Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3020/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Səlahiyyətli orqan X2 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və vəzifəli şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı və ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin AR İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, bu cərimənin şərti olaraq tətbiq edilməsi, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 AR İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, bu cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətləri vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişlər. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilməyəcəyini bildirməsinə baxmayaraq, məhkəmə işə MMC-nin hüquqi mövqeyini öyrənmədən baxıb qərar qəbul etmişdir. Qərarda iş materiallarında olan çıxarışa əsasən 10 mart tarixli məktubun MMC-yə və vəzifəli şəxsə elektron qaydada və 10 aprel tarixində poçt vasitəsilə çatdırılması qeyd edilmişdir. Lakin, qeyd edilən məktub nə elektron, nə də poçt vasitəsi ilə çatdırılmamışdır. ##.##.2026-cı il tarixində şirkət əməkdaşı ilə DƏMX əməkdaşı arasında “Zoom” proqramı vasitəsilə görüntülü danışıq aparılmış və zəruri sənədlər ##.##.2026-cı il tarixində sifarişli poçt göndərişi ilə səlahiyyətli orqana göndərilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsə və vəzifəli şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə hüquqi şəxsin və vəzifəli şəxsin iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlər ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə ünvanladığı *-**-*/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Vətəndaş X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı: 1. Son haqq-hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti 2.Əmək məzuniyyətindən istifadə edilməsi ilə bağlı müvafiq sənədlərin surəti (ərizə, əmr, ödəmə) 3. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş çıxarışlardan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixində elektron qaydada və ##.##.2026cı il tarixində poçt vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2026-cı il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin həm vəzifəli şəxs və həm hüquqi şəxs barəsində tərtib edilmiş protokollara bir icraatda baxılmasını mümkün hesab etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX-ə verilməsi tələb edilmiş lakin sənədlər təqdim edilməmişdir. Apellyasiya şikayətlərində qeyd edilmişdir ki, X4 Xidməti tərəfindən göndərildiyi deyilən məktub Şirkətə nə elektron, nə də poçt vasitəsilə daxil olmamışdır. Apellyasiya şikayətlərinin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan poçt göndərişinin izlənməsinə dair sənədlərdən (i.v. 13-14) görünür ki, məktub hüquqi şəxsin ünvanına poçt vasitəsilə ##.##.2026-cı il tarixində çatdırılmış və “Yaqubova” tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlili heç bir sübutla öz təsdiqini tapmır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi iş materiallarını şikayətlərin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətlərdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-3020/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3020/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver