Məhkəmə qərarları › İş №3(3-6)-3007/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3007/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3007/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi - Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Xaçmaz Gömrük İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə ##.##.2025-ci il tarixli 01252000079987 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan malların müqabilində cəmi 658,09 AZN məbləğində vəsait MMC-nin müvəkkil bank hesablarına köçürülməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Xaçmaz Gömrük İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) 2025ci ilin iyul ayında 01252000079987 sorğu nömrəli gömrük bəyannaməsi 658,09 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı icraatda iştirak üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ünvanına ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrəli çağırış məktubu göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 658,09 AZN məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndənin Xaçmaz Gömrük İdarəsinə gəlməsi xahiş edilmişdir. Lakin hər hansı nümayəndənin iştirakı təmin olunmamış və hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar " xxxx " MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin İntellektual Gömrük İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2017-ci il tarixində ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1 olduğu məlum olmuşdur. İşə baxılmanın yeri və vaxtı haqqında tərtib olunmuş qərardadın, həmçinin inzibati xəta haqqında protokolun surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeydiyyatda olduğu ünvana ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** saylı məktubla göndərilmiş, lakin MMC tərəfindən işə baxılmada iştirak etmək üçün nümayəndənin Xaçmaz Gömrük İdarəsinə gəlməsi təmin edilməmiş, eləcə də nümayəndənin gəlməməsinin səbəbi barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2021-ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2025-ci il tarixli 01252000079987 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 658,09 AZN məbləğində vəsaiti xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati təhbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində toplanılmış material *-**-****/*-******/**** nömrəli, 21,04.2026-cı il tarixli məktub ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə olan sənədlərə baxılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsi nəzərə alınmaqla xitam edilmişdir. Qərara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2025-ci il tarixli 01252000079987 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi məbləğdən 659,09 AZN-in ödənilməmə səbəbi həmin bəyannamə üzrə ixrac edilmiş mallarla bağlı tərəflər arasında imzalanmış 283,88 AZN və 352,27 AZN məbləğində pretenziyalar və məbləğin 22,94 AZN-lik hissəsi (cəmi 659,09 AZN) isə sertifikasiya məqsədləri üçün göndərilən ödənişsiz nümunələrin dəyəri olması bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, RF-in “xxxx” şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixli CSFF-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 7.7-ci bəndinə əsasən, zərərin və ya cərimələrin ödənilməsi Alıcının pretenziyası əsasında Tərəflərin razılığı ilə müqavilə valyutasında, alıcının rekvizitlərinə bank köçürməsi yolu ilə, yaxud satıcı tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və imzalanmış kredit-nota təqdim edildiyi təqdirdə, iddia məbləğinin Satıcıya çatacaq ödənişdən tutulması yolu ilə həyata keçirilir. ************** nömrəli yük gömrük bəyannaməsində (YGB) invoys və gömrük dəyəri 62794,78 AZN qeyd edilmişdir. Ümumi məbləğdən 659,09 AZN-in ödənilməmə səbəbi həmin bəyannamə üzrə ixrac edilmiş mallarla bağlı tərəflər arasında imzalanmış 283,88 AZN və 352,27 AZN məbləğində pretenziyalardır. Məbləğin qalıq 22,94 AZN-lik hissəsi (cəmi 659,09 AZN) isə sertifikasiya məqsədləri üçün göndərilən ödənişsiz nümunələrin dəyəridir. Beləliklə, qeyd olunan vəsait malın keyfiyyəti ilə bağlı yaranmış xərclərdir və Tərəflərin qarşılıqlı razılığına əsasən, “xxxx” MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ödəniləcək məbləğdən çıxılmışdır. Belə ki, Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim edilən “pretenziya”ları əsas götürərək məhsullar nəzərdə tutulmuş keyfiyyətə cavab vermədiyindən qaytarılmalı olan 658,09 AZN məbləğində vəsaitin qaytarılmadığını müvafiq qərar ilə təsdiq etmişdir. Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qərarı aşağıda sadalanan işin halları və hüquq normalarının tələbləri baxımından əsassızdır və ləğv olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarf’nın 12.2-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında istinad edilən “pretenziya”ları maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Belə ki, beynəlxalq təcrübədə bir presedent kimi formalaşmış qayda vardır ki, məhsul xarab və ya yararsız olduqda idxal və ixrac edən şəxslərin nümayəndələri ilə birlikdə həmin fakt üzrə maraqlı olmayan tərəf (dövlət orqanı, müstəqil ekspert, mütəxəssis və ya arbitr) müvafiq aktın tərtib olunmasında iştirak edir, həmçinin aidiyyəti laborator analizlər ilə əlaqədar sənədlər və xarab olmuş məhsullara aid foto və video çəkilişlər akta qoşma edilir. Həmçinin xarab olan mallar ilə əlaqədar məhvetmə müvafiq gömrük prosedurunda rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ## ### 2021-ci il tarixli Plenum qərarında “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Bu sahədə formalaşmış təcrübədən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə akt tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş akt mənbəyinə, inandırıcılığına görə mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Ona görə də Məhkəmə tərəfindən mötəbər olmayan sübuta istinad edilməklə Xaçmaz Gömrük İdarəsi tərəfindən aparılan araşdırmanın əsaslı nəticələri şübhə altına alına bilməz. Həmçinin bildiririk ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” şirkəti arasında bağlanmış ##.##.2024-cü il tarixli CSFF-**** nömrəli alqı-satqı müqavilələri əsasında mallar Rusiya Federasiyasına ixrac olunan zaman MMC tərəfindən iddia edilən məhsulun zay çıxan hissəsi sərbəst dövriyyə buraxılış gömrük proseduru üzrə ixdal əməliyyatları edilərkən gömrük ödənişlərinin hesablanması zamanı nəzərə alınıbmı? Yəni Azərbaycan Respublikasının gömrük orqanlarına bəyan edilən məbləğlər tam şəkildə nəzərə alınaraq yoxsa məhsulun zay olan hissəsi çıxılmaqla rəsmiləşdirmə aparılıb. Habelə məhsulun zay olan hissəsi malların məhv edilmə gömrük prosedurunda rəsmiləşdirilibmi? Məhvetmə prosedurunda rəsmiləşdirmə həyata keçirilibsə, o zaman müvafiq bəyannamə və məhvetmə aktı nə üçün gömrük orqanına və ya məhkəməyə təqdim edilməyib? Nə üçün məhkəmə beynəlxalq və yerli hüquqi aktlarla tənzilənən normativ tələblərini pozmaqla qeyd edilən sənədləri MMC-dən tələb etməyib? Bununla da Məhkəmənin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etdiyi qənaətinə gəlmək mümkündür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasında gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli qərarı ilə tənzimlənir.Əks təqdirdə, ixrac olunan malların xarab olması halında ixracatçı və idxalatçı şəxslər arasında tərtib edilmiş müvafiq sənədlər (akt, pretenziya, kredit nota) maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021 -ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu sahədə formalaşmış təcrübədən, eyni zamanda qanunvericiliyin tələblərindən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə müvafiq normativ sənəd tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş normativ sənəd mənbəyinə, inandırıcılığına görə Azərbaycan Respublikası İXM-nin 75 və 76-cı maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Mövcud fakt üzrə maraqlı tərəflər arasında tərtib edilən akt sübut kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, Məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur. Belə ki, "xxxx” MMC-nin istinad etdiyi sənədlər İXM-nin 75 və 76-cı maddələrində göstərilən mötəbərlik tələblərinə cavab vermir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə müvafiq olaraq müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Belə ki, Məhkəmə tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının imperativ normaları nəzərə alınmadan MMC tərəfindən təqdim edilən müvafiq sənədlərə (maraqlı tərəflər arasında tərtib edilən aktlara) istinad edilərək iş üzrə inzibati xətanın tərkib əlamətlərinin olmadığı qənaətinə gəlməsini maddi və prosessual hüquqi baxımdan əsassız hesab edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsin nəzərə alaraq, normativ hüquqi aktların, yəni Qanunun və Qaydaların normaları tərəflər arasında bağlanmış müqavilənin aidiyyəti bəndlərindən üstündür. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 11 -ci maddəsi ilə normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya prinsipinə verilmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə təqsirli bilinərək, barəsində inzibati xəta tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, işdə iştirak edən şəxsləri dinləyib və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisinin ##.##.2026-cı il tarixli raportundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (Vöen:**********) 2025-ci ilin iyul ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 658,09 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Fedrasiyasına və digər ölkələrə ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. ##.##.2025-ci il tarixli 01252000079987 sorğu nömrəli bəyannamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ixrac edilən malların ümumi invoys dəyəri 62794,78 ABŞ dolları (22-ci sətr) təşkil etməkdədir. ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı yazılı etiraz təqdim edib ona uyğun izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ************** nömrəli yük gömrük bəyannaməsi üzrə ixrac olunan 658,09 AZN dəyərindəki yük müqabilində qaytarılmalı olan məbləğlərin müvəkkil bank hesabına köçürülməməsi və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsini pozmasına dair məhkəmə işi etirazla qarşılanır. Xaçmaz Gömrük İdarəsinin *****-*****/** nömrəli ##.##.2026-cı il tarixli İnzibati xəta haqqında Protokoluna əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ************** nömrəli yük gömrük bəyannaməsi üzrə ixrac olunan 658,09 AZN dəyərindəki yük müqabilində qaytarılmalı olan məbləğlərin müvəkkil bank hesabına köçürülməməsi və inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsini pozması qeyd edilmişdir. Bildirir ki, “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixində CSFF-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 7.7-ci bəndinə əsasən, zərərin və ya cərimələrin ödənilməsi Alıcının pretenziyası əsasında Tərəflərin razılığı ilə müqavilə valyutasında, alıcının rekvizitlərinə bank köçürməsi yolu ilə, yaxud satıcı tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və imzalanmış kredit-nota təqdim edildiyi təqdirdə, iddia məbləğinin Satıcıya çatacaq ödənişdən tutulması yolu ilə həyata keçirilir. ************** nömrəli yük gömrük bəyannaməsində (YGB) invoys və gömrük dəyəri 62794,78 AZN qeyd edilmişdir. Ümumi məbləğdən 659,09 AZN-in ödənilməmə səbəbi həmin bəyannamə üzrə ixrac edilmiş mallarla bağlı tərəflər arasında imzalanmış 283,88 AZN və 352,27 AZN məbləğində pretenziyalardır. Məbləğin qalıq 22,94 AZN-lik hissəsi (cəmi 659,09 AZN) isə sertifikasiya məqsədləri üçün göndərilən ödənişsiz nümunələrin dəyəridir. Beləliklə, qeyd olunan vəsait malın keyfiyyəti ilə bağlı yaranmış xərclərdir və Tərəflərin qarşılıqlı razılığına əsasən, “xxxx” MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ödəniləcək məbləğdən çıxılmışdır. Məsələ ilə bağlı ##.##.2026-cı il tarixində Xaçmaz Gömrük idarəsinə ***/**** nömrəli rəsmi məktubla müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Satıcı - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyətində hər hansı bir təqsir və ya inzibati xəta tərkibi yaradan əməl mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında tərtib edilmiş protokolun dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixində CSFF-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 7.7-ci bəndinə əsasən, zərərin və ya cərimələrin ödənilməsi Alıcının pretenziyası əsasında Tərəflərin razılığı ilə müqavilə valyutasında, alıcının rekvizitlərinə bank köçürməsi yolu ilə, yaxud satıcı tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və imzalanmış kredit-nota təqdim edildiyi təqdirdə, iddia məbləğinin Satıcıya çatacaq ödənişdən tutulması yolu ilə həyata keçirilir. ************** nömrəli yük gömrük bəyannaməsində (YGB) invoys və gömrük dəyəri 62794,78 AZN qeyd edilmişdir. Ümumi məbləğdən 659,09 AZN-in ödənilməmə səbəbi həmin bəyannamə üzrə ixrac edilmiş mallarla bağlı tərəflər arasında imzalanmış 283,88 AZN və 352,27 AZN məbləğində pretenziyalardır. Məbləğin qalıq 22,94 AZN-lik hissəsi (cəmi 659,09 AZN) isə sertifikasiya məqsədləri üçün göndərilən ödənişsiz nümunələrin dəyəridir. Beləliklə, qeyd olunan vəsait malın keyfiyyəti ilə bağlı yaranmış xərclərdir və Tərəflərin qarşılıqlı razılığına əsasən, “xxxx” MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ödəniləcək məbləğdən çıxılmışdır. Göründüyü kimi, valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri nəticəsində olmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, əməldə İXMin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisinin ##.##.2026-cı il tarixli raportundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (Vöen:**********) 2025-ci ilin iyul ayı ərzində bir gömrük bəyannaməsi üzrə 658,09 AZN dəyərində meyvə məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə xarici ölkəyə ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi izahatında qeyd olunan cəmi 658,09 manat vəsaitin xaricə ixrac edilmiş malın keyfiyyəti ilə bağlı yaranmış xərclər olduğunu, tərəflərin qarşılıqlı razılığına əsasən, həmin məbləğin “xxxx” MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ödəniləcək məbləğdən çıxıldığını bildirsə də, xarici ölkədə malların xarab olması halında malın sahibinin xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi iş materialları ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut olunur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın obyekti olmuş 658,09 manat məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 197,4 manat məbləğində inzibati cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi olduğundan, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l ı r: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 658,09 manat məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 197,4 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar