Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3059/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla irfızibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Belə ki, məhkəmə qərarında əsas arqument kimi inzibati xəta hadisəsinin videogörüntüsünün məhkəməyə təqdim edilməməsini göstərmiş və nəticədə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Lakin İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübut hesab edilir. Həmin maddədə sübutların mənbələri kimi, o cümlədən, inzibati xəta haqqında protokol, şəxslərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və digər faktiki məlumatlar nəzərdə tutulmuşdur. Beləliklə, qanunvericilik inzibati xəta hadisəsinin mütləq qaydada videogörüntü ilə sübut edilməsini tələb etmir. İş üzrə inzibati xəta haqqında protokol bilavasitə inzibati xətanı aşkar etmiş YPX əməkdaşı tərəfindən tərtib edilmişdir. YPX əməkdaşının inzibati xətanı bilavasitə müşahidə etməsi və həmin halı protokolda əks etdirməsi iş üzrə qiymətləndirilməli olan sübutlardan biridir. Məhkəmə isə həmin sübutun məzmununu, onun tərtib edilməsinin hallarını və YPX əməkdaşının inzibati xətanı bilavasitə müşahidə etmək imkanını araşdırmadan yalnız videogörüntünün təqdim edilməməsini əsas götürmüşdür. Bu isə sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun deyildir. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində, Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunan **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarının pozulması faktı müəyyən edilmişdir. Həmin fakt əsasında YPX əməkdaşı tərəfindən İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə isə protokolda əks etdirilmiş məlumatların niyə mötəbər sfübut hesab edilmədiyini konkret əsaslandırmamışdır. Sadəcə olaraq, videogörüntünün məhkəməyə təqdim edilməməsi protokolda əks etdirilmiş məlumatların avtomatik olaraq hüquqi əhəmiyyətini itirməsi anlamına gəlmir. Əks halda, qanunvericilikdə inzibati xəta haqqında protokolun sübut kimi nəzərdə tutulmasının heç bir praktiki əhəmiyyəti qalmazdı. Qərardan şikayət verən orqan (şəxs) öz izahatından da görünür ki, hadisə zamanı onu məhz YPX avtomobili saxlamış və YPX əməkdaşı onun hərəkətini müşahidə edərək yolayrıcını keçmə qäydasının pozulduğunu bildirmişdir. Deməli, inzibati xəta xüsusi texniki vasitə ilə sonradan aşkar edilməmiş, YPX əməkdaşının bilavasitə müşahidəsi nəticəsində müəyyən edilmişdir. Bu hal məhkəmə tərəfindən ayrıca qiymətləndirilməli idi. YPX əməkdaşının hadisə yerində olması və nəqliyyat vasitəsinin hərəkətini müşahidə etməsi onun həmin inzibati xəta barədə məlumatlı olmasını və müvafiq protokol tərtib etməsini mümkün edən əsas hallardandır. Məhkəmə isə YPX əməkdaşının hadisəni hansı şəraitdə müşahidə etdiyini, onun görmə imkanlarını, hadisə yerinin xüsusiyyətlərini və protokolda göstərilən halların həqiqətə uyğunluğunu araşdırmamışdır. Məhkəmə qərarında şikayətçinin “sağdan gələn avtomobillərə yol verdiyi” barədə izahatına xüsusi əhəmiyyət vermişdir. Lakin inzibati məsuliyyətə cəlb olunan şəxsin hadisə ilə bağlı öz xeyrinə verdiyi izahat özü-özlüyündə digər sübutlardan üstün hüqqqi qüvvəyə malik deyildir. Şəxsin izahatı digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İş üzrə isə məhkəmə şikayətçinin izahatını faktiki olaraq həlledici sübut kimi qəbul etmiş, digər tərəfdən YPX əməkdaşının hadisəni bilavasitə müşahidə etməsini və protokolu nəzərəçarpacaq hüquqi əhəmiyyətə malik sübut kimi qiymətləndirməmişdir. Bu yanaşma sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi tələbinə uyğun deyil. Məhkəmə qərarında inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın hansı konkret prosessual və ya maddi hüquq pozuntusu səbəbindən mötəbərliyini itirməsi əsaslandırılmamışdır. Protokolun tərtib edilməsində formal və ya əhəmiyyətli prosessual pozuntu olduğu müəyyən edilmədiyi halda, yalnız videogörüntünün olmamasına əsaslanaraq bütün inzibati materialların hüquqi əhəmiyyətinin aradan qalxması qənaəti qanunun məqsədinə uyğun deyildir. Məhkəmə tərəfindən Bakı şəhər BPİ DYPİ-yə videogörüntülərin təqdim edilməsi barədə sorğu göndərilmiş və həmin sorğuya cavab alınmadığı qeyd edilmişdir. Lakin videomaterialın mövcud olub-olmaması, onun hansı texniki vasitədən əldə edilməsinin mümkünlüyü, YPX avtomobilində hər hansı videoqeydiyyat vasitəsinin olub-olmaması, həmin tarixdə və saatda qeydiyyat aparılıbaparılmaması, habelə hadisə ilə bağlı digər materialların mövcudluğu araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Bu səbəbdən apellyasiya instansiyası tərəfindən iş materiallarının tam şəkildə tələb edilərək araşdırılması, zəruri hallarda YPX əməkdaşının.izahatının alınması və hadisənin bütün faktiki hallarının müəyyən edilməsi zəruridir. Hakimin mövqeyi tam olaraq Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində qərar qəbul edilmiş hüquqi şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, sonuncunun İXM-nin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən yalnız buna əsaslanmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 15:30-da Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsi kəsişməsində “JETOUR T2 PLUG-İN HİBRİD MİNİK” markalı, **RR*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna və balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha cox bal toplamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7ci maddələri ilə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edildiyini və sonuncu tərəfindən həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsinin obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair yekun qənaətə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində, Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunan **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarının pozulması faktı müəyyən edilmişdir. Həmin fakt əsasında YPX əməkdaşı tərəfindən İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, iş materiallarında olan protokol, qərar və videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini müəyyən etməyə kifayət edir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 76-cı maddəsinə əsasən. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 133.2.8-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXMnin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-3059/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3059/2026
21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver