Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3012/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon Icra və probasiya şöbəsinin icra məmuru Əliyev Vüsal Alı oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Əliyev Vüsal Alı oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin zəruri əlaməti olan “üzrsüz səbəb” sübuta yetirilməmişdir; əksinə, üzrlü səbəbin mövcudluğu icra məmurunun öz sənədləri ilə təsdiq edilmişdir. Eyni məhkəmə eyni borclu barəsində, eyni icra sənədi üzrə, eyni maddə ilə tərtib olunmuş protokol üzrə *(***)-****/**** saylı, 06 sentyabr 023-cü il tarixli qərarı ilə icraata xitam vermişdir. Icra sənədinin icra olunmamasının səbəbi borclunun deyil, icra məmurunun hərəkətsizliyidir: borclunun faktiki ünvanı məlum olduğu halda həmin ünvana getməmiş, yaşayış sahəsinə baxış keçirməmiş, əmlakı aşkar edib siyahıya almamışdır. Icra məmuru məcburi gətirilmə tədbirini tətbiq etmədən birbaşa axtarış elan etmiş, məhkəmə isə həmin əsassız sənədə tənqidi yanaşmamışdır. Iş materiallarında borcun məbləği və icraatın başlanma tarixi üzrə aradan qaldırılmamış ziddiyyətlər mövcuddur. “Icra haqqında” Qanunun 82.1-ci maddəsinin tələbi — əvvəlki inzibati tənbehdən sonra borcluya icra üçün yeni müddət təyin edilməsi — yerinə yetirilməmişdir. Tənbeh təyin edilərkən borclunun qadın olması və himayəsində dörd azyaşlı uşağının olması lazımi qaydada nəzərə alınmamış, tənbehin mütənasibliyi qiymətləndirilməmişdir. Borclunun qərarın elan edildiyi gün tələbkarın xeyrinə etdiyi ödənişə hüquqi qiymət verilməmişdir. Hazırkı işdə üzrlü səbəbin mövcudluğu müdafiə tərəfinin iddiası deyil, bilavasitə icra məmurunun özünün tərtib etdiyi sənədlərlə təsdiq olunan faktdır: — ## #### 2023-cü il tarixli MN № ******* saylı protokolda izahatın məzmunu kimi icra məmuru özü yazmışdır ki, borclu borcunu tam ödəyə bilmir, maddi imkanı yoxdur və heç bir yerdə işləmir; — ##.##.2024-cü il tarixli MN № ******* saylı protokolda borclunun səhhəti ilə bağlı vəziyyəti göstərilmişdir; — ## ####### 2024-cü il tarixli MN № ******* saylı protokolda borclunun heç bir yerdə işləmədiyi və borcu yalnız hissə-hissə ödəyə bildiyi qeyd edilmişdir; — *(***)-**/**** saylı, ## ### 2023-cü il tarixli qərardadda və *(***)-****/**** saylı, ## ### 2024-cü il tarixli qərarda təsbit edilmişdir ki, icra məmurunun sorğuları nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi vəsait və ya əmlak aşkar edilməmişdir. Icra sənədinin icra olunmamasının əsl səbəbi icra məmurunun hərəkətsizliyidir Icra materiallarından görünür ki, icra məmuru 2023-cü ildən etibarən borclunun faktiki yaşayış ünvanını bilirdi: — ## ###### 2023 və ## #### 2023 tarixli izahatların ünvan hissəsini bilavasitə icra məmuru özü doldurmuş və orada borclunun Maştağa qəsəbəsində, nömrəsiz evdə yaşadığını göstərmişdir; — ## ######## 2023 və ## ### 2024-cü il tarixli məhkəmə qərarlarında borclunun yaşadığı ünvan — Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu 41 — açıq şəkildə göstərilmişdir; — icra materiallarında borclunun telefon nömrələri mövcuddur və icra məmuru izahatlarda borclu ilə telefonla danışdığını qeyd etmişdir. Buna baxmayaraq, iş materiallarında borclunun yaşayış yerinə getmə, yaşayış sahəsinə baxış keçirmə, əmlakının aşkar edilməsi və siyahıya alınması barədə heç bir akt və ya protokol yoxdur. Icra məmuru dörd il ərzində yalnız yazılı sorğularla kifayətlənmişdir. Halbuki “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinə ilk növbədə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi aiddir. Həmin Qanunun 12-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. ##.##.2026-cı il tarixli qərarla borclunun “yaşadığı yeri müəyyən etmək mümkün olmadığı” əsas gətirilərək onun barəsində axtarış elan edilmiş və qərar Suraxanı Rayon Polis Idarəsinə göndərilmişdir. Bu iddia iş materialları ilə tamamilə təkzib olunur: borclunun ünvanı icra məmuruna məlum idi və borclu ##.##.2023, ##.##.2023, ##.##.2024, ##.##.2024, ##.##.2025 və ##.##.2026-cı il tarixlərində şəxsən Icra şöbəsinə gələrək izahat vermişdir. Axtarış elan edildikdən cəmi 25 gün sonra — ##.##.2026-cı il tarixdə borclu yenidən özü şöbəyə gəlmiş və növbəti ödənişi etmişdir. Bundan başqa, ##.##.2023-cü il tarixli qərardadda birbaşa qeyd edilmişdir ki, borclu ölkə hüdudlarını tərk etməmişdir. Eyni zamanda, icra məmuru qanunda nəzərdə tutulan aralıq tədbiri — borclunun məhkəmənin qərarı ilə məcburi gətirilməsini tətbiq etmədən birbaşa axtarış elan etmişdir. Halbuki bu iki tədbirin şərtləri fərqlidir: borclunun olduğu yer məlum olduqda, lakin o, çağırışa gəlmədikdə icra məmuru məcburi gətirilmə barədə məhkəməyə təqdimatla müraciət edir; borclunun olduğu yeri müəyyən etmək mümkün olmadıqda isə “Icra haqqında” Qanunun 27-ci maddəsinə əsasən axtarış elan edilir. Axtarış subsidiar xarakter daşıyır. Icra məmurunun sənədlərində borcun qalıq məbləği bir-birinə zidd şəkildə göstərilmişdir. Bundan əlavə, eyni icra sənədi üzrə eyni davam edən hərəkətsizliyə görə ardıcıl olaraq dörd dəfə protokol tərtib edilmişdir: ##.##.2023 (MN № *******), ##.##.2024 (MN № *******), ##.##.2024 (MN № *******) və hazırkı protokol. Üstəlik bu müddət ərzində borclu ödənişlər etmişdir. Belə təcrübə inzibati məsuliyyət institutunun təyinatına — yeni xətaların qarşısının alınmasına deyil, borclunun ardıcıl cəzalandırılmasına xidmət edir. Borclu ##.##.2026-cı il tarixdə, saat 11:38-də bilavasitə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasındakı ödəniş terminalı vasitəsilə tələbkar Zərərçəkmiş şəxs bank kartına 200 manat köçürmüşdür (“xxxx” MMC, qəbz № *****, terminal 2239, əməliyyat № **********). Ödəniş qərarın elan edildiyi həmin gün, məhkəmə iclasından əvvəl həyata keçirilmişdir. Müdafiə tərəfinin mövqeyini təsdiq edən sübutlar — ##.##.2023 tarixli MN № ******* saylı protokol — borclunun maddi imkanının olmadığını və işləmədiyini icra məmurunun özü təsbit edir; — ##.##.2023 tarixli *(***)-****/**** saylı qərar — eyni hallar üzrə əməldə xəta tərkibinin olmadığını təsdiq edir; — ##.##.2023 tarixli *(***)-**/**** saylı qərardad — əmlakın aşkar edilmədiyini və borclunun ölkəni tərk etmədiyini təsdiq edir; — ##.##.2023 və ##.##.2023 tarixli izahatlar — borclunun faktiki ünvanının icra məmuruna məlum olduğunu təsdiq edir; — ##.##.2024 tarixli *(***)-****/**** saylı qərar — himayədə dörd azyaşlı uşağın olmasını, inzibati həbsin tətbiq edilə bilməməsini və ağırlaşdırıcı halın olmamasını təsbit edir; — ödəniş qəbzləri (##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026) — borcun azaldılması üçün real və müntəzəm hərəkətlərin edildiyini təsdiq edir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Işdə olan MN seriyalı ******* nömrəli, ## ######## 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Bununla da o, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Suraxanı rayon Icra və Probasiya şöbəsinin icra məmuru Əliyev Vüsal Alı oğlu izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008) ****/**** saylı, ## ####### 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7.500 manat məbləğində pul vəsaiti və 95 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi şöbənin icraatına ## ###### 2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq qərar qəbul edilmişdir. Borclunun 6095 manat borcu vardır. Borclu barəsindıə axtarış qərarı qəbul olunmuş, polis tərəfindən şöbəyə təhvil verilmişdir. Bununla da borclunun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. 4 ildir iş icraatındadır. Protokol əsaslıdır, şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Həmçinin qeyd edir ki, 528.1-ci maddə birbaşa qərəz nəzərdə tutmur. Icra məmurunun göstərişinə riayət edilməməsi nəzərdə tutulur, yəni borcu ödəmək və çağırışlara gəlmək. Borclu nə vaxt axtarışa verilmiş və ya barəsində protokol tərtib edilmiş, yalnız o vaxt ödəmişdir. Bu o deməkdir ki, o heç vaxt könüllü ödəmək istəməmişdir. Hər dəfə deyir ki, “gələcəm”, gəlməyib. Deyir ki, “axtarışa verməyin”, “gələcəm, ödəyəcəm”. Sonra gəlmir və ödəmir. O da məcbur axtarışa verir. Xanıma da məşğulluqdan iş təklif olunub, daha sonra xanımla əlaqə saxlaya bilməmişdirlər. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında, barəsində axtarış olub bilməmişdir. Belindən əməliyyat keçirtmiş, polis əməkdaşları demiş, o da yaxınlaşmışdır. Xanımın vəkili adı ilə biri yoldaşına zəng edib, deyib ki, “pul atın barənizdə axtarış olmasın”, ona 200, 400 manat pul atmışlar. Xanım isə deyir ki, o pul gəlməyibdir. Sonra vəkil sosialla bağlı onlardan 500 və 200 manat almışdır. Icra məmurununa həmin vaxt zəng etmiş, lakin zəng çatmamışdır. Kartı isə bloklanmışdır. Telefonu lombarda qoyub pul götürmüşdür. Cəriməni verə bilsə, öz borcunu verər. Aya 200 manat verməyə gücü çatır. Indi də 200 manat ödəyə bilir. O, həmin borcu ödəyə bilməz. O, ümumiyyətlə onun qızılını havayı alıb, ona ödəməməlidir. Yoldaşı da, o da işləmir. 4 körpəsi var, yoldaşı işdən çıxıb. Məşğulluqdan salon işi üçün cavab gözləyir, gəlib evə də baxış keçiriblər. Nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və vəkili Vəkil izahatında bildirdi ki, borclu barəsində axtarış şəxsin yeri müəyyən edilmədikdə, verilə bilər. Iş materiallarında ünvana baxış aktı da yoxdur. Xanımın 4 azyaşlı uşağı vardır. Bu şəxsin iş materiallarında nömrəsi və ünvanı vardır. Xitam üçün əsaslar var, yazılı da qeyd etmişdir. Protokol əssasız tərtib edilmişdir. Icra məmuru barəsində də xəbərdarlıq edilməsini xahiş edir. Xanım hazırda 200 manat ödəniş edib, qərəzli deyildir. Birinci instansiya məhkəməsinin iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, işləyirdi, bununla bağlı fikir edirdi, vəkil var idi, problemini danışmış, o da demişdir ki ki, “icraçı kimdir, “dedi ki, Vüsal müəllimdir”. Dedi ki, nömrəsini ver, gedib danışaram”, Vüsal müəllim deyib ki, Aygün çağrışlara gəlmir. Onun 2021-ci ildən bir tək kartı olub, dəyişməmişdir. Sonra Vüsal müəllimə kartını atmışdır. Ərinin 12 bankda işi olub, ərinə kömək etmək üçün pul atıb vəkilə, ona aiddiyatı yoxdur. Pulunu istəyir. Borclu hər yerdə işləyir, əlavə olaraq iş görür. Tələbkar onu 9 il küçə süpürmüşdür. Borclu uşaqları idmana qoyur pulu var, əməliyyat etdirmək üçün pulu var. Masaj aparatı ilə işləyir. Aya 500 manat ödəyə bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Zeynalov Aygün Mahir qızından 7.500 manat məbləğində pul vəsaiti və 95 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. ## ######## 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 200 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, o, İ Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə araşdırılması zamanı müəyyən edilmidir ki, borclu barəsində dəfələrlə axtarış elan edilmiş, borclu yalnız axtarış elan edildikdə və yaxud inzibati protokol tərtib olunduqda ödəniş etmiş, zərərçəkmiş şəxsin hətta ayda 500 manat ödənilməsi barədə təklif etdiyinə baxmayaraq, yalnız 200 manat məbləğində ödəniş etmiş, qətnamə ilə razı olmadığını bildirmiş, bununla da ödənilməsinin qərəzli olduğunu göstərmişdir. Məhkəmə hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirmiş və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, borclu yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-3012/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3012/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver