardan imtina xarakterli prosessual hərəkətlərin edilməsi və “xxxx” Mənzil Tikinti Kooperativinin maliyyə və hüquq sənədlərinin məhv edilməsi, dəyişdirilməsi və üçüncü şəxslərə verilməsi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, habelə onun verdiyi etibarnamə, tapşırıq və ya digər səlahiyyət əsasında “xxxx” MTK adından hərəkət edən şəxslərə qadağan edilmişdir. İcraata başlama haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə təqdim olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Həmin Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Birinci instansiya məhkəməsində sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə, inzibati xəta haqqında protokol tərtib edilənədək borclu tərəfindən icra sənədinin icrasının tam təmin edilməsi üçün tədbir görülməmişdir. Bununla da, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar