Məhkəmə qərarları › İş №3(3-6)-3072/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3072/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3072/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Fidan Faiq qızının katibliyi, “İNTERKOMMERS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə1, “İNTERKOMMERS” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, “İNTERKOMMERS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “İNTERKOMMERS” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokolu tərtib edən orqan “İNTERKOMMERS” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "İNTERKOMMERS" MMC tərəfindən 18777.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18777.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “İNTERKOMMERS” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 18777.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3755.4 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “İNTERKOMMERS” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İNTERKOMMERS” MMC tərəfindən ## ### 2024-cü il tarixində “xxxx” şirkətinə 18777 ABŞ dolları məbləğində rəsmi xarici köçürmə həyata keçirilmişdir. Həmin ödənişə uyğun mallar ölkəyə gətirilmiş, qəbul edilmiş və gömrük qaydasında rəsmiləşdirilmişdir. “xxxx” QSC-nin təqdim etdiyi rəsmi məktubda gömrük bəyannaməsində göstərilən ödəniş məbləğinin və invoys nömrələrinin bank köçürməsinin məlumatları ilə uyğun olduğu təsdiq edilir. Uyğunsuzluq yalnız müqavilə nömrəsinin texniki səhv nəticəsində fərqli göstərilməsindən ibarətdir. “xxxx” QSC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi barədə şirkətə vaxtında müraciət edilməmişdir. Əgər bəyannamə vaxtında tələb edilsəydi, texniki uyğunsuzluq aşkar edilər, dərhal gömrük orqanına müraciət edilərək düzəliş aparılar və bəyannamə banka təqdim edilərdi. Şirkət bu məsələ barədə yalnız məhkəmə çağırışı aldıqdan sonra məlumat əldə etmiş və dərhal gömrük orqanına yazılı müraciət etmişdir. Gömrük orqanına etdiyi yazılı müraciətə cavab olaraq, məsələyə aidiyyət üzrə baxıldığı və gömrük bəyannaməsindəki uyğunsuzluğun aradan qaldırılmasının təmin ediləcəyi barədə şirkətə rəsmi məktub verilmişdir. Düzəliş prosesinin təxminən bir ay ərzində tamamlanması nəzərdə tutulur. Prosesin tamamlanması gömrük orqanının icraatından asılıdır. İnzibati xəta haqqında işə apellyasiya qaydasında baxılarkən “İNTERKOMMERS” MMC-dən asılı olmayan səbəblərə görə sənədlərdə yaranmış səhvlər müvafiq qurumlar tərəfindən aradan qaldırılacaq və bu barədə zəruri sübutlar məhkəməyə təqdim ediləcək. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndələri müvafiq sənədləri təqdim edib apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Mərkəzi Bankın nümayəndəsi “xxxx” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq xxxx QSC-nin məktubu və məktubda qeyd olunan bəyannamə ilə müvafiq malların idxal edildiyinin təsdiq edildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz edilmədiyini bildirdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” QSC-nin Protokolu tərtib edən orqan ünvanlanmış ## #### 2026-cı il tarixli ****** saylı məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında “İNTERKOMMERS“ MMC göstərilmişdir. ## ### 2024-cü il tarixli ödəniş sənədindən görünür ki, “İNTERKOMMERS“ MMC tərəfindən ## ##### 2024-cü il tarixli *****W saylı müqavilə üzrə 18777.00 ABŞ dolları məbləğində vəsait ölkə xaricinə köçürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında MMC-nin direktoru nümayəndə1 izahatında bildirmişdir ki, “İNTERKOMMERS” MMC tərəfindən ## ### 2024-cü il tarixində “xxxx” şirkətinə 18777 ABŞ dolları məbləğində rəsmi xarici köçürmə həyata keçirilmişdir. Həmin ödənişə uyğun mallar ölkəyə gətirilmiş, qəbul edilmiş və gömrük qaydasında rəsmiləşdirilmişdir. “xxxx” QSC-nin təqdim etdiyi rəsmi məktubda gömrük bəyannaməsində göstərilən ödəniş məbləğinin və invoys nömrələrinin bank köçürməsinin məlumatları ilə uyğun olduğu təsdiq edilir. Uyğunsuzluq yalnız müqavilə nömrəsinin texniki səhv nəticəsində fərqli göstərilməsindən ibarətdir. “xxxx” QSC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi barədə şirkətə vaxtında müraciət edilməmişdir. Əgər bəyannamə vaxtında tələb edilsəydi, texniki uyğunsuzluq aşkar edilər, dərhal gömrük orqanına müraciət edilərək düzəliş aparılar və bəyannamə banka təqdim edilərdi. Şirkət bu məsələ barədə yalnız məhkəmə çağırışı aldıqdan sonra məlumat əldə etmiş və dərhal gömrük orqanına yazılı müraciət etmişdir. Gömrük orqanına etdiyi yazılı müraciətə cavab olaraq, məsələyə aidiyyət üzrə baxıldığı və gömrük bəyannaməsindəki uyğunsuzluğun aradan qaldırılmasının təmin ediləcəyi barədə şirkətə rəsmi məktub verilmişdir. Bildirilmişdir ki, düzəliş prosesinin təxminən bir ay ərzində tamamlanması nəzərdə tutulur. Prosesin tamamlanması gömrük orqanının icraatından asılıdır. Qeyd edilənlərin nəzərə alınaraq ## #### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankın ## ###### 2016-cı il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Apellyasiya instansiya məhkəməsi hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati icraat aparılan hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlər əsasında şikayətdə göstərdiyi dəlillər öz təsdiqini tapmış və hazırkı iş üzrə inzibati xəta tərkibinin olmaması müəyyən olunmuşdur. Belə ki, “xxxx” tərəfindən təqdim edilmiş ****** nömrəli bildirişdə göstərilmişdir ki, “İNTERKOMMERS” MMC-nin (VÖEN: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) ## ### 2024-cü il tarixində AZ**ACAB******************* saylı hesabından “xxxx” şirkətinə avans ödənişi olaraq 18777 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Qeyd olunan avans ödənişi üzrə İNTERKOMMERS MMC tərəfindən ************** saylı yük gömrük bəyannaməsi təqdim edilmişdir. İlkin təqdim edilmiş bəyannamədə göstərilən müqavilə nömrəsi ödəniş zamanı göstərilən *****W saylı müqavilə nömrəsi ilə uyğun olmadığından bəyannamənin icrası mümkün olmamışdır. Sonradan gömrük orqanı tərəfindən bəyannamədə müvafiq düzəlişlər edilmiş, ************** saylı yük gömrük bəyannaməsi əsasında Dövlət Gömrük portalında bank tərəfindən icra olunmuşdur. Bəyannamənin icrası ilə bağlı Protokolu tərtib edən orqan məlumat təqdim edilmişdir. Hazırda həmin avans ödənişi üzrə qalıq məbləğ 0 ABŞ dolları təşkil edir”. Həmçinin apellyasiya baxışı zamanı “xxxx” informasiya sistemi vasitəsilə təqdim edilmiş ## #### 2024-cü il tarixli ************** saylı yük gömrük bəyannaməsi, həmin bəyannaməyə dair qoşma vərəq və əlavə vərəqlərin məzmunundan aydın görünür ki, “İNTERKOMMERS” MMC tərəfindən ## ### 2024-cü il tarixində “xxxx” şirkətinə köçürülmüş 18777.00 ABŞ dolları məbləğində avans ödənişinin müqabilində nəzərdə tutulan mallar tam həcmdə Azərbaycan Respublikası ərazisinə idxal edilmiş və gömrük orqanında rəsmi bəyan olunmuşdur. Gömrük bəyannaməsi, qoşma və əlavə vərəqələrdə göstərilən mal və invoys dəyərləri 18777.00 ABŞ dolları məbləğində xarici valyuta ödənişini tam əhatə etməklə, həmin ödəniş üzrə malların faktiki idxal olunduğunu və ödənilmiş valyuta vəsaitinin təyinatı üzrə icra edildiyini birmənalı təsdiq edir. İnzibati orqanın - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi də apellyasiya baxışı zamanı məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazları olmadığını bildirmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, “İNTERKOMMERS” MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 18777.00 ABŞ dolları məbləğində maliyyə vəsaiti köçürülmüş və həmin ödəniş üzrə mallar qanunla müəyyən olunmuş 02 (iki) il müddət keçmədən ölkəyə idxal edilmiş və belə olan halda “İNTERKOMMERS” MMC-yə istinad olunan inzibati xəta hadisəsi baş verməmiş hesab edilməlidir. Bu da öz növbəsində hazırkı iş üzrə inzibati xəta hadisəsinin baş verməməsinə dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Protokolu tərtib edən orqan tərəfindən “İNTERKOMMERS” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. “İNTERKOMMERS” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Protokolu tərtib edən orqan tərəfindən “İNTERKOMMERS” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar