Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3034/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndələri Akifzadə İlkin Akif oğlu və X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə ## #### 2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-ya məxsus yaşayış kompleksində ##.##.2026-cı il tarixində içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsi faktı aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın müdafiəçisi nümayəndə2 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini, yaxud zəruri araşdırmaların aparılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xətanın obyektiv cəhəti ilə hüquqi şəxsin təqsiri bir-birindən fərqləndirilməmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, İXM-in 265.2-ci maddəsi içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə məsuliyyət müəyyən edir. Lakin, bundan avtomatik olaraq konkret hüquqi şəxsin təqsirli olması nəticəsi çıxmır. Hüquqi şəxsin təqsiri isə İXM-in 18.1-ci maddəsinin xüsusi meyarı ilə müəyyən edilməlidir: hüquqi şəxsin üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmək imkanı olduğu halda ondan asılı olan bütün tədbirlərin görülüb-görülməməsi araşdırılmalıdır. Deməli, suyun keyfiyyətində uyğunsuzluq faktının müəyyən edilməsi yalnız obyektiv faktı təsdiq edir; həmin nəticənin hüquqi şəxsin təqsiri ilə əlaqəsini və onun bütün zəruri tədbirləri görmədiyini ayrıca əsaslandırmaq tələb olunur. ##.##.2026-cı il tarixli sərəncam ilə ##.##.2026-cı il tarixli monitorinq arasında xronoloji uyğunsuzluq araşdırılmamışdır. Qərarın təsviri hissəsində * saylı Bakı Regional Bölməsinin ##.##.2026-cı il tarixli *** nömrəli sərəncamına əsasən monitorinq-nəzarət tədbirlərinin 07-## #### 2026-cı il tarixlərində aparıldığı göstərilir. Eyni zamanda, işin əsas sübutlarından olan nümunə götürmə aktları ##.##.2026cı il tarixini göstərir. Beləliklə, nümunələrin götürüldüyü tarix sərəncamda göstərilən yoxlama dövründən təxminən üç həftə əvvələ düşür. Əgər ##.##.2026-cı il tarixli nümunəgötürmə həmin sərəncamın icrası çərçivəsində aparılıbsa, sərəncamın həmin tarixdə belə tədbirə hüquqi əsas veribvermədiyi müəyyən edilməlidir. Əgər ayrıca hüquqi əsas mövcud olubsa, həmin əsas iş materiallarında göstərilməli və məhkəmə tərəfindən qiymətləndirilməli idi. Bu mühüm hal araşdırılmadan sübutların prosessual mənşəyi və mötəbərliyi barədə qəti nəticə çıxarılması İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tətbiqi baxımından ciddi qüsurdur. Su anbarının yuyulması barədə sənədlərin aidiyyəti müəyyən edilmədən onlara hüquqi nəticə verilmişdir. Məhkəmə ##.##.2025-ci il tarixli yuma və dezinfeksiya sənədlərini hüquqi şəxsin sonuncu yuyulma tarixi kimi qəbul etmiş və ##.##.2026-cı ilədək 15 aydan artıq müddət keçdiyini əsas götürmüşdür. Lakin qərarın öz mətnində həmin sənədlərin “xxxx” MTK-ya məxsus, Sarayevo 22 ünvanında yerləşən 300 m³-lik su anbarına aid olduğu göstərilir. Barəsində icraat aparılan hüquqi şəxs isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKdır və hadisə ünvanı Sarayevo küçəsi 23A kimi göstərilir. Bu iki subyekt və iki ünvan arasındakı hüquqi və faktiki əlaqə müəyyən edilmədən həmin sənədlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın su anbarının sonuncu dezinfeksiya tarixi kimi qəbul edilməsi sübutların aidiyyəti və mötəbərliyi baxımından əsaslandırılmamışdır. Əksinə, sənədlərin aidiyyəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-ya təsdiq edilərsə, müdafiənin təqdim etdiyi yuma və dezinfeksiya tədbirinin özü hüquqi şəxsin üzərinə düşən tədbirləri gördüyünü göstərən əhəmiyyətli sübut kimi qiymətləndirilməlidir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmadan müdafiənin sübutunu hüquqi şəxsin əleyhinə çevirmişdir. Bu isə sübutetmə yükünün faktiki olaraq müdafiə tərəfinin üzərinə keçirilməsi nəticəsini doğurur. Giriş nümunəsinin nəticələri barədə natamam sübut əsasında “balans yoxlaması” nəticəsinə gəlinmişdir. Məhkəmə qeyd etmişdir ki, həm girişdən, həm də çıxışdan nümunə götürülməsi çirklənmənin şəhər şəbəkəsindən gəlmədiyini göstərən balans yoxlamasıdır. Lakin belə nəticənin çıxarılması üçün hər iki nümunənin eyni metodologiya ilə laboratoriyada tam və müqayisəli şəkildə tədqiq edilməsi, nəticələrin iş materiallarında mövcud olması və məhz giriş nümunəsinin uyğunluğunun mötəbər sübutla təsdiqlənməsi lazımdır. İş üzrə müdafiənin üzərinə “giriş nümunəsində də normadan kənarlaşma olduğunu sübut etmək” vəzifəsinin qoyulması İXM-in 8.2-ci maddəsinin məzmunu ilə uzlaşmır. Təqsirsizliyi sübut etmək müdafiənin vəzifəsi deyil. Əgər ittiham tərəfi giriş-çıxış müqayisəsinə əsaslanaraq alternativ mənbəni istisna edirsə, həmin müqayisənin tam və etibarlı nəticələrini özü təqdim etməlidir. Nümunələrin götürülməsi, daşınması və laboratoriyaya təhvil verilməsi üzrə sübutlar tam qiymətləndirilməmişdir. Məhkəmə nümunənin 11:33-də götürüldüyünü, 14:30-da laboratoriyaya qəbul edildiyini və qəbul vəziyyətinin “uyğundur” kimi qeyd edildiyini əsas götürmüşdür. Lakin nümunənin götürüldüyü andan laboratoriyada qəbul edilənədək temperatur rejimi, saxlanma şəraiti, qablaşdırmanın və möhürlərin bütövlüyü, nümunənin kim tərəfindən və hansı şəraitdə daşındığı kimi məsələlərin hər biri mikrobioloji analizlərin etibarlılığı baxımından əhəmiyyətlidir. Burada müdafiə tərəfi mütləq şəkildə nümunənin dəyişdirildiyini sübut etməli deyil. Məsələ ondan ibarətdir ki, inzibati məsuliyyətə əsas olan sübutun etibarlılığı ilkin olaraq prosessual qaydada və sənədlərlə təsdiq olunmalıdır. “Ümumi ehtimaldır” yanaşması ilə bütün prosessual sualların kənara qoyulması təqsirsizlik prezumpsiyası və ədalətli araşdırma standartı ilə uyğun deyil. İXM-in 18.1-ci maddəsinin tətbiqində “bütün tədbirlər” meyarı konkret faktlarla müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxsin təqsirini əsasən su anbarının ildə bir dəfədən az olmayaraq yuyulması tələbinin pozulması ilə əlaqələndirmişdir. Lakin hüquqi şəxsin həmin konkret su anbarı üzrə hansı istismar və sanitariya öhdəliklərinin daşıyıcısı olduğu, yuma planının mövcudluğu, planın kim tərəfindən təsdiqləndiyi, dezinfeksiyanın hansı dövriliklə və hansı qaydada aparılmalı olduğu, MTK tərəfindən hansı tədbirlərin faktiki görüldüyü, habelə mikrobioloji uyğunsuzluğun məhz həmin tədbirin görülməməsi ilə əlaqəsi tam araşdırılmamışdır. İXMin 18.1-ci maddəsinin tətbiqi üçün yalnız “nəticə baş verib” məntiqi kifayət deyil. Hüquqi şəxsin konkret öhdəliyi, həmin öhdəliyi yerinə yetirmək imkanı və ondan asılı olan tədbirlərin görülməməsi faktı sübuta yetirilməlidir. Müdafiə tərəfi şəhər su şəbəkəsində mümkün çirklənmə, magistral xətlərdə qəza, bina daxili fərdi xətlər, üçüncü şəxslərin müdaxiləsi və digər alternativ səbəblərin araşdırılmasını əsaslandırmışdır. Məhkəmə isə bunları “nəzəri ehtimal” kimi qiymətləndirmişdir. Lakin konkret alternativ versiyanın araşdırılması üçün onun əvvəlcədən qəti sübuta yetirilməsi tələb oluna bilməz. Əksinə, giriş və çıxış nümunələrinin tam nəticələri, su təchizatçısının həmin tarixdəki su keyfiyyəti məlumatları, əvvəlki və sonrakı laboratoriya nəticələri, su anbarının texniki vəziyyəti və dezinfeksiya sənədləri araşdırılmaqla real şübhənin olub-olmaması müəyyən edilməli idi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu, Sarayevo küçəsi 23A ünvanında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-ya məxsus yaşayış kompleksində ##.##.2026-cı il tarixində içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsi aşkar edilmiş, bu fakt ****** nömrəli akt və Mərkəzi Laboratoriyanın *****/** nömrəli analiz nəticələri ilə təsdiq edilmişdir. Protokolda barəsində icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin inzibati araşdırmada iştirakdan imtina etdiyi qeyd olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsinin ## #### 2026-cı il tarixli, № ****** aktından görünür ki, Bölmənin ## #### 2026cı il tarixli, *** nömrəli sərəncamına əsasən 07-## #### 2026-cı il tarixində Xətai rayonu, Sarayevo küçəsi 23A ünvanında yerləşən yaşayış kompleksində monitorinq nəzarət tədbirləri həyata keçirilmiş, «İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət» dövlət standartının (AZS 929:2023) 4.5-ci bəndinin tələbləri baxımından su anbarının yuyulması barədə akt təqdim olunmadığı qeyd edilmiş, laboratoriyanın *****/** nömrəli analiz nəticələrinə əsasən içməli suda ümumi koliform və Pseudomonas aeruginosa bakteriyalarının normadan artıq miqdarda olduğu müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli */** nömrəli qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə aparılmış monitorinq nəticəsində aşkar olunmuş fakta əsasən İXM-in 265.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması qərara alınmış, həmçinin barəsində icraat başlanılan şəxsin inzibati araşdırmada iştirakının təmin edilməsi göstərilmişdir. ##.##.2026-cı il tarixli nümunə götürülmə aktlarından görünür ki, su nümunələri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-ya məxsus yaşayış binasının su anbarının çıxışından saat 11:33-dən 11:40-dək və anbarın girişindən saat 11:40-dan 11:45-dək götürülmüş, nümunə götürən şəxs Cəfərov Vaqif, qurumun nümayəndəsi Muxtarlı Elşən göstərilmişdir. Mərkəzi Laboratoriyanın *****/** nömrəli sınaq hesabatından görünür ki, ##.##.2026-cı il saat 11:33-də anbarın çıxışından götürülmüş nümunə həmin gün saat 14:30-da laboratoriyaya qəbul edilmiş, fiziki-kimyəvi göstəricilər üzrə uyğunsuzluq aşkar edilməmiş, mikrobioloji göstəricilər üzrə isə ümumi koliform bakteriya 153 KYV/100 ml, Pseudomonas aeruginosa 14 KYV/100 ml müəyyən edilmişdir ki, AZS 929:2023 üzrə hər iki göstərici üçün keyfiyyət tələbi «0»-dır. Hesabatın qeydlər hissəsində su nümunəsinin və götürüldüyü yerin sifarişçi tərəfindən təqdim olunduğu göstərilmişdir. «PROFGİGİYENA» MMC ilə bağlanmış PROF nömrəli müqavilədən, ona əlavə edilmiş X4, ** nömrəli su anbarının yuyulması və dezinfeksiya edilməsi haqqında aktdan, PRF-**-SA nömrəli ## #### 2025-ci il tarixli arayışdan və ##.##.2025-ci il tarixli laboratoriya müayinə protokollarından görünür ki, Xətai rayonu, Sarayevo 22 ünvanında yerləşən, «xxxx» MTK-ya məxsus 300 m³ həcmli su anbarı ## #### 2025-ci il tarixində yuyulmuş və kalsium hipoxlorid vasitəsilə dezinfeksiya edilmiş, dezinfeksiyadan sonra götürülmüş nümunələr üzrə bakterioloji göstəricilər norma daxilində müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli və ##.##.2026-cı il tarixli 3-53-1-1/2- ****/**** nömrəli bildiriş məktublarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın rəhbərliyinə aşkar edilmiş fakt və tərtib olunmuş protokol barədə məlumat verilmişdir. İXM-in 265.2-ci maddəsinə əsasən, içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin 24-cü bəndinə görə su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su təchizatı və kanalizasiya qurğularının istismarı zamanı içməli suyun keyfiyyətinə dair tələbləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. «İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət» dövlət standartının (AZS 929:2023) 4.5ci bəndinə əsasən su təchizatı sistemləri emaldan öncə suqəbuledicilərin, o cümlədən emaldan sonra supaylayıcıların, su tutarlarının (su anbarları, su çənləri və digər) ildə bir dəfədən az olmayaraq yuyularaq zərərsizləşdirilməsi planı tərtib edilməli, yuma və zərərsizləşdirmə üzrə qaydalar müəyyən edilərək dövlət sanitariya-epidemioloji nəzarəti həyata keçirən müvafiq səhiyyə orqanı ilə razılaşdırılmalı, bu tədbirlər sanitariya norma və qaydalarının tələblərinə uyğun həyata keçirilməklə, su təchizatı sistemləri ilə verilən suyun keyfiyyəti və təhlükəsizlik göstəriciləri bu standartın tələblərinə cavab verməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən istehlakçıların içməli su ilə təchizatı üçün istifadə edilən su mənbələri, qurğuları və şəbəkələri sanitariya-epidemioloji tələblərə uyğun saxlanılmalı, istehlakçılara verilən içməli su keyfiyyət göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK barəsində inzibati tənbeh tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan sübutların məcmusu ilə müəyyən edilir ki, ##.##.2026-cı il tarixində ünvan 1 ünvanında yerləşən və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın idarəçiliyində olan yaşayış kompleksinin su anbarının çıxışından, yəni sakinlərə su verilən nöqtədən götürülmüş içməli su nümunəsində ümumi koliform bakteriya 153 KYV/100 ml, Pseudomonas aeruginosa isə 14 KYV/100 ml miqdarında aşkar edilmişdir. AZS 929:2023 dövlət standartı hər iki göstərici üçün yol verilən həddi «0» kimi müəyyən etdiyindən, sakinlərə verilən içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsi obyektiv surətdə sübuta yetmişdir. Məhkəmə İXM-in 265.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətinin quruluşunu nəzərə almışdır. Həmin norma çirklənmənin mənbəyinin və ya konkret texnoloji səbəbinin müəyyən edilməsini deyil, istehlakçıya verilən içməli suyun keyfiyyət göstəricilərinin normativ tələblərə uyğun gəlməməsi faktının mövcudluğunu tərkibin əlaməti kimi müəyyən edir. Bu, formal tərkibli xətadır və nəticənin ayrıca sübut edilməsini tələb etmir. Buna görə də müdafiə tərəfinin çirklənmənin səbəbinin müəyyən edilmədiyi barədə dəlili tərkibin obyektiv cəhətinin müəyyən edilməməsi kimi qiymətləndirilə bilməz — bu hal yalnız subyektiv cəhətin, yəni təqsirin qiymətləndirilməsi müstəvisində əhəmiyyət kəsb edir. Subyekt məsələsinə gəldikdə isə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İXM-in 265.2-ci maddəsinin sanksiyası, Məcəllənin digər maddələrindən fərqli olaraq, cərimənin həddini subyekt kateqoriyaları üzrə bölmür və vahid hədd — üç yüz manatdan beş yüz manatadək məbləğ müəyyən edir. Bu qanunvericilik konstruksiyası göstərir ki, həmin norma üzrə məsuliyyət subyekti hüquqi şəxs də ola bilər. Su təchizatı sisteminin, o cümlədən su anbarının saxlanılması və istismarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın idarəçiliyində olduğundan, sakinlərə verilən suyun keyfiyyətinə görə məhz həmin hüquqi şəxs cavabdehdir. Hüquqi şəxsin təqsirinə münasibətdə məhkəmə İXM-in 18.1-ci maddəsinin məzmunundan çıxış etmişdir: hüquqi şəxsin təqsiri onun qanunvericiliklə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək imkanının olması, lakin bunun üçün ondan asılı olan bütün tədbirlərin görülməməsi ilə müəyyən edilir. Bu meyar hüquqi şəxsin hansısa işçisinin fərdi təqsirinin müəyyən edilməsini tələb etmir; belə tələb hüquqi şəxsin məsuliyyəti institutunu mənasız edərdi. Ona görə də müdafiə tərəfinin konkret vəzifəli şəxsin müəyyən edilmədiyi barədə arqumenti əsassızdır. İş materiallarına görə su anbarının sonuncu yuyulması və dezinfeksiyası ## #### 2025-ci il tarixində həyata keçirilmişdir. Nümunələrin götürüldüyü ## #### 2026-cı il tarixinə həmin tədbirdən on beş aydan artıq müddət keçmişdir. AZS 929:2023 dövlət standartının 4.5-ci bəndi su tutarlarının ildə bir dəfədən az olmayaraq yuyularaq zərərsizləşdirilməsini tələb etdiyindən, sənədlə təsdiqlənən bu xronologiya özü-özlüyündə göstərir ki, xətanın törədildiyi anda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK normativ tələbi pozmuş vəziyyətdə olmuşdur. Beləliklə, təqdim edilmiş 2025-ci il tarixli müqavilə, akt və ödəniş sənədləri hüquqi şəxsin xeyrinə deyil, əksinə, öhdəliyin vaxtında icra edilmədiyini təsdiq edən sübut kimi qiymətləndirilir. Müdafiə tərəfinin suyun axın rejimində olması və nümunənin şəhər şəbəkəsindən gələn suyu əks etdirməsi barədə arqumenti iş materialları ilə təkzib olunur. Belə ki, nümunələr eyni gün həm anbarın çıxışından (11:33), həm də girişindən (11:40) götürülmüşdür. Bu, məhz müdafiənin tələb etdiyi balans yoxlamasıdır və o, çirklənmənin şəbəkədən gəlmədiyini, sistemin daxilində formalaşdığını göstərmək üçün nəzərdə tutulmuşdur. Müdafiə tərəfi giriş nümunəsi üzrə də normadan kənarlaşma olduğunu iddia etməmiş, bu barədə heç bir sübut təqdim etməmişdir. Nümunələrin saxlanılması və daşınması qaydalarının pozulduğu barədə hüquqi şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sınaq hesabatına əsasən nümunə ##.##.2026-cı il saat 11:33-də götürülmüş və həmin gün saat 14:30-da laboratoriyaya qəbul edilmişdir; qəbul vəziyyəti «uyğundur» kimi qeydə alınmışdır. Nümunə götürülmə aktlarında qabların nömrələri, həcmi, koordinatlar, götürən şəxs və qurumun nümayəndəsi göstərilmişdir. Müdafiə tərəfi nümunənin zədələndiyini və ya dəyişdirildiyini göstərən heç bir konkret hala işarə etməmiş, arqumentini ümumi ehtimal səviyyəsində saxlamışdır. Sübutun yolverilənliyinə şübhə isə ümumi ehtimalla deyil, prosessual qaydanın konkret pozuntusunun göstərilməsi ilə yaradıla bilər. Alternativ çirklənmə mənbələrinin araşdırılmaması barədə arqumentə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-in 8.3-cü maddəsi üzrə şəxsin xeyrinə şərh edilməli olan şübhələr yalnız iş materialları ilə obyektiv əsaslandırılan, real şübhələrdir. Nəzəri surətdə mümkün olan hər bir ehtimalın istisna edilməməsi İXM-in 8.3-cü maddəsi mənasında aradan qaldırılmamış şübhə yaratmır. Hazırkı işdə isə giriş və çıxış nümunələrinin müqayisəsi, anbarın yuyulma müddətinin on beş aydan artıq gecikdirilməsi və çıxış nöqtəsindəki kənarlaşmanın miqyası (koliform üzrə norma «0» olduğu halda 153 KYV/100 ml) məcmu halında xarici mənbədən çirklənmə versiyasını inandırıcı olmaqdan çıxarır. İnzibati araşdırmada iştirakın təmin edilməməsi barədə arqument də əsassızdır. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli */** nömrəli qərardadla barəsində icraat başlanılan şəxsin iştirakının təmin edilməsi göstərilmiş, ##.##.2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubla hüquqi şəxsin qanuni təmsilçisinə məlumat verilmiş, protokolun surəti isə ##.##.2026-cı il tarixli *-**-*-*/*-****/**** nömrəli məktubla göndərilmişdir. Protokolda hüquqi şəxsin qanuni təmsilçisinin inzibati araşdırmada iştirakdan imtina etdiyi qeyd olunmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və hüquqi şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Tənbehin növü və həddi müəyyən edilərkən məhkəmə İXM-in 32.1-ci maddəsinin tələblərini, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alır. Məhkəmə hüquqi şəxsin əvvəllər eynicinsli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyinə dair məlumatın iş materiallarında olmadığını, habelə su anbarının saxlanılması üzrə müqavilə münasibətlərinin qurulduğunu, yəni öhdəliyin tamamilə nəzərə alınmadığı bir vəziyyətin mövcud olmadığını nəzərə alaraq, sanksiyanın aşağı həddində — 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilməsini törədilmiş əməlin xarakterinə mütənasib hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın müdafiəçisi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-3034/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3034/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver