Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3074/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “BUS SERVİCE” MMC-nin nümayəndəsi, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Cavadov İlqar Cəbir oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “BUS SERVİCE” MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «BUS SERVİCE» MMC-nin və hüquqi şəxsin direktoru İsmayılov Teymur Qurbanəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN 2510394 və MN ******* saylı inzibati xəta haqqında protokollar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. ##.##.2026-cı il tarixli, MN 2510394 və MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında «BUS SERVİCE» MMC-yə və direktoru İsmayılov Teymur Qurbanəli oğluna ##.##.2026-cı il tarixli, 3-17-5/2-33905/2026 saylı sorğu məktubu göndərilərək, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin sənədlər tam şəkildə təqdim edilməmişdir (əmək haqqının hesablanması və iş vaxtının uçotu cədvəllərinin surətləri təqdim edilməmişdir). Nəticədə «BUS SERVİCE» MMC və hüquqi şəxsin direktoru İsmayılov Teymur Qurbanəli oğlu tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə «BUS SERVİCE» MMC Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə edilmiş, İXM-nin 116.1-ci maddəsinə əsasən «BUS SERVİCE» MMC-yə İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilmiş, «BUS SERVİCE» Məhdud Məsuliyyətli Cəmiyyəti törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilmiş, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (02 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «BUS SERVİCE» Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilməsi, «BUS SERVİCE» MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilməsi, İXM-nin 116.1-ci maddəsinə əsasən «BUS SERVİCE» MMCnin direktoru İsmayılov Teymur Qurbanəli oğluna İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimənin şərti tətbiq edilməsi, «BUS SERVİCE» MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlunun törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməsi, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (02 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «BUS SERVİCE» MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğluna izah edilməsi qərara alınmışdır. Həmin qərardan “BUS SERVİCE” MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və «BUS SERVİCE» MMC və onun direktoru İsmayılov Teymur Qurbanəli oğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərarla razı deyillər və hesab edirlər ki, həmin qərar işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, təqdim edilmiş sübutların lazımi qaydada qiymətləndirilməməsi və təqsirin mötəbər sübutlarla təsdiq edilməməsi səbəbindən qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə MN 2510394 və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollarda «BUS SERVİCE» MMC və onun direktoru tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi iddia edilmişdir. Lakin həmin protokollarda göstərilən hallarla razılaşmırlar. Məhkəmə iclasında «BUS SERVİCE» MMCnin direktoru İsmayılov Teymur Qurbanəli oğlu izahatında bildirmişdir ki, tələb olunan sənədlər müəyyən edilmiş müddətdə təqdim edilmişdir. Həmçinin sənədlərin vaxtında təqdim edilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə qərarda həmin izahatlara və təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş, onların nə üçün qəbul edilmədiyini və ya hansı səbəbdən mötəbər hesab edilmədiyini əsaslandırmamışdır. Halbuki inzibati xəta haqqında iş üzrə icraatın əsas vəzifələrindən biri inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə və tənbeh edilə bilər. İXM-in 12-ci maddəsinə əsasən isə inzibati xəta — bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlikdir). Bu normalardan göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yalnız müəyyən hərəkətin baş verdiyinin göstərilməsi kifayət etmir. Həmin hərəkətin konkret şəxs tərəfindən törədilməsi, onun hüquqa zidd olması, inzibati xəta tərkibinin bütün elementlərinin mövcudluğu və şəxsin təqsirinin mötəbər sübutlarla təsdiq edilməsi zəruridir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən «xxxx» MMC-nin və onun direktorunun sənədləri vaxtında təqdim etmələri barədə izahatları və bunu təsdiq edən sübutlar lazımi qaydada araşdırılmamışdır. Xüsusilə qeyd edirik ki, sənədlərin vaxtında təqdim edilməsinə dair sübutlar mövcud olduğu halda, həmin sübutların hansı əsaslarla rədd edilməsi qərarda aydın və inandırıcı şəkildə göstərilməmişdir. Məhkəmə tərəfindən işin bu mühüm halı araşdırılmadan inzibati xəta tərkibinin mövcudluğu barədə nəticəyə gəlinməsi iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə mane olmuşdur. Belə olan halda, inzibati xəta haqqında protokollarda əks etdirilmiş məlumatların avtomatik olaraq həqiqət kimi qəbul edilməsi yolverilməzdir. Protokolda göstərilən hallar digər sübutlarla birlikdə araşdırılmalı, onların mötəbərliyi və işin faktiki hallarına uyğunluğu yoxlanılmalıdır. İş üzrə məhkəmə araşdırmasının nəticəsindən «xxxx» MMC-nin və direktorunun təqsirinin mötəbər və kifayət qədər sübutlarla təsdiq edildiyi qənaəti yaranmır. Beləliklə də qeyd edilən halları araşdırmadan göstərilən qərarı qəbul etməklə məhkəmə tərəfindən ədalətli məhkəmə müdafiə hüququmuz da pozulmuşdur. Beləliklə, hesab edirik ki, birinci instansiya məhkəməsi işin mühüm faktiki hallarını tam və obyektiv araşdırmamış, «xxxx» MMC tərəfindən təqdim edilmiş sənədlərin vaxtında təqdim olunmasını təsdiq edən sübutlara lazımi hüquqi qiymət verməmiş, nəticədə inzibati xəta tərkibinin mövcudluğu və təqsir məsələsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “BUS SERVİCE” MMC-nin nümayəndəsi Cavadov İlqar Cəbir oğlu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, və «BUS SERVİCE» MMC və onun direktoru İsmayılov Teymur Qurbanəli oğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, 3-17-5/233905/2026 nömrəli məktubundan görünür ki, vətəndaş X1 "BUS SERVİCE” MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənlər nəzərə alınaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs «BUS SERVİCE» MMC və hüquqi şəxsin direktoru İsmayılov Teymur Qurbanəli oğlu yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Onların inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetirilir və onların törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş hüquqi şəxs «BUS SERVİCE» MMC və hüquqi şəxsin direktoru İsmayılov Teymur Qurbanəli oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanuni olaraq inzibati xəta törətmiş hüquqi şəxs «BUS SERVİCE» MMC və hüquqi şəxsin direktoru İsmayılov Teymur Qurbanəli oğlunu tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edib təyin etmiş oduğu cərimə cəzasını şərti olaraq tətbiq etmişdir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair # ### 2026-cı il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “BUS SERVİCE” MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlu inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqədar nə apellyasiya şikayətində nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs “BUS SERVİCE” MMC-nin direktoru İsmayılov Teymur Qurbanəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-3074/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3074/2026
21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver