Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3037/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından (##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında) inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş # #### 2026-cı il tarixli, EQ ******** nömrəli (**- SU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair) inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir, qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir, hüquqi əsası yoxdur və öz xarakterinə görə aşkar saxtakarlıq elementləri daşıyır. Şikayətini aşağıdakı hüquqi dəlillərlə əsaslandırır: Hüquqi əsaslandırma: ## ## 2026 A 1. Avtomatlaşdırılmış icraatın pozulması: İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrlə aşkar olunan xətalar üzrə icraat real vaxt rejimində, insan müdaxiləsi olmadan, mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həyata keçirilməlidir. Ona təqdim olunan qərara əlavə edilmiş foto- materiallardan aydın görünür ki, fotoşəkil sistem tərəfindən avtomatik qeydə alınmamış, əksinə, monitorun qarşısında duran inspektor tərəfindən bort- kompüterin (planşet) kamerası ilə monitorun şəkli çəkilərək əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi, yəni pozulması: Qanunvericilik "Avtomatlaşdırılmış Rejim" tələbinin kobud (Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsi) tələb edir ki, elektron qərar insan amili olmadan, real vaxt rejimində, proqram təminatı vasitəsilə birbaşa mərkəzi sistemə ötürülən məlumat əsasında çıxarılsın. Monitorun fotoşəklinin əllə kənar cihaz vasitəsilə çəkilməsi faktı sübut edir ki: Sistem avtomatlaşdırılmış deyil; Məlumat birbaşa ötürülməyib, subyektiv müdaxiləyə məruz qalıb; - Prosedur "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa tamamilə ziddir. 2. Sübutların qanunsuzluğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin tələbi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Vəziyyətində "sübut" kimi təqdim olunan fotoşəkillər xüsusi texniki vasitənin (kameranın) birbaşa çəkilişi deyil, hansısa bir monitorun (ekranın) kənardan başqa bir cihazla aşkar surətdə çəkilmiş fotoşəkilidir. Bu, rəqəmsal sübutun bütövlüyünün pozulmasıdır və həmin "fotoşəkil" hüquqi mənada sübut hesab oluna və qəbul edilə bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsi imperativ qaydada müəyyən edir ki, "Mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş vasitələrlə aşkar edilmiş xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır". Digər üsullarla (məsələn, monitorun şəklini çəkməklə) sübut əldə edilməsi və qərar çıxarılması qanunla qadağandır. Monitorun fotoşəklinin çəkilməsi bir daha sübut edir ki, istifadə olunan videomüşahidə kamerası DİN-nin DYP-nin mərkəzi informasiya sisteminə ümumiyyətlə inteqrasiya olunmayıb. İnteqrasiya olunmayan cihazın görüntüsü əsasında elektron qərarın çıxarılması isə Açiq-Aşkar Qanunsuzdur; 3. Texniki standartların pozulması: Qərara əlavə edilmiş fotoşəkil xüsusi texniki vasitənin (kameranın) birbaşa mərkəzi sistemə ötürdüyü orijinal kadr deyil. Bu, "Elektron imza və elektron sənəd haqqında" Qanunun tələblərinə zidd olaraq tərtib edilmiş və unikal nömrənin verilməsi proseduruna (İXM 122.1) uyğun gəlməyən bir sənəddir. 4.Vəzifə səlahiyyətlərinin aşılması: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6- cı maddəsində nəzərdə tutulmuş bort-kompüter (planşet) yalnız hadisə yerində, nəqliyyat vasitəsinin yanında olarkən istifadə edilə bilər. Oturaq şəraitdə, başqa bir idarənin (Təhlükəsiz Şəhər) monitorundan fotoşəkil çəkərək "operativlik" görüntüsü yaratmaq vəzifə səlahiyyətlərindən aşkar surətdə kənara çıxmaqdır. 5. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar: İnzibati Xətalar Məcəlləsinin 53.1.11 və 53.2-ci maddələrinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.11. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından (##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında) inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından (##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında) inzibati tənbehvermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 0# #### 2026- cı il tarixdə saat 16:03-də Xətai rayonu, S.Vəzirov küçəsi ərazisində «VAZ 2106» minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. -Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) «VAZ 2106» minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili 0# #### 2026-cı il tarixdə saat 16:03-də Xətai rayonu, S.Vəzirov küçəsi ərazisində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. -Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən çıxarışdan görünür ki, EQ/******** nömrəli inzibati xəta haqqında protokol 0# #### 2026-cı il tarixdə saat 16:03:23 dəqiqədə tərtib edilmiş, qərar ## ###### 2026-cı il tarixdə 14:19:44 dəqiqədə vurulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından (##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati xəta haqqında protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətçi inzibati tənbehvermə haqqında qərarın qanunvericiliyin normalarına uyğun tərib edilməməsini əsas gətirsə də, iş materialları ilə inzibati tənbeh vermə haqqında qərarın qanunveriicliyin tələblərinə uyğun formada tərtib edilməsi öz təsdiqini tapır. Eyni zamanda iş materiallarına inzibati xətanın törədilməsini istisna edən hər hansı sübut da əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-3037/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3037/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver