Məhkəmə qərarları › İş №3(3-6)-3024/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3024/2026

18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3024/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli qərarla Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:09 radələrində A.M.Şərifzadə küçəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası IXMin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə video görüntüdə əks olunan hərəkətin hansı konkret səbəbdən yolayrıcını keçmə qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməyəcəyini müəyyən edən hər hansı konkret yol hərəkəti qaydasını göstərməmişdir. Məhkəmə yalnız yol kənarında avtobusun dayanmasını və bunun sürücünün görmə imkanlarını məhdudlaşdırmasını qeyd etmiş, lakin həmin halın sürücünü yolayrıcını keçmə qaydalarına riayət etmək vəzifəsindən azad edən hüquqi əsas olduğunu müəyyən etməmişdir. Əksinə, yol şəraitinin mürəkkəb olması sürücünün daha yüksək ehtiyatlılıq göstərməsini tələb edir və öz-özlüyündə yol hərəkəti qaydalarının pozulmasına haqq qazandırmır. Qərarda Qərardan şikayət verən orqan (şəxs) yolayrıcında konkret olaraq hansı hərəkəti etdiyi və bunun hansı yol hərəkəti qaydasının tələbinə zidd olduğu ətraflı təhlil edilməmişdir. Məhkəmə video görüntüdən nəqliyyat vasitələrinin hərəkət trayektoriyalarını, yolayrıcının quruluşunu, nəqliyyat vasitələrinin qarşılıqlı yerləşməsini və şikayətçinin manevrinin nəticəsini tam şəkildə təhlil etmədən yalnız ümumi ifadələrlə “görmə məhdudiyyəti” və “yol şəraiti”nə istinad etmişdir. Halbuki iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün əvvəlcə faktiki hərəkət müəyyən edilməli, daha sonra həmin hərəkətin konkret yol hərəkəti qaydasına zidd olub-olmaması və IXM-in 327.2-ci maddəsinin dispozisiyasına uyğunluğu müəyyən edilməli idi. Bu edilmədiyindən qərarın nəticə hissəsi kifayət qədər hüquqi əsaslandırmaya söykənmir. Məhkəmə qərarda inzibati xəta və şəxsin təqsiri barədə aradan qaldırılması mümkün olmayan şübhələrin şəxsin xeyrinə həll edilməli olduğunu qeyd etmişdir. Lakin iş üzrə mövcud olan hər bir qeyri-müəyyənlik avtomatik olaraq aradan qaldırılması mümkün olmayan şübhə kimi qiymətləndirilə bilməz. Şübhənin mövcudluğundan danışmaq üçün ilk növbədə iş üzrə sübutlar arasında real və aradan qaldırıla bilməyən ziddiyyətin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə isə konkret olaraq hansı sübutlar arasında ziddiyyət olduğunu, həmin ziddiyyətin hansı səbəbdən aradan qaldırıla bilmədiyini və bunun nə üçün inzibati xəta faktının istisna edilməsinə gətirib çıxardığını göstərməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.II maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarına əlavə edilmiş videogörüntüyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını özündə obyektiv qaydada əks etdirməsinə görə sübut kimi qiymətləndirdiyi həmin videogörüntü əsasında iş üzrə Qərardan şikayət verən orqan (şəxs) avtomobili yolayrıcını keçmə qaydalarının pozmasının sübut edilməməsi barədə qənaətə gəlib, müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Buna görə də iş üzrə səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ##.##.2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli qərar, eləcə də səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar