Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3075/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – nümayəndə1 iştirakları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi Başak Nur Zazaoğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə edilmələrinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN 2511425 və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və onun vəzifəli şəxsinə *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubda sənədlərin 7 iş günü ərzində tam, vaxtında, düzgün təqdim olunması DƏMX-nin BŞİ tərəfindən tələb olunsa da, ##.##.2026-cı il tarixinədək sənədlər təqdim olunmmışdır. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və hüquqi şəxsin direktoru Başak Nur Zazaoğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun vəzifəli şəxsi Başak Nur Zazaoğlunun barələrində tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN 2511425 və MN ******* saylı inzibati xəta haqqında protokollar və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) ## ###### 2026-cı il tarixli qərarında görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi Başak Nur Zazaoğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə edilmişdir. X3 Müfəttişliyi Xidməti apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən təqdim edilmiş materialların natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmaması müəyyən edildiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından və şikayətdən görünür ki, hazırki icraat barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun vəzifəli şəxsi Başak Nur Zazaoğlu barəsində aparıldığı halda, apellyasiya şikayəti “Kolin İnşaat Turizm Sanayi və Ticaret Anonim” şirkəti və onun vəzifəli şəxsi Altıparmak Barışın barəsində olan inzibati xəta haqqında iş üzrə qərardan verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verilmiş şikayət üzrə materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, şikayət və inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi Başak Nur Zazaoğlunun Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə edilmələrinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, şikayət və inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3075/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3075/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver