Məhkəmə qərarları › İş №3(3-6)-3038/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3038/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3038/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510-cu maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarında olan sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə “instagram” sosial şəbəkədə ictimaiyyətə açıq olan şərh bölməsində DİN-in polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyi üçün ##.##.2026-cı il tarixdə 17-ci PŞdən 28-ci PŞ-nə gətirilən zaman ucadan səsküy salaraq, polisin qanuni tələbini yerinə yetirməmişdir. 28-ci PŞ-nə gətirilən zaman növbətçi hissənin iş rejimini pozaraq səs-küy yaratmış, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-in 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilmiş, inzibati həbs haqqında qərar dərhal icra edilərək həbsetmənin əvvəlinin ## ######## 2026-cı il saat 16:10-dan hesablanması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması, qərarın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi apellyasiya qaydasında şikayət verərək qeyd etmişdir ki, İnzibati xəta haqqında iş üzrə icraatda toplanmış materiallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmaması qeyd edilmişdir. Material o qədər səliqəsiz və qeyri peşəkar hazırlanmışdır ki, polisin qanuni tələblərinə tabe olmamaq feli hansı formada, kimə qarşı, və hansı hərəkətlərlə müşaiyət olunduğu qeyri müəyyən olaraq qalır. İşin halları ilə bağlı fikir bildirmək üçün belə məlumatlar çox məhduddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hansı hərəkətləri etməsi belə aydın deyil. Məhkəmə işin materiallarını araşdırarkən ümumiyyətlə sübutların olub olmamasına obyektiv qiymət verməyib. Polis əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokolla kifayətlənmiş, iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə almamışdır. Bununla da AR İnzibati Xətalar Məcəlləsində, eləcə də ölkə ərazisində ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasını Konstitusiyasında təsbit edilmiş “TƏQSİRSİZLİK PREZUMPSİYASI” prinsipinin aşkar surətdə pozulmasına yol vermişdir. Məhkəmə yalnız inzibai xəta haqqında protokola əsaslanıb, lakin protokol şahid ifadələri, videogörüntülər və digər sübut etmə vasitələri ilə təsdiq edilməyib. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisi şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında çıxış edərək tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd edib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokoldan, ##.##.2026-cı il tarixli raportdan və protokol tərtib etmiş polis sahə rəisi X1 məhkəmədə verdiyi izahatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması konkret olaraq ##.##.2026cı il tarixdə, onun polis əməkdaşları tərəfindən 28-ci Polis Şöbəsinə gətirilməsi və həmin şöbədə olması zamanı baş vermişdir. Toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq sonuncunun İXM-in 535-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etməklə həmin Məcəllənin tələblərini nəzərə almaqla tənbeh etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətaya yol verməməsi, səlahiyyətli orqanın onun təqsirliliyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iş materialında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və polis sahə rəisi X1 izahatı ilə İXM-in 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın həqiqətən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsinə dəlalət edir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sübutlarla təsdiq olunur ki, bu da apellyatorun dəlillərinin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Belə ki, inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, onun ailəli olması və himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirmiş, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini qanuni və ədalətli həddə tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi inzibati həbs növündə inzibati tənbehin müddəti hazırki iş üzrə İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Apellyasiya şikayətində göstərilən dəlillər müdafiə tərəfinin subyektiv fikri olmaqla, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisinin apellyasiya qaydasında verdiyi şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 535-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair ## ######## 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar