Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3039/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakları ilə, ## ###### 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə icraata xitam verilməsi və onun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 20 (iyimi) gün müddətinə inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Polis Idarəsinin 11-ci Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1, 535.1 və 388-1.1-ci maddələri ilə ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı ilə (sədrlik edən Şəfa Dadaşova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta mövcud olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyimi) gün müddətinə inzibati həbs tətbiq edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması, qərarın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı X1 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq etdiyi inzibati həbs cəzasının yatdığı günlərlə kifayətlənərək onun dərhal azadlığa buraxılmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya instaniyası məhkəməsi daxil olmuş şikayəti iş materialları ilə əlaqəli araşdırıb, belə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən şikayət verildiyinə görə X1 tərəfindən apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, X1 inzibati xəta haqqında icraat üzrə proses iştirakçısı olmadığından o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayət vermək səlahiyyətinə malik olmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, inzibati qanunvericilikdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ailə üzvünün onun adından apellyasiya qaydasında şikayət vermək hüququ müəyyən edilmədiyindən X1 tərəfindən verilmiş hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-132-ci maddələrinin tələblərini rəhbər tutaraq, Apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L İ R: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə icraata xitam verilməsi və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 20 (iyimi) gün müddətinə inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı X1 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-3039/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3039/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver