Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3035/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Ibrahimov Mehman Abbas oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: «Azəriqaz» Istehsalat Birliyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında ## ##### 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X1 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın və X1 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Xətai Rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə, «Azəriqaz» Istehsalat Birliyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, «Azəriqaz» Istehsalat Birliyinin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Hüquq Idarəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməklə səlahiyyətli orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ibrahimov Mehman Abbas oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından ## ######## 2026-cı il tarixdə şikayət verib, onun ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Iş materiallarından görünür ki, Ibrahimov Mehman Abbas oğlu inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olmamış, onun «Azəriqaz» Istehsalat Birliyi tərəfindən əmək hüququnun pozulması barədə verdiyi müraciəti üzrə səlahiyyətli orqan tərəfindən araşdırma aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi buna görə də hesab edir ki, Ibrahimov Mehman Abbas oğlunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarından şikayət vermək hüququ yoxdur. Azərbaycan Respublikası IXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin hüququ olmayan şəxs tərəfindən verildiyi halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Ibrahimov Mehman Abbas oğlunun verdiyi şikayət inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olmadığına və Azərbaycan Respublikası IXM-də bu hallarda hansı qərarın qəbul edilməsini tənzimləyən norma olmadığına görə Azərbaycan Respublikası CPM-in 387.3 və 391.5-ci maddələri hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq edilməklə, həmin şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 387.3 və 391.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Ibrahimov Mehman Abbas oğlunun verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3035/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3035/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver