Məhkəmə qərarları › İş №3(3-6)-3006/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3006/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3006/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi məhkəmə iclasının katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tətbiq edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarından barəsində inzibati həbs tətbiq edilmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə, saat 02:56-da “CHEVROLET LACETTİ” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri Xətai rayon X1 Şöbəsinin Yol patrul xidməti inspektoru R X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.2, 342.2.4, 342.7 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ######## 2026-cı il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən, saat 14:00-dan hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.2, 342.2.4 və 342.7-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti daxili işlər orqanına göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati həbs tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarının ləğv edilməsini, əməlində inzibati xəta tərkibi mövcud olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, onun guya narkotik və psixotrop maddələrdən istifadə etməyi barədə nəticə ## ######## 2026-cı il tarixli tibbi müayinə aktına əsaslandırılmışdır. Lakin həmin nəticə onun real vəziyyətini və aşkar edilmiş maddələrin orqanizmində hansı səbəbdən mövcud ola biləcəyini əks etdirmir. O, narkotik vasitələrdən istifadə edən şəxs deyil və heç vaxt belə vasitələrdən istifadəni həyat tərzi kimi qəbul etməmişdir. Ağır onkoloji xəstəlikdən əziyyət çəkən, iki dəfə cərrahi əməliyyat keçirmiş bir insandır. Hazırda da səhhəti son dərəcə ağırdır. Ciyərindən və bağırsağından qan gəlməsi kimi ciddi sağlamlıq problemləri mövcuddur. Bu vəziyyətdə onun müxtəlif dərman preparatlarından istifadə etməyi şəxsi istəyindən deyil, səhhətinin və müalicəsinin zəruriliyindən irəli gəlir. Qəbul etdiyi dərmanlar ona həkim tərəfindən müalicə məqsədilə təyin edilmişdir. Həmin preparatları hər hansı narkotik və ya psixotrop təsir əldə etmək məqsədilə deyil, ağır xəstəliyi ilə əlaqədar ağrılarının və digər sağlamlıq problemlərinin müalicəsi məqsədilə qəbul etmişdir. Buna baxmayaraq, tibbi müayinə zamanı orqanizmində aşkar edilmiş göstəricilərin qəbul etdiyi dərmanlarla əlaqəsinin olub-olmaması lazımi səviyyədə araşdırılmadan, faktiki olaraq, narkotik və ya psixotrop maddə istifadə edən şəxs kimi qiymətləndirilmişdir. Halbuki belə bir vəziyyətdə ilk növbədə onun hansı dərmanları qəbul etdiyi, həmin dərmanların hansı həkim tərəfindən və hansı xəstəliklə əlaqədar təyin edildiyi, onların tərkibində tibbi müayinə zamanı müsbət nəticəyə səbəb ola biləcək maddələrin və ya metabolitlərin olub-olmaması müəyyən edilməli idi. Zərurət olduğu halda tibbi sənədləri, keçirdiyi əməliyyatlarla bağlı sənədlər, reseptləri və həkim təyinatları araşdırılmalı, tibbi müayinə aktındakı nəticə bunlarla birlikdə qiymətləndirilməli idi. Təkcə tibbi müayinədə müəyyən göstəricinin aşkar olunması onun məhz qanunsuz narkotik və ya psixotrop maddə qəbulundan yarandığını avtomatik şəkildə sübut etmir. Xüsusilə ağır xəstəlikdən əziyyət çəkən və həkim təyinatı ilə mütəmadi dərman qəbul edən şəxs barəsində belə nəticəyə gəlməzdən əvvəl həmin dərmanların müayinənin nəticəsinə mümkün təsiri ciddi şəkildə araşdırılmalıdır. Məhkəmədə də narkotik vasitələrdən istifadə etmədiyini, onkoloji xəstə olduğunu, iki dəfə əməliyyat keçirdiyini və həkim tərəfindən təyin olunmuş dərman preparatlarını qəbul etdiyini bildirmişdir. Lakin müdafiə üçün mühüm əhəmiyyət daşıyan bu izahatları qərarda lazımi səkildə təhlil edilməmiş, onların həqiqətə uyğun olub-olmadıgını müəyyən etmək üçün zəruri araşdırma aparılmamışdır. Məhkəmə qərarının nəticəsi onun üçün sadəcə 15 günlük inzibati həbs deyil. Ağır onkoloji xəstəlikdən əziyyət çəkən, iki dəfə əməliyyat keçirmiş və hazırda da ciddi sağlamlıq problemləri yaşayan bir insan üçün həbsdə keçirilən hər bir gün sağlamlıq baxımından əlavə risk yaradır. Onun davamlı tibbi nəzarətə, müalicəyə və həkim tərəfindən təyin edilmiş preparatların vaxtında qəbul edilməsinə ehtiyacı vardır. Ciyərindən və bağırsağından qan gəlməsi kimi ciddi şikayətlərin mövcud olduğu şəraitdə səhhətinin xüsusiyyətləri nəzərə alınmadan inzibati həbs tətbiq edilməsi onun üçün xüsusilə ağır nəticələr doğura bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi X1 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, R X3 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmışdır. Avtomobil həmin zaman nömrəsiz, dörd tərəfi tünd örtüklə örtülü olmuş, qara plyonkadan istifadə edilmişdir. Şəxs saxlanmış, narkotik müayinədən keçmək üçün tibbi müayinəyə göndərilmişdir. Müayinədən keçmiş və məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etmişdir. Barəsində protokol tərtib edilmişdir. Videogörüntü də mövcuddur. Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 30 gün müddətində inzibati həbs tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, maşın onun adına olsa da, özünün deyil, lakin özü idarə etmişdir. Onkoloji xəstədir, 2 dəfə əməliyyat olmuşdur. Həkimin yazdığı dərman kömək etmir. Bu səbəbdən ağrılarına görə istifadə etmişdir. Qərar qəbul edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ######## 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə saat 02:56-da “CHEVROLET LACETTİ” minik markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.2, 342.2.4, 342.7 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ## ######## 2026-cı il tarixli, */**** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidikdə MTO, PQK, THC maddələri aşkar edilmiş, sərxoş olduğu müəyyən edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 342.2.4, 342.7 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli TP******* saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 332.2, 342.2.4, 342.7 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağı var: ##.##.2011-ci il təvəllüdlü Əfəndiyev İlkin Mustafa oğlu. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etirafı və digər iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğundan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tətbiq edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar