Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3031/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDIM : Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə müraciət edərək, Qərarından şikayət verilən orqan tərəfindən ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə istinad edilməklə barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan çıxarışdan görünür ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində AR IXM-nin 469-1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin ediməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan Hüquq Idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqdim edilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, qərardan Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130cu maddəsinin tələblərinə əməl edilməsi üçün materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. IXM-nin 57-1.1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərildikdə məlumatlandırılmış sayılır. Iş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixində, *-**/*-****/**** nömrəli məktubla RSD vasitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə çatıdırılmış, lakin Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə həmin qərardan şikayət ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə göndərilmiş, ##.##.2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. Aşkar haldır ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddət buraxılmışdır. IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edirəm ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli məqsədilə şikayət material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3031/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3031/2026
14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver