Məhkəmə qərarları › İş №3(3-6)-3052/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3052/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3052/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallar əsasında müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər rayon icra şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh almış, həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə həmin xətanı təkrar törətməkdə təqsirləndirilərək barəsində Azərbaycan Respublikası IXM-in 528.1-1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2- ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan tələbkarın nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını, şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kifayət qədər gəliri mövcuddur və ailəsinə məxsus iki mağaza fəaliyyət göstərir. Buna baxmayaraq, sonuncu aliment öhdəliyini qəsdən və müvafiq həcmdə icra etmir. Həmçinin qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ata kimi uşaqlarının qayğısına qalmır və onların saxlanılması ilə bağlı öhdəliklərini lazımi qaydada yerinə yetirmir. Nümayəndə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs və ya cərimə tətbiq edilməsini istəmədiyini, sadəcə aliment üzrə yaranmış borcun tam həcmdə ödənilməsini və bundan sonra aliment ödənişlərinin müəyyən edilmiş müddətlərdə və tam həcmdə həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair mübahisələndirilən *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədinə əsasən e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2016-cı il təvəllüdlü X1, ##.##.2017-ci il təvəllüdlü, X3 və ##.##.2019-cu il təvəllüdlü, X2 üçün hər ay hər uşaq üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində müvəqqəti aliment tutularaq X5 ödənilməlidir. ##.##.2025-ci il tarixdə Lerik rayon icra və probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 10 gün müddətində könüllü icra edilməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra sənədinə əsasən ##.##.2016-cı il təvəllüdlü X1, ##.##.2017-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xəzər rayon icra şöbəsində verdiyi ##.##.2026-cı il tarixli izahatdan görünür ki, onun ikinci ailəsi var, hazırda işsizdi, lakin həmin tarixə 2613,0 mant məbləğində ödəniş edib, borcu tam ödəməyə maddi imkanı yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xəzər rayon icra şöbəsində verdiyi ##.##.2026-cı il tarixli izahatdan görünür ki, onun ikinci ailəsi var, hazırda işsizdi, lakin həmin tarixə 2407,0 mant məbləğində ödəniş edib, borcu tam ödəməyə maddi imkanı yoxdur. ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “MPAY” ödəniş qəbzlərinin sürətindən və Birbank mobil tətbiqinin ödəniş məlumatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə 600,0 manat, ##.##.2026-cı il tarixdə 300,0 manat, ##.##.2026-cı il tarixdə 50,0 manat, ##.##.2026-cı il tarixdə 250,0 manat, ##.##.2026-cı il tarixdə 50,0 manat, ##.##.2026-cı il tarixdə 100,0 manat, ##.##.2026-cı il tarixdə 150,0 manat, ##.##.2026-cı il tarixdə 300,0 manat, ##.##.2026-cı il tarixdə 20,0 manat, ##.##.2026-cı il tarixdə 280,0 manat, ##.##.2026-cı il tarixdə 300,0 manat, ##.##.2026-cı il tarixdə 20,0 manat, ##.##.2026-cı il tarixdə 400,0 manat, ##.##.2026-cı il tarixdə 300,0 manat olmaqla, ümumilikdə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək 3120,0 manat məbləğində ödəniş edib. ##.##.2026-cı il tarixli, MN******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halı mövcud olmadığından, sonuncunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi yaranmadığı müəyyən olunur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(011)- ****/**** nömrəli icra sənədi üzrə icra məmuru “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərini həyata keçirməmiş, həmin qanunun 10.3-cü maddəsinə əsasən borclunun tələbin yönəldilə biləcəyi pul və əmlakının olmadığı barədə akt tərtib etməmiş, həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən müvafiq sorğular verərək, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar almamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcunu icra etməkdən qərəzli şəkildə boyun qaçırmadığını, ##.##.2026-cı il tarixdən hər ay 600 manat, avqust ayında 720 manat məbləğində öhdəliyini icra etdiyini, aylıq maaşının 400 manat olmasına baxmayaraq digər işlər də görərək aliment üzrə öhdəliyinin icrasına yönəlmiş hərəkətlərini, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları (himayəsində olan oğlunun əsgərlikdə, anasının isə xəstə olmasını), onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi üzrə inzibati məsuliyyət o zaman yaranır ki, obyektiv cəhətdən şəxs əvvəllər IXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh aldıqdan və həmin qərar qanuni qüvvəyə mindikdən sonra bir il ərzində, məhz eyni icra sənədinə münasibətdə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan əməli yenidən törətsin, yəni icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmurunun müəyyən etdiyi müddətdə icra etməsin və ya həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun digər qanuni tələbini yerinə yetirməsin. Deməli, əvvəlki tənbehin qanuni qüvvəyə minməsi, birillik müddət, eyni icra sənədi və yeni 528.1 pozuntusunun mövcudluğu bu tərkibin məcburi obyektiv əlamətləridir. Subyektiv cəhətdən isə şəxsin əməli təqsirli olmalıdır: IXM-in 12-ci maddəsinin mənasına görə inzibati xəta yalnız qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd əməl olduqda yaranır; buna görə borclunun icra imkanının, icra etməməsinin səbəblərinin və həmin səbəblərin üzrlü olub-olmamasının qiymətləndirilməsi zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il tarixli Qərarında da 528.1-ci maddəsi üzrə məsuliyyətin icra sənədinin müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə bağlı olduğu və əvvəlki inzibati məsuliyyətdən sonra eyni hüquqazidd davranış davam etdikdə şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilə biləcəyi göstərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatından və iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkətin edilməsindən söhbət gedə bilməz. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə # ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən IXM-nin 528.1-1ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur; 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, irəli sürülmüş dəlillər şəxsin qərəzli olaraq inzibati məsuliyyətə cəlb olunmasına xidmət edir və həmin dəlillər şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar