Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3013/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş 08 aprel 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qərar mövcud qanunvericiliyin tələblərinin pozuntusu ilə qəbul edilmişdir. Ümumiyyətlə inzibati tənbeh etmə haqqında qərarda nə deyildiyi başa düşülmür. Həmçinin "xxxx" ASC 2016-cı ildən ## ###### 2021-ci ilədək, ## ###### 2021ci ildən ## ###### 2026-cı ilədək fəaliyyətini rəsmi qaydada dayandırıb. Bu müddət ərzində ASC-nin tək işçisi olan sədrin əmək haqqı dəyişilməmişdir. Belə olan halda müvafiq qurum tərəfindən belə bir qərarın qəbul edilməsi və məhkəmənin həmin əsassız qərarı ləğv etməməsi tamamilə qanunsuzdur və ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3 və 135-ci maddələrini rəhbər tutaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək "xxxx" ASC-nin rəsmi olaraq ## ###### 2021-ci ildən ## ###### 2026cı ilədək fəaliyyətinin dayandırıldığını bildiirərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi birinici instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı ı il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sədri Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, əmək müqavilələri bildirişlərinin Elektron İnformasiya Sistemindən (ƏMAS) əldə edilmiş məlumatlara əsasən işçi Qərardan şikayət verən orqan (şəxs)la bağlanmış və minimum əmək haqqından aşağı əmək haqqı ödənilməsini nəzərdə tutan əmək müqaviləsi qərarın tərtib olunduğu vaxt qüvvədə olmuşdur; -## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, X3 Xidmətinin onun barəsində qəbul etdiyi ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli elektron qərarın dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir; -Vergi orqanının ## ###### 2016-cı il tarixli arayışından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) fəaliyyəti 12 avqsut 2016-cı il tarixdən dayandırılmış, fəaliyyətin bərpa ediləcəyi tarix isə ## ###### 2021-ci il göstərilmişdir. Arayışda fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərin sayı 1 nəfər qeyd edilmişdir; -13 avqsut 2021-ci il tarixli arayışdan görünür ki, orada fəaliyyətin dayandırılması “SİSTEMSERVİSAVTOMATİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) aiddir və həmin cəmiyyətin fəaliyyətinin 13 avqust 2021-ci il tarixdən ## ###### 2026cı il tarixədək dayandırıldığı əks etdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir, ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilmədən qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi şəxsin faəliyyətinin dayandırılmasına dair vergi sistemindən çıxarışlardan aydın olur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin faəliyyəti 12 avqsut 2016-cı il tarixdən dayandırılmış, fəaliyyətin bərpa ediləcəyi tarix isə ## ###### 2021-ci il tarixdədək, eyni zamanda ## ###### 2021-ci il tarixdən ## ###### 2026-cı ilədək dayandırılmışdır.Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirili biliməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə — vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inizbati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli və onun barəsində Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilsin və onun barəsində Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-3013/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3013/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver