Məhkəmə qərarları › İş №3(3-6)-3021/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3021/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3021/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Quliyev Vahid İsmayıl oğlunun müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində DƏMXnin BŞİ-nə təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Quliyev Vahid İsmayıl oğlunun müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində DƏMXnin BŞİ-nə təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar əsasında hüquqi şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC) və vəzifəli şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1) barəsində inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarını bununla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin inzibati icraat sorğularda tələb olunan sənədlərin özündə mövcud olan hissəsini təqdim etmiş lakin, təqdim olunmayan sənədlərlə bağlı isə onların təqdim edilməsinin mümkün olmamasının səbəblərini izah etmişdir. Belə ki, sonuncu cavab məktubunda Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə məhkəmə araşdırması nəticəsində hüquqi şəxsin və vəzifəli şəxsin onlara istinad edilən əməlin törədilməsində təqsiri müəyyən edilmədiyindən barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla da əsaslı qərar qəbul edilməli olduğu halda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və həmin MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində protokola xitam verilmişdir. Hesab edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və X2 Xidmətinin (bundan sonra - Xidmət) Bakı Şəhər idarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, vətəndaş Quliyev Vahid İsmayıl oğlunun müraciəti əsasında Xidmətdə aparılan araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 direktoru olduğu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərə çatdırılır ki, İXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək məhkəmədən şikayətin təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar əsasında hüquqi şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC) və vəzifəli şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1) barəsində inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli *-**-*/******/**** saylı məktubundan görünür ki, vətəndaş Quliyev Vahid İsmayıl oğlunın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə daxil olmuş müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Quliyev Vahid İsmayıl oğlunın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı:

1. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-nın razılığı və s.)

2. Əmək haqqı hesablanması cədvəllərinin surəti (Çalışdığı dövr üzrə)

3. Son haqq-hesabın hesablanması cədvəllərinin surəti

4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank arayışı və ya bank çıxarışı)

5. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1yə ünvanladığı ## ##### 2026-cı il tarixli məktub həmin tarixdə elektron qaydada kabinetə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Quliyev Vahid İsmayıl oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubu ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 bir sıra sənədlər tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ƏMAS sistemindən çıxarış təqdim edilsə də, lakin çıxarışda ## ##### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubun elektron sistem vasitəsilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 şəxsi kabinetinə yerləşdirilməsini təsdiq edən qeyd öz əksini tapmır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli *-**-*/******/**** saylı məktubu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təqdim edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin halları nəzərə alaraq əsaslı və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə

QƏRARA ALDI:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin şikayəti təmin edilməsin. Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar