Məhkəmə qərarları › İş №3(3-6)-3009/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3009/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3009/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Vəzifəli şəxs Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, *-*(***)-****/** saylı, *-*(***)-****/** saylı, *-*(***)-****/**** saylı, *-*(***)-**/** saylı və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/** saylı icra sənədləri üzrə ödənişləri həyata keçirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (min bir yüz iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin *-*(***)- ****/**** saylı, 2-2(113)- ****/** saylı, *-*(***)-****/** saylı, *-*(***)-****/**** saylı, *- *(***)-**/** saylı və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/** saylı icra sənədləri üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC borclu qismində tərəfdir. Həmin icra sənədləri ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsin təfəindən tərtib edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilən ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protocol əsasında o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən həmin Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə 1200 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMCdən 10 639,45 manat (on min altı yüz otuz doqquz manat, qırx beş qəpik) pul vəsaiti tutulub iddiaçı X2 ödənilmiş, ilkin iddia tələbi qalan hissədə təmin olunmamış, qarşılıqlı iddia rədd edilmişdir. İcraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən və Vəzifəli şəxs müştərək qaydada DC********-** saylı ##.##.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 42332,54 manat əsas borc, 6284.66 manat faiz borcu, 1356.45 manat dəbbə pulu olmaqla, cəmi 49973.65 (qırx doqquz min doqquz yüz yetmiş üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin, 43 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-**/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış ## ######## 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir: Bu barışıq sazişi (bundan sonra “saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC razılaşırlar ki, tərəflər arasında bağlanılmış K****-**** nömrəli, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “xxxx” MMC-yə yaranmış 1721,39 manat əsas borc, 172,14 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1893,54 manat vəsait ən geci ##.##.2023-cü il tarixinədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” MMC-yə köçürmə vasitəsi ilə ödəniləcəkdir. Tərəflər borc məbləğləri İlə razıdırlar və heç bir etirazları yoxdur. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 22.112,80 manat məbləğində əsas borcun, 1105,60 manat məbləğində cərimə (dəbbə) pulu olmaqla cəmi 23218,40 (iyirmi üç min iki yüz on səkkiz manat 40 qəpik) borc məbləğinin və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ##.##.2021-ci il tarixli ***R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5.890 (beş min səkkiz yüz doxsan) manat, 67 (altmış yeddi) qəpik, faiz borcu üzrə 714 (yeddi yüz on dörd) manat, 65 (altmış beş) qəpik, cərimə borcu üzrə 300 (üç yüz) manat olmaqla, cəmi 6.905 (altı min doqquz yüz beş) manat, 32 (otuz iki) qəpik məbləğində pul müştərək qaydada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən, X3, Vəzifəli şəxs və X4 tutularaq “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən ƏDV daxil 11.244,22 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Qərarda da qeyd olunduğu kimi şirkətin bank hesablarına həbs qoyulub, həmçinin inkassolar tətbiq edilib. Hesablarda heç bir vəsait yoxdur. Həmçinin şirkətin mülkiyyətində hər-hansı tələbin yönəldilə biləcəyi əmlakda yoxdur. Şirkət uzun müddətdir ki, fəaliyyət göstərmir. Heç bir gəliri yoxdur. O, nə vaxt icra şöbəsinə çağırılmışsa hər zaman gəlmişdir. Lakin dəvət olunmadan, daimi işlədiyi telefon nömrəsi olmasına, daimi yaşayış yerinin olmasına baxmayaraq şöbə tərəfindən ona qanunsuz axtarış elan edilmişdir. Onun bu axtarışdan xəbəri olmamışdır. Nə zaman ki, ona Şəmkir Rayon Polis Şöbəsindən zəng gəldi, o zaman axtarış barədə xəbərdar oldmuşdur. Dərhal icra şöbəsinə getmişdir. İcra şöbəsinə könüllü getmişdir. Onu polis aparmamışdır. Şirkətin ötən dövrdə problemləri çox olmuşdur. Onları həll edə-edə gəlir. Məhkəmə qərarlarına hörmətlə yanaşır. İcra edəcəyinə söz vermişdir. İlin sonunadək borclarını ödəyib bitirəcək. Sadəcə ona cərimə tətbiq edilməyi ona bir azda maddi baxımdan yükdür. Pulu olduğu təqdirdə borclarını ödəyəcək. O, vəzifəli şəxs olduğu üçün 1200 manat cərimə edilmişdir. Lakin maddənin dizpozisiyasında əvvəldə göründüyü kimi icra sənədlərinin üzrsüz səbəbdən icra olunmaması qeyd edilmişdir. O, isə icra sənədlərini üzrlü səbəbdən icra etməmişdir. Çünki pulun və əmlakın olmaması üzrsüz səbəb deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə əsasən Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi və Azərbaycan Respublikası CM 306-cı maddəsi üzrə məhkəmə prosesi gedən zaman hakim tərəfindən icra sənədlərinin icra olunmamasını qərəzi, üzrsüz səbəbləri dəqiq müəyyən edilməlidir. Onda isə belə hal yoxdur. Onun sadəcə ödəyəcək pulu və əmlakı yoxdur. Olduğu zaman ödəyəcək. İmtina etmir, yayınmır. Eyni zamanda maddənin dizpozisiyasının sonunda qeyd edilən qanuni tələblərə tabe olmama halı da onun əməlində yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış borclu və digər tələbkar, icra məmuru məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 10639,45 manat (on min altı yüz otuz doqquz manat, qırx beş qəpik) pul vəsaiti tutulub iddiaçı X2 ödənilmiş, ilkin iddia tələbi qalan hissədə təmin olunmamış, qarşılıqlı iddia rədd edilmişdir. İcraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən və Vəzifəli şəxs müştərək qaydada DC********-** saylı ##.##.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 42332,54 manat əsas borc, 6284.66 manat faiz borcu, 1356.45 manat dəbbə pulu olmaqla, cəmi 49973.65 (qırx doqquz min doqquz yüz yetmiş üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin, 43 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC -yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış ## ######## 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir: 1. Bu barışıq sazişi (bundan sonra “saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC razılaşırlar ki, tərəflər arasında bağlanılmış K****-**** nömrəli, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “xxxx” MMC-yə yaranmış 1721,39 manat əsas borc, 172,14 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1893,54 manat vəsait ən geci ##.##.2023-cü il tarixinədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” MMC-yə köçürmə vasitəsi ilə ödəniləcəkdir. Tərəflər borc məbləğləri İlə razıdırlar və heç bir etirazları yoxdur. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 22.112,80 manat məbləğində əsas borcun, 1105,60 manat məbləğində cərimə (dəbbə) pulu olmaqla cəmi 23218,40 (iyirmi üç min iki yüz on səkkiz manat 40 qəpik) borc məbləğinin və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, ##.##.2021-ci il tarixli ***R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5.890 (beş min səkkiz yüz doxsan) manat, 67 (altmış yeddi) qəpik, faiz borcu üzrə 714 (yeddi yüz on dörd) manat, 65 (altmış beş) qəpik, cərimə borcu üzrə 300 (üç yüz) manat olmaqla, cəmi 6.905 (altı min doqquz yüz beş) manat, 32 (otuz iki) qəpik məbləğində pul müştərək qaydada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən, X3, Vəzifəli şəxs və X4 tutularaq “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən ƏDV daxil 11.244,22 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Borclunun axtarışı haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Vəzifəli şəxs barəsində axtarış elan edilmişdir. İcraatın birləşdirilməsi haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Vəzifəli şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar